Rəfail Qəmbərov

təsvir rejissoru

(31.12.1947)

Rəfail Əli oğlu Qəmbərov Çeçenistanın Qroznı şəhərində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1966-1971, L.Kosmatovun emalatxanası). Bir neçə il Rusiyada Samara Kinoxronika Studiyasında, sonralar “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərin təsvir rejissoru olub. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi və ilk rəhbəri olub (1998-2007). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Foto kompozisiya” (2021, Amin Novruzovla birgə) adlı dərsliyin həmmüəllifidir. Azərbaycan Professional Kinorejissor Gildiyasının İdarə Heyətinin və Azərbaycan Kino Akademiyasının Rəyasət Heyətinin üzvüdür. Rəfail Qəmbərov Əməkdar İncəsənət Xadimi və Dövlət Mükafatı laureatıdır (1981).

  1. https://az.trend.az/azerbaijan/society/1089549.html
  2. https://www.salamnews.org/az/news/read/157489
  3. https://news.milli.az/culture/273324.html
  4. https://medeniyyet.az/page/news/60457/Azerbaycan-cohresi.html?lang=az
  5. https://aki.az/ibrahimb%C9%99yovla-ocaqovun-parki/
  6. https://aki.az/rafael-q%C9%99mb%C9%99rov-v%C9%99-amin-novruzovun-birg%C9%99-foto-kompozisiyasi/
  7. http://kinobiz.az/celebrity/rafail-q%C9%99mb%C9%99rov/

FILMOQRAFIYA:

  1. Bakı haqqında 10 dəqiqə (II) (1970, qısametrajlı sənədli film) – təsvir rejissoru
  2. Gecə söhbəti (1971, qısametrajlı sənədli film) – təsvir rejissoru
  3. Gilas ağacı (1972, qısametrajlı bədii film) – təsvir rejissoru
  4. Nəriman Nərimanov (II) (1972, qısametrajlı sənədli film) – təsvir rejissoru
  5. Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – təsvir rejissoru
  6. 1001-ci qastrol (1974, tammetrajlı bədii film) — təsvir rejissoru
  7. Vulkana doğru (1976-1977, bədii serial) – təsvir rejissoru
  8. Dantenin yubileyi (1978, tammetrajlı bədii film) — təsvir rejissoru
  9. İçəri şəhər (II) (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Azərbaycanın palçıq vulkanları (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
  11. Çovqan oyunu (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
  12. İstintaq (1979, tammetrajlı bədii film) – təsvir rejissoru
  13. Qəribə adam (1979, tammetrajlı bədii film) – təsvir rejissoru
  14. Lahıc (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
  15. Bağlı qapı (1981, tammetrajlı bədii film) — təsvir rejissoru
  16. Cəmşid Naxçıvanski (1982, qısametrajlı sənədli film) – təsvir rejissoru
  17. İstirahət gecəsi (1982, qısametrajlı sənədli film) – təsvir rejissoru
  18. Park (1983, tammetrajlı bədii film) — təsvir rejissoru
  19. Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – təsvir rejissoru
  20. Burulğan (1986, tammetrajlı bədii film) – təsvir rejissoru
  21. Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) — təsvir rejissoru
  22. Özüm və zaman haqqında (1991, qısametrajlı sənədli film) – təsvir rejissoru
  23. Prima (1994, qısametrajlı sənədli film) – təsvir rejissoru
  24. Həm ziyarət, həm ticarət… (1995, tammetrajlı bədii film) – təsvir rejissoru
  25. Müstəqillik yollarında (2004-2005, sənədli serial) – yaradıcı heyətin üzvü
  26. Nəğməli ömür (2008, qısametrajlı sənədli film) – təsvir rejissoru
RQ-sayt
Əlaqə:050 314-07-15; 012 492-71-75
Ünvan:370000 AZ 1000 Bakı şəhəri F.Əmirov 1-22.