Müəllif qonorarının bölüşdürülməsi
və ödənilməsi qaydası haqqında

Müəllif qonorarının bölüşdürülməsi və ödənilməsi qaydası haqqında

 ƏSASNAMƏ 

  1. Ümumi müddəalar

1.1. Hazırki Əsasnamə (bundan sonra – Əsasnamə) kollektiv əsasda hüquqların idarə edilməsi üzrə nizamnamə funksiyalarının yerinə yetirərək, audiovizual əsərlərinin efir, kabel, retranslyasiya yolu ilə yayımı, kütləvi  nümayişi “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” (APKG) ictimai birlik tərəfindən yığılmış müəllif qonorarının bölüşdürülməsi və ödənilməsi qaydasını müəyyən edir:

1.2. Hazırki Əsasnamə AR-nın “Müəllif və əlaqəli hüquqlar haqqında” qanununa və digər normativ-hüquqi aktlara, APKG-nin Nizamnaməsinə və digər normativ sənədlərinə uyğun olaraq işlənib hazırlanmışdır.

1.3. Hazırki Əsasnamənin məqsədləri ilə istifadə olunan terminlər aşağıdakı mənanı daşıyırlar:

AVƏ – audiovizual əsər;

APKG-nın MB (APKG-nın məlumat bazası) – APKG-nın üzvü olan və ya müqavilə bağlamış  hüquq sahibləri, əsərlər və onların üzərində hüquqlar haqqında məlumatların sistematik məcmusu, eləcə də APKG-na müəllif qonorarının yığılmasını, hüquq sahiblərinə və qonorar alanlara bölüşdürülməsi və ödənilməsini həyata keçirmək imkanını verən digər məlumatlar;

əsərin janrı – əsərlərin təsnifatı üçün tətbiq edilən kateqoriya;

qeydiyyatdan keçirilmiş əsər – APKG-nın üzvü tərəfindən və ya müqavilə vasitəsi ilə hüquq sahiblərinin əsərlər üzrə bütün və ya qismən hüquqları APKG-na verilmiş əsər;

xarici təşkilat – hüquqların kollektiv əsasda idarə edilməsi  üzrə xarici ölkənin ərazisində fəaliyyət göstərən və APKG ilə maraqların qarşılıqlı təmsil edilməsi haqqında müqavilə bağlamış təşkilat;

beynəlxalq məlumat bazaları, beynəlxalq MB – xarici təşkilatlarda qeydiyyatdan keçirilmiş hüquq sahibləri, əsərlər və onlar üzərində hüquqların sistematik məcmusu (WID, CIS-NET, IPI);

qeydiyyatdan keçirilməmiş əsər – APKG-da qəbul olunmuş qaydalara uyğun olaraq, əsərlər üzrə bütün hüquqları APKG-yə verilməmiş əsər;

istifadəçi – əsərlərin istifadısini, efir və ya kabel ilə o cümlədən retranslyasiya yolu ilə  bildirilməsini həyata keçirən hüquqi və ya fiziki şəxs;

istehsalçı – audiovisual əsərləri istehsal edən studiyalar və ya prodüserlər;

qonorarı alan – hüquq sahibi olmayan, lakin hüquq sahibi ilə müvafiq müqavilənin əsasında və ya qanunvericiliyə uyğun qonorar almaq hüququna malik olan fiziki və ya hüquqi şəxs;

hüquq sahibi –  qanuna uyğun hüququn özgəninkiləşdirilməsi haqqında müqaviləyə əsasən, eləcə də qanunla müəyyən edilmiş digər qaydalara uyğun əsərdən istifadəyə müstəsna hüququ olan və ya əsərə müstəsna hüququ olan şəxslə digər şəxslərə lisenziyalar vermək hüququnu lisenziarda saxlamadan ona əsərdən istifadə etmək hüququnun verilməsi haqqında lisenziya müqaviləsini (müstəsna lisenziya) bağlamış və ya audiovizual əsərlərin və ya audiovizual əsərin tərkibində olan əsərin açıq ifasına, efirə və ya kabel ilə bildirilişinə görə qonorar almaq hüququna malik fiziki və ya hüquqi şəxs;

