Rövşən Mehdiyev

Rəssam
(07.10.1971)

Rövşən Hüsi oğlu Mehdiyev Bakıda anadan olub. Rəssamlıq Texniki Peşə Məktəbinin Ağac üzrə oyma fakültəsində (1986-1990), Moskva Dövlət İqtisadiyyat və Hüquq İnstitutunun İqtisadiyyat fakültəsində (1997-1999) təhsil alıb. 1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. Qazaxıstan kinematoqrafçılarının istehsalı olan “Anaya aparan yol” (2016, rejissor Akan Satayev) filminin Azərbaycan çəkilişlərində rəssam olaraq çalışıb

http://kinobiz.az/celebrity/rovs%C9%99n-mehdiyev/

FILMOQRAFIYA:

  1. Qəzəlxan (1991, tammetrajlı bədii film) – rəssam assistenti
  2. Yük (1995, tammetrajlı bədii film) – rəssam assistenti
  3. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – rəssam assistenti
  4. Oyun (1996, qısametrajlı bədii film) – dekor rəssamı
  5. Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – rəssam assistenti
  6. Heydər Əliyev (1997-2013, sənədli serial) – rəssam assistenti
  7. Yoxlama (2006, bədii serial) – dekor rəssamı
  8. Cavid ömrü (2007, tammetrajlı bədii film) – dekor rəssamı
  9. 2 (2008, qısametrajlı bədii film) – dekor rəssamı
  10. Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – geyim üzrə rəssam
  11. Əzizim Fellini (2010, tammetrajlı bədii film) – rəssam
  12. Kuklalar (II) (2010, tammetrajlı bədii film) – rəssam
  13. Səhərə inan… (2010, tammetrajlı bədii film) – rəssam
  14. Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) – rəssam
  15. Dalan (2011, tammetrajlı bədii film) – rəssam
  16. Döngələr (2012, bədii serial) – rəssam
  17. Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – rəssam
  18. Düşmən laylası (2014, qısametrajlı bədii film) – rəssam
  19. Keçmişdən gələn zəng (2014, qısametrajlı bədii film) – rəssam
  20. Vulkanın nəfəsi (2014, qısametrajlı sənədli film) – aktyor
  21. Bəstəkar (II) (2015, qısametrajlı sənədli film) – dizayn rəssamı
  22. Cəhd (2015, qısametrajlı bədii film) – dekor rəssamı
  23. Fədakar (2015, tammetrajlı bədii film) – rəssam
  24. Ölülər XXI əsr (2016, tammetrajlı bədii film) – rəssam
  25. Bəxt üzüyü 2 (2018, tammetrajlı bədii film) – rəssam
  26. Suğra və oğulları (2020, tammetrajlı bədii film) – rəssam
  27. Bum-buz (2021, tammetrajlı bədii film) – rəssam
Rovsen-2
Kontakt:
Ünvan: