İsi Məlikzadə
ssenarist, yazıçı
(01.05.1934 — 05.12.1995)
İsi Abbas oğlu Məlikzadə Ağcabədidə anadan olub. M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsində təhsil alıb (1952-1957). “Əzizbəyovneft” mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), “Ulduz” jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Azərbaycanfılm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974-1976), “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), “Ulduz” jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), “Mozalan” satirik kinojurnalında böyük redaktor (1981-1983), “Azərbaycanfılm” kinostudiyasında baş redaktor (1983-1985), Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990), “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdiri (1994-1995) işləyib. Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri olub (1990-cı ildən). “Həsrətin sonu” (1964), “Özgə anası” (1969), “Kövrək qanadlar” (1973), “Küçələrə su səpmişəm” (1977), “Yaşıl gecə” (1979), “Günəşli payız” (1982), “Dədə palıd” (1984), “Gümüşgöl əfsanəsi” (1987), “Şehli çəmənlərin işığı” (1991), “J.Dotaşalann novruz bayramı” (1992) kitablarının müəllifidir. İsi Məlikzadə 1995-ci ildə vəfat edib.
- http://anl.az/el/m/mi_se.pdf
- https://edebiyyatqazeti.az/news/edebi-tenqid/7291-azerbaycan-povestinde-isi-melikzade-sehifesi
- https://www.kulis.az/news/27042
- https://kayzen.az/blog/az-proza/12329/isi-m%C9%99likzad%C9%99.html
- https://www.adalet.az/w216399
FILMOQRAFIYA:
- Ömrün səhifələri (1972, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – redaktor
- Evin kişisi (1978, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Qaranquş yuvası (1980, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Qatarda (1981, qısametrajlı film-tamaşa) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – ssenari müəllifi
- Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – ssenari müəllifi
- Qoca palıdın nağılı (1984, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Qanlı zəmi (1985, tammetrajlı bədii film) – aktyor (tacir)
- Kişi sözü (1987, tammetrajlı bədii film) – ssenari müəllifi
- Oktyabr və Azərbaycan (1987, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Güzgü (1990, qısametrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Pəncərə (1991, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – ssenari müəllifi
- Ağrılı yaddaş (1995, qısametrajlı sənədli film) – redaktor
- Vətən mənə oğul desə (1996, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Gəl qohum olaq (2001, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – ssenari müəllifi
- Hacı Qara (IV) (2002, tammetrajlı bədii film) – ssenari müəllifi
- Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Hərənin öz payı + tayı (2006, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