əsər  – açıqlanmış audiovizual əsər, eləcə də digər audiovizual əsərlərin tərkibinə daxil edilmiş  əsər;

APKG-nin bölüşdürmə sistemi (ABS) – müəllif qonorarının avtomatik bölüşdürülməsi üçün istifadə olunan sistem;

statistik xarakterli məlumat – Azərbaycan və ya xarici müəlliflərin əsərlərindən istifadəsi haqqında statistik analiz metodları ilə alınmış və həmçinin istifadəçilərin hesabatlarının, APKG-nin məlumat bazasının və digər məlumat mənbələrinin əsasında formalaşdırılmış məlumat;

Əsasnamədə göstərilmiş digər termin və təriflər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş mənada istifadə olunurlar;

  1. Müəllif qonorarının bölüşdürülməsi qaydası

2.1. Azərbaycan Respublikasının ərazisində yığılmış müəllif qonorarının bölüşdürülməsi

2.1.1. Əsas prinsiplər

2.1.1.1. APKG-nin Nizamnaməsinə uyğun APKG, müəllif qonorarının bölüşdürülməsi ildə iki dəfədən az olmayaraq müntəzəm olaraq həyata keçirilir.

2.1.1.2. Müəllif qonorarının bölüşdürülməsi, istifadə edilmiş əsərlər haqqında APKG-nin MB-da mövcud olan məlumatlar, istifadəçilərin və ya istehsalçıların hesabatlarında qeyd edilmiş məlumatlar əsasında həyata keçirilir.

İstifadəçilərin və ya istehsalçıların hesabatlarının məzmunu və formaları istifadəçilərlə və ya istehsalçılarla APKG arasında bağlanmış lisenziya müqavilələri və müəllif qonorarının ödənilməsi haqqında müqavilələrlə müəyyən edilir.

Hazırki Əsasnamədə müəyyən edilmiş hallarda bölüşdürmə üçün tələb olunan sənədlərlə əsaslandırılmış məlumat obyektiv səbəblərlə alına bilinmədikdə və ya bölüşdürmə iqtisadi baxımdan məqsədəuyğun olmadıqda,  daxil olmuş müəllif qonorarının məbləği statistik xarakterli məlumatların əsasında bölüşdürülə bilər.

2.1.1.3. İstifadəçilərin və ya istehsalçıların lazımi qaydada tərtib edilmiş və bölüşdürmə üçün kifayət qədər məlumatı əks etdirən hesabatları bölüşdürmə üçün qəbul edilirlər.

Aşağıdakı hallarda hesabatlar lazımi qaydada tərtib edilməmiş  və ya kifayət qədər məlumatı əks etdirməyən hesabatlar qəbul edilirlər:

  • Hesabat müqavilə ilə müəyyən edilmiş formada tərtib edilməmişdir;
  • Hesabatda istifadəçinin səlahiyyətli nümayəndəsinin möhürü və imzası yoxdur;
  • Hesabatın doldurulması mütləq olan qrafalarında məlumat yoxdur;
  • Hesabatda əsərlərin müəlliflərinin adları və/ və ya əsərlərin adları qeyd edilməmişdir;
  • Hesabatdakı açıq-aşkar qeyri-dəqiq informasiya göstərilmişdir.

Yuxarıda qeyd edilmiş hallarda hesabat istifadəçiyə və ya istehsalçıya tamamlama işləri üçün qaytarılır və təqdim edilməmiş hesab edilir.

Bu halda bu cür hesabatlarda daxil olmuş müəllif qonorarının məbləğləri lazımi şəkildə olan hesabatların daxil olması anınadək bölüşdürülmür.

Zəruri hallarda istifadəçiyə və ya istehsalçıya müvafiq hesabat sənədlərinin təqdim edilməsi ilə müəllif qonorarının tam ödənilməsi haqqında tələb irəli sürülə bilər.

Bu bənddə qeyd edilmiş şərtlər istifadəçi və ya istehsalçı tərəfindən müqaviləyə uyğun olaraq təqdim edilən və bölüşdürmə üçün əsas olan digər sənədə də tətbiq edilir.

