Ələkbər Muradov
operator
(1948-2013)
Ələkbər Muradov 1948-ci il avqustun 1-də Bakıda anadan olub. 1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya institutunda təhsil alıb. 1973-1978 – ci illərdə Moskva Ümumittifaq Kinomatoqrafiya institutunun kinooperatorluq fakultəsində təhsil alıb.”Azərbaycanfilm” kinostudiyasında, Az-tv nin “Ekran” yaradıcılıq birliyində çalışıb. “Lider”-tv də işləyib.
Filmoqrafiya:
1983 – “Qaladan tapılan mücrü” – (bədii) – təsvir rejissoru
1983 – “Özünün onun yerinə qoy” – (sənədli) – təsvir rejissoru
1984 – “Hamı bir nəfər üçün” – (sənədli) – təsvir rejissoru
1984 – “Nəsrəddin Tusi” – (sənədli) – təsvir rejissoru
1984 – “Üçüncü növbə” – (sənədli) – təsvir rejissoru
1985 – “Həsir” – (sənədli) – təsvir rejissoru
1985 – “Oğlan” – (sənədli) – təsvir rejissoru
1986 – “Təkəlduz” – (sənədli) – təsvir rejissoru
1986 – “Armudu” – (sənədli) – təsvir rejissoru
1986 – “Kənd əhvalatı” – (sənədli) – təsvir rejissoru
1990 – “Zirzəmi” – (bədii) – təsvir rejissoru
1992 – “Müqəddəs oda yanaram” – (bədii) – təsvir rejissoru
1992 – “Qonaq qaralı ev” – (sənədli) – təsvir rejissoru
1992 – “O dünyadan salam” – (bədii)- təsvir rejissoru
1993 – “Mənim ağ şəhərim” – (bədii) – təsvir rejissoru
1994 – “Hökm” – (bədii) – təsvir rejissoru
2002 – “Güllələnmə təxirə salınır” – (bədii) – təsvir rejissoru, rejissor
