Kinorejissorlar Gildiyası haqqında

17 may 1999-cu ildə  32 kinorejissorun (“Otuzikilər”) təşəbbüsü ilə təsis edilmiş  Professional Kinorejissorlar Gildiyası, Ədliyyə Nazirliyi tərəfindən 18.06.1999-cu ildə dövlət qeydiyyatından keçmiş. Qeydiyyat nömrəsi – 1156. 22 mart 2001-ci il tarixində Müəllif hüquqları Angentliyi və Kinorejissorlar Gildiyası arasında əməkdaşlıq haqqında razılaşma protokolu imzalanmışdır.

Gildiyanın yaradılmasında əsas məqsəd, bazar iqtisadiyyatı şəraitində audiovizual müəlliflərin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirərək müəllif, yaradıcı və sosial hüquqların qorunmasını təmin etmək, audiovizual əsərin müəllifi və yaradıcı kollektivin rəhbəri kimi rejissor sənətinin nüfuzunun və ictimai əhəmiyyətinin yüksəltmək və milli kinematoqrafın yüksək bədii səviyyədə inkişafına şərait yaratmaqdır.

Kinorecjssorlar Gildiyası yarandılqıdan sonra ssenaristlər, kinooperatorlar, rəssamlar və bəstəkarlar yığışaraq, Gildiyanın nəzdində öz bölmələrini yaratmaq arzusunda olduqlarını bildirdilər.

Gildiya bürosunun 01.09.2000-ci il tarixində qəbul etdiyi qərarla Gildiyanın fəaliyyəti bütün audiovizual əsər müəlliflərin hüquqlarını əhatə etdi.

Bu vaxt ərzində Gildiya üzvlərinin sayı  200-ü örtmüş, istehsalçılar, müəlliflər və  hüquqvarisçiləri tərəfindən isə 5000-dən çox audiovizual əsər (bədii, cizgi, sənədli, film tamaşa, müəllif televeriliş, klip və s.) müqavilələr əsasında Gildiyaya kollektiv idarəçiliyə verilmişdir. 2001-ci ildə Gildiya Avropa Kinorejissorları Federasiyasının (FERA), 2016-cı ildə (International Confederation of Societies of Authors and Composers) CİSAC üzvüliyinə qəbul olunmuşdur.

Kinorejissorlar Gildiyası öz fəaliyyətini kinematoqrafiya və müəllif hüquqları sahəsində fəaliyyət göstərən bütün təşkilatlarla sıx əlaqədə qurur.

Konfransların, monitorinqlərin, yubileylərin, ictimayyətlə görüşlərin keçirilməsi,   beynəlxalq əlaqələrin genişləndirilməsi, festivallarda, seminarlarda, forumlarda iştrakı  Gildiyanın gördüyü gündəlik fəaliyyətlərindəndir.