2.1.1.4. İstifadəçinin və ya istehsalçıların hesabatında qeyd edilmiş məlumatın APKG-nın bölüşdürmə sisteminə daxil edilməsi APKG-ya həmin hesabata aid müəllif qonorarının məbləğlərinin (vəsaitin) daxil olması şərtilə həyata keçirir.

2.1.1.5. Bölüşdürməyə, hüquq sahibinin hüquqlarının qanunvericiliyə uyğun APKG tərəfindən idarə edilməsindən imtina etdiyi əsərlər istisna olmaqla, həm Azərbaycan, həm də xarici müəlliflərin qorunan əsərləri daxil edilir.

2.1.1.6. Aşağıdakılara bölünmüş müəllif qonorarı:

  • ­Qeydiyyatdan keçirilməmiş əsərlər və müəlliflər,
  • Qismən qeydiyyatdan keçirilmiş əsərlərin qeydiyyatdan keçirilməmiş hissəsi, bölüşdürmə

anından etibarən üç il müddətində rezervdə saxlanılır. Bu zaman əsər və müəlliflərin axtarılması, eyniləşdirilməsi, əsər və hüquq sahiblərinin qeydiyyatı üzrə zəruri tədbirlər görülür.

Görülmüş işin nəticələrinə görə əsər və hüquq sahiblərinin eyniləşdirilməsi və qeydiyyatından sonra, əvvəl saxlanılmış müəllif qonorarı  müəyyən edilmiş qaydada ödənilir.

Üç illik müddət bitdikdən sonra bölüşdürmə üçün zəruri məlumat alınmadıqda saxlanılmış müəllif qonorarı statistik xarakterli məlumatların əsasında təkrar bölüşdürülmə üçün göndərilir.

2.1.1.7. Zərərlərin ödənilməsi üçün məbləğlər, kompensasiyalar və digər APKG tərəfindən hüquq sahiblərinin hüquqlarının pozulması ilə əlaqədar mübahisələrin məhkəmə yolu ilə həlli nəticəsində alınmış  məbləğlər (məhkəmə qərarı ilə) aşağıdakıları nəzərə almaqla bölünürlər.

 

APKG-da qüvvəyə minmiş məhkəmə qərarı olduqda, kompensasiyanın, zərərin ödənişinin məbləği və bu qərarla APKG-ya daxil olmuş digər məbləğlər hazırki Əsasnamənin məqsədləri ilə müəllif qonorarı hesab edilirlər və APKG-nın MB-da, beynəlxalq məlumat bazalarda, beynəlxalq fişlərdə və digər sənədlərdə, eləcə də APKG-də olan müqavilələr və sazişlərdə olan əsər və hüquq sahiblərinin qeydiyyatı haqqında məlumatların nəzərə alınması ilə hüquq sahiblərinə bölüşdürülürlər.

 

 

2.1.2. Azərbaycan əsərlərindən istifadəyə görə istifadəçilərdən daxil olmuş müəllif qonorarının bölüşdürülməsi qaydaları

2.1.2.1. İstifadəçilərin hesabatları əsərlərin və hüquq sahiblərinin APKG-nın MB-da qeydiyyatı haqqında məlumatların əsasında işlənib hazırlanır.

İstifadəçilərin hesabatlarının bölüşdürilmədə istifadəsi zamanı, ilk növbədə   hesabatda qeyd edilmiş əsərlərin APKG-nın MB-da eyniləşdirilməsi və axtarılması həyata keçirilir.

2.1.2.2. İstifadəçinin hesabatında əsər və onun müəllifləri haqqında məlumat tam olaraq APKG-nın MB-dakı qeydiyyatına uyğun olduqda, lakin əsərin janrı uyğun olmadıqda, qonorar APKG-nın MB-da qeydiyyatına uyğun olaraq hesablanır.

