Anar Rzayev
сценарист, режиссер
(14.03.1938)
Anar Rəsul oğlu Rzayev (Anar) Bakıda anadan olub. Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. 10 illik musiqi məktəbində (1946-1955, indiki Bülbül adına məktəb), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1964), Moskvada Ali rejissorluq və ssenaristlər kursunda (1970-1972) təhsil alıb. Ədəbi fəaliyyətə 1952-ci ildə başlayıb. 1980-ci ildə “Şəhərin yay günləri” pyesinə görə Dövlət Mükafatı alıb. Bir neçə şeiri də var. Sözlərinə mahnılar bəstələnib. Şekspirin “Fırtına”, B.Brextin “Qalileo Qaliley” pyeslərini, R.Taqorun “Bağban” mənsur şeirlərini, A.Blokun, V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şeirlərini azərbaycan dilinə çevirib. Azərbaycanın bütün teatrlarında pyesləri tamaşaya qoyulub, Moskvada Miniatür Teatrında, Kazanın, Kişinyovun Akademik Dövlət Teatrlarında, Daşkənddə Mukimi Teatrında, habelə Polşada, Bolqarıstanda, Ermənistanda, Türkmənistanda, Qırğızıstanda, Rusiya şəhərlərində də oynanılıb. 1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq, aparmaq şərəfi Anara verilib. 1995-ci və 2000-ci illərdə Milli Məclisinin üzvü seçilib. Məclisdə mədəniyyət komissiyasının sədrliyini həyata keçirib. Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin sədridir (1991-ci ildən). Ssenarisi və əsərləri əsasında xarici kinematoqrafçıların “Hər axşam saat on birdə” (1969, rejissor Samson Samsonov / Rusiya), “Köhnə aktyor” (2004, rejissor Fevzi Tuna), “Və telefon” (Türkiyə) filmləri çəkilib. Əməkdar incəsənət xadimi (1976), Xalq yazıçısıdır. Azərbaycan Dövlət mükafatı, «İstiqlal» (1998), «Şöhrət», «Şərəf» ordenləri laureatı, «Heydər Əliyev Mükafatı», «Humay» mükafatı, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Yazıçı Anar Rzayev şair Rəsul Rzanın və şair Nigar Rəfibəyli oğludur.
Anar Rzayevin rəsmi saytı: www.anar.az
- https://www.youtube.com/watch?v=2U_QruyqoxE
- https://www.youtube.com/watch?v=BVnpR9oRv0Q
- https://kulis.az/xeber/senet/xeber___________________________________-5992
- https://ona.az/az/medeniyyet/anar-32-ildir-yazicilar-birliyinde-ne-eziyyet-cekirem-bir-allah-bilir-29303
- https://modern.az/fotosohbet/16680/xalq-yazicisi-anar-fotolarda/
- https://525.az/news/207294-xalq-yazicisi-anar-ve-genc-yazici-anar-trzayevle-gorus-kecirilib
- https://news.milli.az/culture/102778.html
- https://1news.az/az/news/20220623053110435-Anar-Rzayev-Resul-Rzanin-butun-eshyalarini-qoruyub-saxlamishiq
- https://kayzen.az/blog/poeziya/25911/ya%C5%9Famaq-haqq%C4%B1n%C4%B1-haqq-ed%C9%99n-yaz%C4%B1%C3%A7%C4%B1-anar-rzayev.html
FILMOQRAFIYA:
- Dəniz (1965, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Qobustan (1967, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – ssenari müəllifi
- Bu, Səttar Bəhlulzadədir (1969, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – mahnı mətni müəllifi
- Gün keçdi (1971, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Nəsimi (1971, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Xatirələr sahili (1972, tammetrajlı bədii film) – aktyor (redaksiya işçisi)
- Var olun, qızlar (1972, tammetrajlı bədii film) – aktyor (Murad)
- Daş saat (1975, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Dədə Qorqud (1975, tammetrajlı bədii film) – ssenari müəllifi
- Gecə müsahibi (1975, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Daşlar danışanda (1976, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Dindirir əsr bizi (1976, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, əsərindən istifadə olunub, aktyor (tamaşaçı)
- Ötən ilin son gecəsi (1978, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Elin sazı, elin sözü (1983, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Bu, Mircavaddır (1987, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- İmtahan (1987, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Basatın igidliyi (1988, animasiya filmi) – ssenari müəllifi
- Əlaqə (1989, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Təhminə (1993, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
- Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Otel otağı (1998, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Dədə Qorqud dünyası (2000, qısametrajlı sənədli film) – ssenari müəllifi
- “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
- Tilsim (2005, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
- Cavid ömrü (2007, tammetrajlı bədii film) – ssenari müəllifi, bədii rəhbər
- Çinar ömrü (2011, tammetrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Sübhün səfiri (2012, tammetrajlı bədii film) – ssenari müəllifi
- Təqib (II) (2012, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
