Natiq Rəsulzadə
ssenarist, yazıçı
(05.06.1949)
Natiq Rəsul oğlu Rəsulzadə Bakıda anadan olub. M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib (1975). 1976-cı ildən “Mozalan” kinojurnalı üçün ssenarilər yazıb. Bir müddət Moskvanın “Elita” studiyasında ssenarilər yazıb (1993-1997). Azərbaycan, ABŞ, Rusiya, Macarıstan, Yuqoslaviya, Polşa və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinodramaturgiya sənətindən dərs deyir. “Humay” Milli Mükafatı, N.Ostrovski adına Rusiya mükafatı (1984) və Azərbaycan Dövlət Mükafatına, “Şöhrət” ordeninə (2009) layiq görülüb. Əməkdar incəsənət xadimidir (1999). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq Yazıçısıdır. (2019).
- http://interfax.az/view/610522/az
- https://bakubookcenter.az/article/285
- https://lent.az/xeber/medeniyyet/suru-tefekkuru-ile-yazici-olmaz-xalq-yazicisi-40537808
- https://azertag.az/xeber/Natiq_Resulzade_Bedii_edebiyyat_insanin_qelbine_ve_suuruna_geden_birbasa_yoldur-1900352
- https://1news.az/az/news/20190418115613127-Oxumaga-deyer-5-kitab-taninmish-yazichi-Natiq-Resulzade-meslehet-gorur-FOTO
- https://medeniyyet.az/page/news/20493/Natiq-Resulzade:-Men-tenbel-yaziciyam.html
FILMOQRAFIYA:
- De ki, məni sevirsən! (1977, bədii film) – aktyor (müstəntiq Natiq)
- Pərilərə inanmayın (1979, bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Bayramda yağış (1985, bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Yaşa, qızıl balıq (1988, bədii film) – ssenari müəllifi
- Gecə qatarında qətl (1990, bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Vahimə (1998, bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Nə gözəldir bu dünya… (1999, bədii film) – ssenari müəllifi
- Sifarişçi (2000, bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Epizod (2002, bədii film) – əsərindən istifadə olunub
- Ovsunçu (2002, bədii film) – ssenari müəllifi
- Girov (2005, bədii film) – ssenari müəllifi
- Biz qayıdacağıq (2007, bədii film) – ssenari müəllifi
- Daşatan (2009, bədii film) – ssenari müəllifi
- Bəstəkar: Mobil Babayev (2011, sənədli televiziya filmi) – ssenari müəllifi
- Bəstəkar (2012, sənədli televiziya filmi) – ssenari müəllifi
- Keçmişdən gələn zəng (2014, bədii film) – ssenari müəllifi
