İdarə Heyətinin Sədri

Hüseyn Mehdiyev
Rejissor, ssenarist, kinooperator
19.03.1945 ildə Azərbaycanın Şəki ş. anadan olub. 1972-1977 illərdə Moskvanın Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1977-ci ildən «Azərbaycanfilm» kinostudiyasında quruluşçu-operator, 1984-ci ildən isə quruluşçu rejissor kimi fəaliyyət göstərir. Onun filmləri bir çox Beynəlxalq Kino Festivallarda iştrak edib (Berlin, Madrid, Moskva, Ankara, İtaliya, Taşkənd, Vankuver, Cair və s.). 1993-2001 illərdə «Azərkinovideo» İB-nin Baş direktor müavini, 1999-cu ildən isə Azərbaycan Kinorejissorlar Gildiyası Bürosunun Sədri vəzifəsində çalışır. Hüseyn Mehdiyev Beynəlxalq Festivallar Lauriatıdır və Azərbaycanın Əməkdar İnjəsənət Xadimi adına layiq görülmüşdür.
Filmoqrafiya:
- 1978 «Dissonans» — kinooperator (sən.)
- 1980 «Təkcə adanı özünlə apara bilməzsən» — operator
- 1981 «Babamın, babasının, babası» — operator
- 1982 «İşgüzar səfər» — operator
- 1984 «Qoca palıdın nağılı» — rejissor
- 1985 «Şəhərli biçinçilər» — rejissor və operator
- 1986 «Qəm pənjərəsi» — operator
- 1988 «Süd dişinin ağrısı» — rejissor
- 1990 «Şahid qız» — rejissor, ssenarist
- 1992 «Səhnədə keçmiş ömür» – rejissor (sənədli)
- 1993 «Dostuma məktub» — rejissor (sən.)
- 1994 «Udin xalqı» — rejissor, ssenarist (sən.)
- 1996 «Özgə vaxt» – rejissor, ssenarist
- 2004 «Məkanın melodiyası» — rejissor, ssenarist