Şəhadətnamə

ŞƏHADƏTNAMƏ № 1/2018

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatı (akkreditasiya) haqqında

  1. Təşkilatın adı: “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai birliyi
  2. Dövlət qeydiyyatına alındığı tarix:   06.1999   
  3. Qeydiyyat nömrəsi: 1156  
  4. Təşkilatın akkreditasiyaya alınması barədə qərar (tarixi və nömrəsi qeyd edilməklə) : Agentlik üzrə 2018-ci il 12 dekabr tarixli 164/1 nömrəli Əmr
  1. Təşkilatın fəaliyyət növü: Audiovizual əsər müəlliflərinin əmlak  hüquqlarının kollektiv əsasda idarə edilməsi
  1. Təşkilatda təmsil olunan hüquq sahiblərinin kateqoriyası: Audiovizual əsər istehsalçıları və müəllifləri (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu rəssam, quruluşçu operator, filmin bəstəkarı) 
  1. Hüquqların verildiyi ərazi: Azərbaycan Respublikası və müqavilələr üzrə verilmiş hüquqlar əsasında Azərbaycan Respublikasının hüdudlarından kənar
  1. Təşkilatın fəaliyyət dairəsi: Efir, kabel və retranslasiya yolu ilə yayım
  2. Akkreditasiyanın müddət: 5 (beş) il
  3. Təşkilatın hüquqi ünvanı: Az 1012, Bakı şəhəri, Moskva pr. 1

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinin, Azərbaycam Respublikası Prezidentinin 30 iyul 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin 2.2.6-cı və 3.1.28-ci hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın 2.7 və 3.12-ci hissələrinin müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi “Azərbaycan Proffessional Kinorejissorlar Gildiyası” İctimai Birliyini  yenidən  qeydiyyatdan (akkresitasiyadan) keçirmişdir.

 

Azərbaycan Respublikasının

Əqli Mülkiyyət Agentliyinin

İdarə Hüyətinin sədri                                                                               Kamran İmanov