Müəllif və Bəstəkarlar Cəmiyyətlərin Beynalxalq Konfederasiyası

https://www.cisac.org

Müəllif və Bəstəkarlar Cəmiyyətlərin Beynalxalq Konfederasiyası (Fransızca: Confédération Internationale des Sociétés d’Auteurs et Compositeurs, CISAC) qeyri-hökümət və qeyri-kommersiya olan bir təşkilatdır ki, yaradıcıların mənafelərini bütün dünyada qoruyur. CİSAC Müəllif cəmiyyətlərinin, yəni, Kollektiv İdarəçəlik təşkilatları, qonorar toplayan cəmiyyətlər və ya İfa hüqüları təşkilatı kimi tanınan cəmiyyətlərin dünyada ən iri birliyidir.

2013-cü ildə prezidenti Fransalı elektron musiqi bəstəkarı Jan Mişel Jar olub. 2020-ci ildən isə, prezidenti İsveçrəli bəstəkar Byorn Ulvaeus olub.

Hal hazırda 121 ölkədən 238 müəllif cəmiyyəti CİSAC üzvüdür. Birgə, bu müəllif cəmiyyətləri bütün coğrafi regionlardan və bütün yaradıcı sahələrdən (musiqi,audiovizual,drama və s) olan 4 milyon yaradıcı və istehsalçını təmsil edir.

2015-ci ildə CİSAC üzvləri qonorarlardan 8.6 Milyard avro toplayıb.

CİSAC üzvlük haqqından gələn gəlir ilə maliyyələşdirilib və üç rəsmi dili var: Ingilis, Fransız və İspan.

CİSAC 1926-ci ildə təsis olunub.