Nadir Mehdiyev
Təsvir rejissoru
(27.06.1971)
Nadir Hüseyn oğlu Mehdiyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1989). 1988-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Filmlərlə yanaşı çoxsaylı musiqi klipləri, reklam çarxları çəkib. Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) serialının təsvir rejissoru olub, epizodik rolda çəkilib. “Qrinviç meridianından kənarda” (2007) filminə görə Ukraynada “Ən yaxşı operator işi” mükafatına, “Dolu” filminə görə “Ən yaxşı təsvir rejissoru” nominasiyasında “Qızıl Pəri” Peşə mükafatına (2017), “Qızıl göz” Beynəlxalq Festivalında “Ən yaxşı portret” nominasiyasında mükafata layiq görülüb (2009, Tbilisi). Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvü və “təsvir rejissorları” bölməsinin rəhbəridir. Əməkdar mədəniyyət işçisidir (2017).
Təsvir rejissoru Nadir Mehdiyev rejissor Hüseyn Mehdiyevin oğludur.
- http://kinobiz.az/celebrity/nadir-mehdiyev/
- https://aki.az/1-podcast/
- https://kinomonitor.info/persons/10315620/
- https://www.youtube.com/watch?v=WJwXGXwI35o
- https://www.imdb.com/name/nm0575347/
FILMOQRAFIYA:
- Ölsəm… bağışla (1989, bədii film) – kinooperator assistenti
- Qətl günü (1990, bədii film) – kinooperator assistenti
- Səhnədə keçən həyat (1991, sənədli film) – təsvir rejissoru
- Sumqayıtın əks-sədası (1991, sənədli film) – kinooperator
- Dostuma məktub (1992, sənədli film) – təsvir rejissoru
- Etiraf (1992, bədii film) – kinooperator assistenti
- Haray (II) (1993, bədii film) – kinooperator assistenti
- Udi xalqı (1993, sənədli film) – təsvir rejissoru
- Hökm (1994, bədii film) – təsvir rejissoru
- Ağrılı yaddaş (1995, sənədli film) – təsvir rejissoru
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, bədii film) – kinooperator
- Özgə vaxt (1996, bədii film) – təsvir rejissoru
- Bakı metrosu-30 (1997, sənədli film) – təsvir rejissoru
- Azərbaycanda rabitənin inkişaf yolları və tərəqqisi (1998, film) – təsvir rejissoru
- Bir anın həqiqəti (2003, bədii serial) – təsvir rejissoru
- Qraf Krestovski (2004, bədii serial) – təsvir rejissoru
- Məkanın melodiyası (2004, bədii film) – təsvir rejissoru
- Bomba (2005, bədii film) – təsvir rejissoru
- Məşədi İbad 94 (2005, bədii film) – təsvir rejissoru
- Qrinviç meridianından… kənarda (2007, bədii film) – təsvir rejissoru
- Niyyət (2009, bədii film) – təsvir rejissoru
- Əlavə təsir (2010, bədii film) – təsvir rejissoru
- Onun ürəyi (2010, bədii film) – təsvir rejissoru
- Top həm düşər, həm qalxar (2011, sənədli film) – təsvir rejissoru
- Dolu (2012, bədii film) – təsvir rejissoru
- Gözümün işığı və ya qəribə heykəltəraş ömrü (2014, sənədli film) – təsvir rejissoru
- 5+ (2014-2015, bədii serial) – təsvir rejissoru
- 1 Şəhər motivləri – Yuxarıda və aşağıda (2015, bədii film,) — təsvir rejissoru
- Xeyirlə şərin rəqsi (2015, bədii film) – təsvir rejissoru
- Yarımçıq xatirələr (2015, bədii film) – təsvir rejissoru
- Həddən artıq uyğunluq (2016, bədii film) – təsvir rejissoru
- Qayıdış (IV) (2016, bədii film) – təsvir rejissoru
- Mahmud baba (2016, bədii film) – təsvir rejissoru
- Oğlan evi 2 (2016, bədii film) – təsvir rejissoru
- Şər qarışanda (2016, bədii film) – təsvir rejissoru
- Ağanatiq (2017, bədii film) – təsvir rejissoru
- Lal yuxu (2017-2018, bədii serial) – təsvir rejissoru
- Bəxt üzüyü 2 (2018, bədii film) – təsvir rejissoru
- Əlvida, Şmidt (2019, bədii film) – təsvir rejissoru
- Əgər unutsaq… (sənədli televiziya filmi) – təsvir rejissoru
- Məhəllə-3 (2019, tammetrajlı bədii film) – təsvir rejissoru
- Ağanatiq-2 (2020, tammetrajlı bədii film) – təsvir rejissoru
- Olimpiya (2021, tammetrajlı bədii film) – təsvir rejissoru
- 20 yanvarda doğulanlar (2022, qısametrajlı bədii film) – təsvir rejissoru
- Quyu (2021, qısametrajlı bədii film) – təsvir rejissoru
- Səs (2021, qısametrajlı bədii film) – təsvir rejissoru
- Mehmandarovlar (2023, sənədli və bədii film) – təsvir rejissoru