2.1.2.3. İstifadəçinin hesabatında qeyd edilmiş əsərlə birmənalı müqayisə edilən əsər APKG-nın  MB-da olmadıqda, APKG-nın MB-da aşağıdakı variantların axtarışı həyata keçirilir:

  • ­müəllifləri tam olaraq hesabatda qeyd edilmişlərə uyğun olan, adı isə transliterasiyanın nəzərə alınması ilə uyğun olan əsərlər;
  • müəllifləri tam olaraq hesabatda qeyd edilmişlərlə uyğun olan, adı isə rəqəmlərin yazı ilə yazılması şərti ilə uyğun olan əsərlər;
  • əsər APKG-nın MB-da olduqda, müəlliflərin isə bəziləri APKG-nın üzvü olmadığı halda, üzv olmayan müəlliflər haqqında məlumatların axtarışı və toplanması həyata keçirilir və üzv olmayan müəlliflərə hesablanmış qonarar haqqında məlumat APKG-nın saytında yerləşdirilir.

APKG-nın MB-da yuxarıda sadalanmış axtarış variantlarından biri mövcud olduqda, hesabatda qeyd edilmiş məlumatı APKG-nın bölüşdürülmə sisteminə daxil edilməsi haqqında qərarı səlahiyyətli vəzifəli şəxs qəbul edir.

2.1.2.4. İstifadəçinin hesabatında qeyd edilmiş əsər üçün APKG-nın MB-da birmənalı uyğunluq tapılmadıqda (yuxarıda qeyd edilmiş variantların nəzərə alınması ilə) bu əsər haqqında məlumat APKG-nın MB-na və APKG-nın bölüşdürmə sisteminə istifadəçinin hesabatının əsasında və qeydiyyatın olmaması haqqında qeydlə (qeydiyyatdan keçirilməmiş əsər kimi) daxil edilir.

Bu cür əsərə bölüşdürülmüş müəllif qonorarının məbləği  2.1.1. Əsas prinsiplər fəslinin 2.1.1.6-cı bəndinə uyğun olaraq saxlanılır.

Saxlanmış müəllif qonorarının hüquq sahibləri (qonorar alanlar) arasında bölüşdürülməsi və onun ödənilməsi əsərin APKG-nin MB-da qeydiyyatından sonra  həyata keçirilir. Bu zaman əsərə bölüşdürülmüş müəllif qonorarının yenidən hesablanması həyata keçirilmir.

2.1.3. Azərbaycan əsərlərindən istifadəyə görə istehsalçıdan daxil olmuş müəllif qonorarının bölüşdürülməsi qaydaları

2.1.3.1. APKG-nın “Əsərin” istifadəsindən müəlliflərə çatacaq qonorarla bağlı İstehsalçılarla bağladığı müqavilələrdə,  audiovizual əsərlərdən istifadəyə görə müəlliflərə çatacaq qonorarın miqdarı, Azərbaycanın əsas film istehsalçıları ilə razılaşdırılaraq Kinorejissorlar Gildiyasının Konfransının  müvafiq qərarı ilə istehsalçının əsərin istifadəsindən əldə etdikləri gəlirin 18% həcmində müəyyənləşdirilib.

 

2.1.3.2. İstehsalçının audiovizual əsərin istifadəsindən əldə etdikləri gəlirin 18%-i müəlliflər arasında aşağıdakı nisbətdə bölüşdürülür (faizlə):

 

 

1 Bədii filmlər, film-tamaşalar üzrə %-lə         18
Quruluşçu rejissor 6
Ssenarist 6
Quruluşçu operator 2
Quruluşçu rəssam 2
Bəstəkar 2
2 Musiqili filmlər %-lə         18
Quruluşçu rejissor 4
Ssenarist 4
Quruluşçu operator 2
Quruluşçu rəssam 2
Bəstəkar 6
3 Cizgi filmlər %-lə         18
Quruluşçu rejissor 6
Ssenarist 4
Quruluşçu operator 2
Quruluşçu rəssam 4
Bəstəkar 2
4 Sənədli və elmi-kütləvi filmlər %-lə         18
Rejissor 6
Ssenarist 5
Operator 5
Bəstəkar 2

 

2.1.3.3. İstehsalçının audiovizual əsərin istifadəsindən əldə etdikləri gəlirdən daxil olmuş müəllif qonorarının bölüşdürülməsi, İstehsalçının təqdim etdikləri hesabatlara əsasən hazırki Əsasnamənin 2.1.2-ci maddəsində müəyyən edilmiş analoji qaydada həyata keçirilir.

