Mobil Babayev

Bəstəkar

(23.12.1945)

Mobil Rəşid oğlu Babayev Gəncədə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində viola və bəstəkarlıq üzrə (1953-1964), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfində (1964-1972) təhsil alıb. Məktəbdə oxuyarkən musiqi bəstələməyə başlayıb. 1973-cü ildən «Azərbaycanfilm» kinostudiyasında musiqi redaktoru, baş redaktor kimi fəaliyyət göstərib. «Vəfalı dost» mahnısı «Vilnüs qalaları» beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülüb (1974, Vilnüs). Əsərləri arasında “Ömür bitir, yol bitməz”, “3 saylı simfoniya” (1990), “Ağlama torpağım, ağlama…”, “Solistlər, xor və orkestr üçün kantata” (1990), “Mən bu yerdən gedəli” xor və orkestr üçün silsilə (1995), “Düşüncələr” orkestr üçün 4 hissəli konsert (1999) var. Əməkdar incəsənət xadimidir (2007).

  1. https://medeniyyettv.az/az/news/1469/emekdar-incesenet-xadimi-mobil-babayev-75-yasini-qeyd-edir
  2. https://medeniyyet.az/page/news/41068/Bestekar-Mobil-Babayevin-yaradiciliq-gecesi.html
  3. http://www.anl.az/down/meqale/medeniyyet/2016/fevral/475722.htm
  4. https://avrasiya.net/medeniyyet/69131-slim-babullaolu-v-mobil-babayev-vaqif-smdolu-medal-il-tltif-ediliblr.html
  5. https://news.milli.az/culture/396193.html
  6. http://www.muz-tv.az/ulduz_n19663.html

FILMOQRAFIYA:

  1. Pambıq sovkası ilə mübarizə (1974, qısametrajlı sənədli film) – bəstəkar
  2. Mən fəhləyəm (1975, qısametrajlı sənədli film) – bəstəkar
  3. Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) – bəstəkar
  4. Mezozoy əhvalatı (1976, tammetrajlı bədii film) – bəstəkar
  5. Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (1977, qısametrajlı sənədli film) – bəstəkar
  6. Xoruz (1977, animasiya filmi) – bəstəkar
  7. Şəki (II) (1977, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  8. Taxıl istehsalının ehtiyat mənbələri (1978, qısametrajlı sənədli film) – bəstəkar
  9. Vahid bayraq altında (1978, qısametrajlı sənədli film) – bəstəkar
  10. L.İ.Brejnev Bakıda (1979, tammetrajlı sənədli film) – bəstəkar
  11. Eldən soruş (1980, qısametrajlı sənədli film) – bəstəkar
  12. Göz həkimi (1980, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  13. Vah!.. (1980, qısametrajlı bədii film) – bəstəkar
  14. Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – bəstəkar
  15. Səni axtarıram (1981, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
  16. Sandıq (1982, animasiya filmi) – bəstəkar
  17. Yeddi gözəl (1982, tammetrajlı bədii film) – musiqi redaktoru
  18. Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – musiqi redaktoru
  19. Bağışla (1983, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
  20. Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – musiqi redaktor
  21. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – bəstəkar
  22. Yatmaq vaxtıdır (1984, animasiya filmi) – bəstəkar
  23. Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
  24. Bircəciyim (1986, tammetrajlı bədii film) – bəstəkar
  25. Yeni il əhvalatı (1986, animasiya filmi) – bəstəkar
  26. Arzular… Arzular… (1988, animasiya filmi) – bəstəkar
  27. Gəldi kosa (1988, animasiya filmi) – bəstəkar
  28. Nar ağacının nağılı (1989, animasiya filmi) – bəstəkar
  29. Bir dəfə (1990, animasiya filmi) – bəstəkar
  30. Oda (1990, animasiya filmi) – bəstəkar
  31. Pəncərə (1991, tammetrajlı bədii film) – bəstəkar
  32. Lağım (1993, animasiya filmi) – bəstəkar
  33. Çay daşı (2001, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  34. Mədəniyyət salnaməsi (2001-2004, sənədli serial) – bəstəsindən istifadə olunub
  35. Balaş və Mədinə (2003, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
  36. Basat və Təpəgöz (2003, animasiya filmi) – musiqi redaktoru
  37. Mötəbər insanlar (2003, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  38. Qızıl (2004, animasiya filmi) – bəstəkar
  39. Lahıc (III) (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
  40. Alim (2007, tammetrajlı sənədli film) – musiqi tərtibatçısı
  41. Bağ yerində (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
  42. Dilin sehrində yaşayan insan (2010, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
  43. Balaca ev (2012, animasiya filmi) – bəstəkar
Kontakt:012-494-77-21, 050-593-39-13
Ünvan:Bakı şəhəri, C.Cabbarlı küçəsi ev 38, mənzil 13.