Anar Rzayev

Ssenarist, rejissor

(14.03.1938)

Anar Rəsul oğlu Rzayev (Anar) Bakıda anadan olub. Azərbaycan Demokratik Respublikasının ilk Səhiyyə Naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. 10 illik musiqi məktəbində (1946-1955, indiki Bülbül adına məktəb), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1964), Moskvada Ali rejissorluq və ssenaristlər kursunda (1970-1972) təhsil alıb. Ədəbi fəaliyyətə 1952-ci ildə başlayıb. 1980-ci ildə “Şəhərin yay günləri” pyesinə görə Dövlət Mükafatı alıb. Bir neçə şeiri də var. Sözlərinə mahnılar bəstələnib. Şekspirin “Fırtına”, B.Brextin “Qalileo Qaliley” pyeslərini, R.Taqorun “Bağban” mənsur şeirlərini, A.Blokun, V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şeirlərini azərbaycan dilinə çevirib. Azərbaycanın bütün teatrlarında pyesləri tamaşaya qoyulub, Moskvada Miniatür Teatrında, Kazanın, Kişinyovun Akademik Dövlət Teatrlarında, Daşkənddə Mukimi Teatrında, habelə Polşada, Bolqarıstanda, Ermənistanda, Türkmənistanda, Qırğızıstanda, Rusiya şəhərlərində də oynanılıb. 1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq, aparmaq şərəfi Anara verilib. 1995-ci və 2000-ci illərdə Milli Məclisinin üzvü seçilib. Məclisdə mədəniyyət komissiyasının sədrliyini həyata keçirib. Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin sədridir (1991-ci ildən). Ssenarisi və əsərləri əsasında xarici kinematoqrafçıların “Hər axşam saat on birdə” (1969, rejissor Samson Samsonov / Rusiya), “Köhnə aktyor” (2004, rejissor Fevzi Tuna), “Və telefon” (Türkiyə) filmləri çəkilib. Əməkdar incəsənət xadimi (1976), Xalq yazıçısıdır. Azərbaycan Dövlət mükafatı, “İstiqlal” (1998), “Şöhrət”, “Şərəf” ordenləri laureatı, “Heydər Əliyev Mükafatı”, “Humay” mükafatı, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Yazıçı Anar Rzayev şair Rəsul Rzanın və şair Nigar Rəfibəyli oğludur.

Anar Rzayevin rəsmi saytı: www.anar.az

  1. https://www.youtube.com/watch?v=2U_QruyqoxE
  2. https://www.youtube.com/watch?v=BVnpR9oRv0Q
  3. https://kulis.az/xeber/senet/xeber___________________________________-5992
  4. https://ona.az/az/medeniyyet/anar-32-ildir-yazicilar-birliyinde-ne-eziyyet-cekirem-bir-allah-bilir-29303
  5. https://modern.az/fotosohbet/16680/xalq-yazicisi-anar-fotolarda/
  6. https://525.az/news/207294-xalq-yazicisi-anar-ve-genc-yazici-anar-trzayevle-gorus-kecirilib
  7. https://news.milli.az/culture/102778.html
  8. https://1news.az/az/news/20220623053110435-Anar-Rzayev-Resul-Rzanin-butun-eshyalarini-qoruyub-saxlamishiq
  9. https://kayzen.az/blog/poeziya/25911/ya%C5%9Famaq-haqq%C4%B1n%C4%B1-haqq-ed%C9%99n-yaz%C4%B1%C3%A7%C4%B1-anar-rzayev.html

FILMOQRAFIYA:

  1. Dəniz (1965, qısametrajlı sənədli film) – ssenari müəllifi
  2. Qobustan (1967, qısametrajlı sənədli film) – ssenari müəllifi
  3. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – ssenari müəllifi
  4. Bu, Səttar Bəhlulzadədir (1969, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  5. Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – mahnı mətni müəllifi
  6. Gün keçdi (1971, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
  7. Nəsimi (1971, qısametrajlı sənədli film) – ssenari müəllifi
  8. Xatirələr sahili (1972, tammetrajlı bədii film) – aktyor (redaksiya işçisi)
  9. Var olun, qızlar (1972, tammetrajlı bədii film) – aktyor (Murad)
  10. Daş saat (1975, qısametrajlı sənədli film) – ssenari müəllifi
  11. Dədə Qorqud (1975, tammetrajlı bədii film) – ssenari müəllifi
  12. Gecə müsahibi (1975, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
  13. Daşlar danışanda (1976, qısametrajlı sənədli film) – ssenari müəllifi
  14. Dindirir əsr bizi (1976, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
  15. Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi, əsərindən istifadə olunub, aktyor (tamaşaçı)
  16. Ötən ilin son gecəsi (1978, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, əsərindən istifadə olunub
  17. Üzeyir ömrü (1981, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  18. Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
  19. Elin sazı, elin sözü (1983, qısametrajlı sənədli film) – ssenari müəllifi
  20. Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
  21. Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
  22. Bu, Mircavaddır (1987, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  23. İmtahan (1987, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
  24. Basatın igidliyi (1988, animasiya filmi) – ssenari müəllifi
  25. Əlaqə (1989, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
  26. Təhminə (1993, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
  27. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
  28. Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
  29. Otel otağı (1998, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
  30. Dədə Qorqud dünyası (2000, qısametrajlı sənədli film) – ssenari müəllifi
  31. “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
  32. Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – ssenari müəllifi
  33. Tilsim (2005, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
  34. Cavid ömrü (2007, tammetrajlı bədii film) – ssenari müəllifi, bədii rəhbər
  35. Çinar ömrü (2011, tammetrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
  36. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – ssenari müəllifi
  37. Təqib (II) (2012, tammetrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
Əlaqə:012-497-15-10
Ünvan:AZ 1000 Ü.Hacıbəyli küç.ev 33/35, mənzil 21.