2.1.3.4. İstehsalçının audiovizual əsərin istifadəsindən əldə etdikləri gəlirdən daxil olmuş müəllif qonorarının bəstəkara aid olan hissəsi, Azərbaycanda musiqi əsərlərin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilat tərəfindən müəlliflərə çatdırılır.

2.1.4. Xarici əsərlərindən istifadəyə görə daxil olmuş müəllif qonorarının bölüşdürülməsi qaydaları

2.1.4.1. İstifadəçilərin tərkibində xarici müəlliflərin əsərləri olan hesabatları APKG-nın MB-da əsərlərin və hüquq sahiblərinin qeydiyyatı haqqında məlumatın əsasında hazırki Əsasnamənin 2.1.2-ci maddəsində müəyyən edilmiş analoji qaydada tərtib edilir.

2.1.4.2. İstifadəçinin hesabatında qeyd edilmiş əsər APKG-nın MB-da olmadıqda, əsər haqqında məlumat xarici təşkilatlardan daxil olmuş və ya beynəlxalq MB-ı əsasında APKG-nın MB-na və bölüşdürmə sisteminə “xarici müəllif” adı ilə daxil edilir.

2.1.4.3. İstifadəçinin hesabatında qeyd edilmiş əsər xarici MB-da olmadıqda və ya əsər xarici MB-da olduqda, lakin hüquq sahiblərinin payları haqqında məlumat olmadıqda və eyni zaman ən azından bir müəllif (hüquq sahibi) və onun hər hansı xarici təşkilata aidiyyəti məlum olduqda, müəllif qonorarının bölüşdürülməsi CISAC (Lack of Documentation – «Sənədlərin olmaması») qaydalarına uyğun olaraq həyata keçirilir.

2.1.4.4. İstifadəçinin hesabatında qeyd edilmiş əsər APKG-nın MB-da və xarici MB-da olmadıqda həmin əsər haqqında məlumat APKG-nın MB-na və bölüşdürmə sisteminə istifadəçilərin hesabatı əsasında və qeydiyyatın olmaması haqqında qeydlə daxil edilir.

Həmin əsərə bölüşdürülmüş müəllif qonorarının məbləği 2.1.1 Əsas prinsiplə fəslinin 2.1.1.6 bəndinə uyğun olaraq saxlanılır.

Qeyd edilmiş əsərlər haqqında məlumat CİSAC qaydalarına uyğun olaraq həmin əsərlərin hər hansı xarici təşkilata və/və ya hüquq sahibinə məxsusluğunu müəyyən etmək üçün xarici təşkilatlara (“BLANK BOX”) təqdim edilir.

 

2.2. Əsərlərdən Azərbaycandan kənarda istifadəyə görə xarici təşkilatlarından daxil olmuş

müəllif qonorarının bölüşdürülməsi

2.2.1. APKG-ya ilə təmsilçilik müqaviləsi bağlamış xarici təşkilat tərəfindən yığılmış müəllif qonorarının bölüşdürülməsi xarici təşkilatdan daxil olmuş bölüşdürmə cədvəllərinin əsasında həyata keçirilir.

2.2.2. Bölüşdürmə cədvəlləri xarici təşkilatdan müəllif qonorarının kağız və/və ya elektron şəkildə bölüşdürülməsi üçün daxil olurlar və aşağıdakı məlumatı əks etdirirlər:

  • AVƏ-nin adı;
  • qonorarın çatacağı müəlliflərin siyahısı;
  • hər hüquq sahibinin payı (faiz);
  • hər hüquq sahibinə/hər əsərə görə müəllif qonorarının məbləği xarici təşkilatın ölkəsinin valyutasında.

