İdarə Heyətinin üzvü

Vaqif Bağırov Sadıx oğlu

operator – üzv

 

Vaqif Bağırov – operator

Mən Bağırov Vaqif Sadıx oğlu 2 sentyabr 1949 – cu ildə Bakı şəhərində anadan olmuşam. 1957-ci ildə 199 nömrəli orta məktəbə daxil olub? 1966-cı ildə 9-cu sinifi bitirib 65 nömrəli fəhləgənclər məktəbinə keçib, orta təhsilimi davam edib 1966-cı ildə bitirmişəm. 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasına “Aşkarlanma sexinə” qablayıcı vəzifəsinə düzəlmişəm.

21oktyabr 1968-ci ildə Ordu sıralarına çağrılmışam. 1970-ci ildə kinostudiyaya qayıdıb operator sexinə mexanik vəzifəsinə işə düzəlmişəm. 1975-ci ildə 25 iyuldan quraşdırılmış səhnələr çəkilişi sexində çalışmışam. Əvvəl oöperator assistenti, sonra isə 1985-ci ildə 3-cü dərəcəli operator, 1990-cı ildə işlədiyim filmləri nəzərə alıb 1-ci dərəcəli quraşdırılmış səhnədə çəkiliş üzrə operator vəzifəsinə layiq görülmüşəm.

1994-cü il 15 sentyabr quraşdırılmış səhnələrin çəkilişi sexinə rəis təyin olunmuşam. 1998-ci il 5 sentyabr çəkiliş texnikası sexinə rəis təyin edilmişəm. 2002-ci il 1 fevral öz xahişimlə tutduğum vəzifədən azad olunmuşam. Mexanik kimi fəaliyyətimi davam etdirmişəm. 2008-ci ildə yenidən çəkiliş texnikası sexinə rəis təyin olunmuşam. 2013-cü il 1 fevral təqaüdə çıxmağımla əlaqədar öz xahişimlə işdən azad olunmuşam.

Filmoqrafiya:

  • 1972-ci il – Qızıl qaz (op. assistenti)
  • 1974-cü il – Qatır Məmməd (op. assistenti)
  • 1975 Dörd bazar günü(op. assistenti)
  • 19765 Xoşbəxtlik arzuları (quraşdırılmış səhmələr üzrə op. assistenti)
  • 1976- Qərib cinlər diyarında (quraşdırılmış səhmələr üzrə op. assistenti)
  • 1977 Sevinc  buxtası (quraşdırılmış səhmələr üzrə op. assistenti)
  • 1977 Şir evdən getdi (op. assistenti)
  • 1980 Gözlə məni (op. assistenti)
  • 1980 Yol əhvalatı (op. assistenti)
  • 1981 Birisi gün gecə yarısı (op. assistenti)
  • 1983 Asif Vasif Ağasif (op. assistenti)
  • 1984 Tənha narın nağılı (op. assistenti)
  • 1984 Qoca palıdın nağılı (quraşdırılmış səhmələr üzrə operator)
  • 1985 Bağ mövsümü (op. assistent)
  • 1986 Qəm pəncərəsi -2 seriya (quraşdırılmış səhmələr üzrə operator)
  • 1987 Süd dişinin ağrısı (quraşdırılmış səhmələr üzrə operator)
  • 1987 Araqarışdıran (quraşdırılmış səhmələr üzrə operator)
  • 1988 Cansıxıcı əhvalat (quraşdırılmış səhmələr üzrə operator)
  • 1988 Boş yer (quraşdırılmış səhmələr üzrə operator)
  • 1990 Qətl günü (quraşdırılmış səhmələr üzrə operator)
  • 1990 Şahid qız (quraşdırılmış səhmələr üzrə operator)
  • 1995 Ümid (quraşdırılmış səhmələr üzrə operator)
  • 1996 Özgə vaxt (quraşdırılmış səhmələr üzrə operator)
  • 1998 Ailə (quraşdırılmış səhmələr üzrə operator)
  • 2004 Məkanın melodiyası (ikinci  operator)