İsa Hüseynov
ssenarist, yazıçı
(09.05.1928)
İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) Ağstafanın Muğanlı kəndində anadan olub. N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub (1952). “Azərnəşr”də Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari Şurasının üzvü (1974-1979), Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində dərc olunan “Anadil oxuyan yerdə” oçerki ilə başlayıb. 2012-ci ildə AYB-nin təsis etdiyi “Nəsimi” mükafatının ilk laureatıdır. Əməkdar incəsənət xadimi (1976) İsa Hüseynov 2014-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
- http://www.anl.az/down/meqale/adalet/2019/iyul/10.htm
- https://azertag.az/xeber/Boyuk_ideallar_sahibi_gorkemli_yazichi_Isa_Huseynov_Muganna-1171649
- http://aghstafa.cls.az/front/files/libraries/288/documents/205815676.pdf
- https://modern.az/az/news/293952/35-yasli-imza-muganna
- https://525.az/news/97048-bedii-nesrimizde-isa-huseynov-zirvesi
- https://kaspi.az/az/azerbaycanin-dostoyevskisi-isa-muanna/
FILMOQRAFIYA:
- İyirmialtılar (1966, bədii film) – ssenari müəllifi
- Dəli Kür (1969, bədii film) – redaktor
- Ulduzlar sönmür (1971, bədii film) – ssenari müəllifi
- Nəsimi (II) (1973, bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
- Tütək səsi (1976, bədii film) – ssenari müəllifi, əsərlərindən istifadə olunub
- Qərib cinlər diyarında (1977, bədii film) – redaktor
- Arvadım mənim, uşaqlarım mənim (1978, bədii film, kino-almanax) – redaktor
- Arvadım mənim, uşaqlarım mənim – Toy (1978, bədii film,) – ssenari müəllifi,
- Od içində (1978, bədii film) – redaktor
- Nizami (III) (1982, bədii film) – ssenari müəllifi
- Yanlış da bir naxışdır (2011, bədii film) – ssenari müəllifi
- İstədiyin yar (2012, bədii film) – ssenari müəllifi