2.2.3. Xarici təşkilatdan daxil olmuş müəllif qonorarının bölüşdürülməsi APKG-nın MB-da qeyd edilmiş qeydiyyat məlumatlarına uyğun olaraq bölüşdürmə vərəqəsində qeyd edilmiş məlumatın əsasında həyata keçirilir.

2.2.4. Xarici təşkilatdan daxil olmuş müəllif qonorarı, Milli Bankın həmin qonorarın daxil olan günə olan məzənnəsi ilə Azərbaycan manatı ilə hesablanır.

2.2.5. Müvafiq şəkildə daxil olmuş bölüşdürmə cədvəlləri APKG-nın hesabına müəllif qonorarının müvafiq məbləğlərinin daxil olması şərtilə bölüşdürülməlidir.

2.2.6. Xarici təşkilatın bölüşdürmə cədvəlində qeyd edilmiş məlumatla APKG-nın MB-da qeydiyyat məlumatları arasında fərqlər olduqda müəllif qonorarının bölüşdürülməsi APKG-nın  MB-da qeydiyyat məlumatlarına uyğun olaraq həyata keçirilir.

2.2.7. Xarici təşkilatın bölüşdürmə cədvəlində APKG-nın repertuarına aid olmayan əsərlərin, və/və ya hüquq sahiblərinin – digər xarici təşkilatların üzvlərinin aşkar edilməsi zamanı müəllif qonorarının məbləğləri qaytarılmalıdır.

2.2.8. Bölüşdürmə cədvəlində müəllif qonorarının daha əvvəl APKG tərəfindən yanlışlıqla köçürülmüş qaytarılan məbləğlərinin aşkar edilməsi zamanı qeyd edilmiş məbləğlər dəqiqləşdirilmiş məlumatların əsasında təkrar bölüşdürülürlər.

  1. Müəllif qonorarından məbləğlərin tutulmasının qaydası

3.1. AR-nın “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”  qanununun 43-cü madəsinin 1-ci bəndinin 1-ci abzasına və Nizamnaməyə uyğun olaraq APKG-nın yığılmış müəllif qonorarından qonorarın yığılması, bölüşdürülməsi və ödənilməsi üzrə zəruri xərclərin ödənilməsi üçün məbləğlər tutur.

3.2. Qeyd edilmiş məbləğlər müəllif qonorarının hüquq sahibinin (qonorarı alanın) şəxsi hesabına əlavə edilməsi məqsədi ilə hesablandığı  an tutulurlar.

3.3. Qeyd edilmiş məbləğlərin miqdarı Nizamnaməyə uyğun olaraq APKG-nın İdarə heyətinin qərarları ilə müəyyən edilir.

3.4. Qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallarda, APKG-ya vergi  agentinin funksiyalarını icra edir və bölüşdürmə nəticələrinə görə hüquq sahibinə (qonorar alana) hesablanmış müəllif qonorarından müvafiq vergi məbləğlərini büdcəyə hesablayır.

  1. Müəllif qonorarının ödənilməsi qaydası və müddəti

4.1. APKG-nın Nizamnaməsinə uyğun olaraq müəllif qonorarının ödənilməsi ildə iki dəfədən az olmayaraq müntəzəm  olaraq həyata keçirilir.

4.2. Müəllif qonorarının xarici təşkilatlara ödənilməsi müntəzəm olaraq və APKG-nın həmin təşkilatlarla müqavilələrində müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Müəllif qonorarının xarici təşkilatlara qaytarılması planlı ödənişlərlə eyni zamanda həyata keçirilir.

4.3. APKG-nın Nizamnamə və bu Əsasnamədə  müəyyən edilmiş qaydada mübahisəli hesab edilən əsərlərə bölüşdürülən müəllif qonorarının ödənilməsi mübahisə iştirakçılarından mübahisənin  başa çatmasını göstərən sənədlərin alınması anınadək dayandırılır.

4.4. Bu Əsasnaməyə uyğun olaraq hesablanmış və saxlanmış müəllif qonorarının ödənilməsi, əsərlərin APKG-nın  MB-da eyniləşdirilməsi və ya qeydiyyatdan keçirildikdən sonra planlı ödənilmə  ilə eyni zamanda həyata keçirilir.