Teyyub Axundov
təsvir rejissoru
(30.01.1920 — 03.12.1991)
Teyyub Mirzəhəsən oğlu Axundov Bakıda anadan olub. Kiçik yaşlarından foto və kinoya həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlib. O vaxt Bakı kinostudiyasında “Almas” filminin çəkilişləri aparılırdı. Teyyub da filmin yaradıcı heyətinə kinooperator assistenti kimi işə qəbul edilir. 1941-ci ildə cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir. Döyüş bölgəsində fotoaparatla əsgər dostlarının, viran qalmış şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alır, özü də bilmədən müharibənin salnaməsini yaradır. Bu fotolardan sonralar sənədli filmlərdə də istifadə edilir. 1946-cı ildə ordudan tərxis olunaraq Bakı kinostudiyasına qayıdır. Elə həmin ildə rəhbərlik tərəfindən kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilir (kinooperatorluq fakültəsi, Anatoli Qolovnya və Mark Magetsonun emalatxanası). İnstitutu bitirdikdən (1952) sonra bir müddət “Mosfilm” kinostudiyasında təcrübəçi, sonra isə ştatlı işçi kimi işləyib. “Boris Qodunov” (1954, rejissor Vera Stroyeva) filminin kinooperator olub. 1953-cü ildən ömrünün sonuna qədər “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı olub. Əməkdar incəsənət xadimi Teyyub Axundov 1991-ci ildə vəfat edib.
- http://kinobiz.az/celebrity/teyyub-axundov/
- http://www.anl.az/down/meqale/medeniyyet/2020/yanvar/699176.htm
- https://azertag.az/xeber/KINOOPERATOR_TEYYUB_AXUNDOVUN_XATIRASI_ANILMISDIR-405564
- http://www.anl.az/down/meqale/medeniyyet/2013/mart/297618.htm
- https://www.trend.az/life/socium/2124303.html
Filmoqrafiya:
- Almas (1936, tammetrajlı bədii film) – kinooperator assistenti
- Azərbaycan aşıqları (1938, qısametrajlı sənədli film) – kinooperator assistenti
- Qanköçürmə (1938, qısametrajlı sənədli film) – kinooperator assistenti
- Ankilostomidoz (1940, qısametrajlı sənədli film) – kinooperator assistenti
- Samur-Dəvəçi kanalı (1940, qısametrajlı sənədli film) – kinooperator assistenti
- Yeni horizont (1940, tammetrajlı bədii film) – kinooperator assistenti
- Çağırışa cavab (1947, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Yeni həyat qurucuları (1949, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Gədəbəyin sərvəti (1950, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Doğma xalqıma (1954, tammetrajlı sənədli film) – kinooperator
- Görüş (1955, tammetrajlı bədii film) – təsvir rejissoru
- Gənc metallurqlar (1956, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Mahnı belə yaranır (1957, tammetrajlı bədii film) – təsvir rejissoru
- Onun 150 yaşı var (1958, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Onu bağışlamaq olarmı? (1959, tammetrajlı bədii film) – təsvir rejissoru
- Quyunun yeraltı təmiri zamanı təhlükəsizlik texnikası (1960, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Mollanın sərgüzəşti (1960, qısametrajlı bədii film) – təsvir rejissoru
- Mən Xəzər dənizçisiyəm (1961, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Pambığın mexanikləşdirilmiş yığımı (1961, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Bu, Qum adasında olmuşdur (1962, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Azərbaycanın subtropiklərində (1963, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – təsvir rejissoru
- Sehrli xalat (1964, tammetrajlı bədii film) – təsvir rejissoru
- Şəhər üzərində mahnı (1965, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Dağlarda döyüş (1967, tammetrajlı bədii film) – təsvir rejissoru, quraşdırılmış səhnələrin təsvir rejissoruu
- Poçt qutusu (II) (1967, qısametrajlı bədii film) – təsvir rejissoru
- Şərikli çörək (1969, tammetrajlı bədii film) — təsvir rejissoru
- Sovet Azərbaycanının 50 illiyi (1970, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Sumqayıt (1971, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Bizim katib (1972, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qatır Məmməd (1974, tammetrajlı bədii film) – təsvir rejissoru
- Özfəaliyyət yaradıcılığı festivalı (1976, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
- Tütək səsi (1976, tammetrajlı bədii film) – təsvir rejissoru
- Şirvan qoruğu (1977, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Arvadım mənim, uşaqlarım mənim – Bağçada rahat yer (1978, tammetrajlı bədii film, kino-almanax) – təsvir rejissoru
- Mikayıl Müşfiq (1978, qısametrajlı sənədli film) – rejissor
- Od içində (1978, tammetrajlı bədii film) – təsvir rejissoru
- Bizim qayğılarımız (1979, qısametrajlı sənədli film) – rejissor
- Pambıq toxumçuluğu (1980, qısametrajlı sənədli film) – rejissor
- Birisigün, gecəyarısı… (1981, tammetrajlı bədii film) – təsvir rejissoru
- Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (1976, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
- Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – təsvir rejissoru
