Nadir Mehdiyev

Təsvir rejissoru

(27.06.1971) 

Nadir Hüseyn oğlu Mehdiyev Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1989). 1988-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Filmlərlə yanaşı çoxsaylı musiqi klipləri, reklam çarxları çəkib. Rusiya istehsalı olan “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) serialının təsvir rejissoru olub, epizodik rolda çəkilib. “Qrinviç meridianından kənarda” (2007) filminə görə Ukraynada “Ən yaxşı operator işi” mükafatına, “Dolu” filminə görə “Ən yaxşı təsvir rejissoru” nominasiyasında “Qızıl Pəri” Peşə mükafatına (2017), “Qızıl göz” Beynəlxalq Festivalında “Ən yaxşı portret” nominasiyasında mükafata layiq görülüb (2009, Tbilisi). Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvü və “təsvir rejissorları” bölməsinin rəhbəridir. Əməkdar mədəniyyət işçisidir (2017).

Təsvir rejissoru Nadir Mehdiyev rejissor Hüseyn Mehdiyevin oğludur.

  1. http://kinobiz.az/celebrity/nadir-mehdiyev/
  2. https://aki.az/1-podcast/
  3. https://kinomonitor.info/persons/10315620/
  4. https://www.youtube.com/watch?v=WJwXGXwI35o
  5. https://www.imdb.com/name/nm0575347/

FILMOQRAFIYA:

  1. Ölsəm… bağışla (1989, bədii film) – kinooperator assistenti
  2. Qətl günü (1990, bədii film) – kinooperator assistenti
  3. Səhnədə keçən həyat (1991, sənədli film) – təsvir rejissoru
  4. Sumqayıtın əks-sədası (1991, sənədli film) – kinooperator
  5. Dostuma məktub (1992, sənədli film) – təsvir rejissoru
  6. Etiraf (1992, bədii film) – kinooperator assistenti
  7. Haray (II) (1993, bədii film) – kinooperator assistenti
  8. Udi xalqı (1993, sənədli film) – təsvir rejissoru
  9. Hökm (1994, bədii film) – təsvir rejissoru
  10. Ağrılı yaddaş (1995, sənədli film) – təsvir rejissoru
  11. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, bədii film) – kinooperator
  12. Özgə vaxt (1996, bədii film) – təsvir rejissoru
  13. Bakı metrosu-30 (1997, sənədli film) – təsvir rejissoru
  14. Azərbaycanda rabitənin inkişaf yolları və tərəqqisi (1998, film) – təsvir rejissoru
  15. Bir anın həqiqəti (2003, bədii serial) – təsvir rejissoru
  16. Qraf Krestovski (2004, bədii serial) – təsvir rejissoru
  17. Məkanın melodiyası (2004, bədii film) – təsvir rejissoru
  18. Bomba (2005, bədii film) – təsvir rejissoru
  19. Məşədi İbad 94 (2005, bədii film) – təsvir rejissoru
  20. Qrinviç meridianından… kənarda (2007, bədii film) – təsvir rejissoru
  21. Niyyət (2009, bədii film) – təsvir rejissoru
  22. Əlavə təsir (2010, bədii film) – təsvir rejissoru
  23. Onun ürəyi (2010, bədii film) – təsvir rejissoru
  24. Top həm düşər, həm qalxar (2011, sənədli film) – təsvir rejissoru
  25. Dolu (2012, bədii film) – təsvir rejissoru
  26. Gözümün işığı və ya qəribə heykəltəraş ömrü (2014, sənədli film) – təsvir rejissoru
  27. 5+ (2014-2015, bədii serial) – təsvir rejissoru
  28. 1 Şəhər motivləri – Yuxarıda və aşağıda (2015, bədii film,) – təsvir rejissoru
  29. Xeyirlə şərin rəqsi (2015, bədii film) – təsvir rejissoru
  30. Yarımçıq xatirələr (2015, bədii film) – təsvir rejissoru
  31. Həddən artıq uyğunluq (2016, bədii film) – təsvir rejissoru
  32. Qayıdış (IV) (2016, bədii film) – təsvir rejissoru
  33. Mahmud baba (2016, bədii film) – təsvir rejissoru
  34. Oğlan evi 2 (2016, bədii film) – təsvir rejissoru
  35. Şər qarışanda (2016, bədii film) – təsvir rejissoru
  36. Ağanatiq (2017, bədii film) – təsvir rejissoru
  37. Lal yuxu (2017-2018, bədii serial) – təsvir rejissoru
  38. Bəxt üzüyü 2 (2018, bədii film) – təsvir rejissoru
  39. Əlvida, Şmidt (2019, bədii film) – təsvir rejissoru
  40. Əgər unutsaq… (sənədli televiziya filmi) – təsvir rejissoru
  41. Məhəllə-3 (2019, tammetrajlı bədii film) – təsvir rejissoru
  42. Ağanatiq-2 (2020, tammetrajlı bədii film) – təsvir rejissoru
  43. Olimpiya (2021, tammetrajlı bədii film) – təsvir rejissoru
  44. 20 yanvarda doğulanlar (2022, qısametrajlı bədii film) – təsvir rejissoru
  45. Quyu (2021, qısametrajlı bədii film) – təsvir rejissoru
  46. Səs (2021, qısametrajlı bədii film) – təsvir rejissoru
  47. Mehmandarovlar (2023, sənədli və bədii film) – təsvir rejissoru
Əlaqə:055 333 30 00
Ünvan:Bakı şəhəri Talıblı küçəsi 5, mənzil 36.