Səyyad Bayramov

rəssam

(19.12.1956) 

Səyyad İbrahim oğlu Bayramov Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1972-1976), Tbilisi Rəssamlıq Akademiyasında (1976-1978), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (1978-1983), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aspiranturasında (1988-1992) təhsil alıb. 1983-cü ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «Kinorejissor və təsvir rejissoru» kafedrasında müəllim vəzifəsində çalışıb. Sənətşünaslıq elmləri namizədidir.

FILMOQRAFIYA:

  1. Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – geyim rəssamı
  2. Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – dekor rəssamı
  3. Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – geyim rəssamı
  4. Salur Qazanın evinin yağmalanması (2 hissəli) – geyim rəssamı
Əlaqə:050 364 60 67
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.