Ramiz Rövşən
ssenarist, şair
(15.12.1946)
Ramiz Rövşən (Ramiz Əliyev Məmmədəli oğlu) Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1964-1969), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (1976-1978). “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin və Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
Ssenariləri əsasında filmlər çəkilib. Şeir və hekayələri tərcümə edilərək xaricdə çap olunub.
“Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nün (2013), Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya əfsanəsi” mükafatının (2019) sahibidir. Azərbaycan Respublikasının Xalq şairidir (2019).
- https://axar.az/news/edebiyyat/129228.html
- https://qafqazinfo.az/news/detail/sair-de-qocalir-ramiz-rovsen-75-yasinda-346506
- https://www.muallim.edu.az/news.php?id=21584
- https://azertag.az/xeber/Ramiz_Rovsen_Anar_qeder_birlesdirici_adam_tapmaq_chox_chetindir-2350481
- https://525.az/news/182146-qapi-ramiz-rovsen
- https://modern.az/az/news/31922
- https://bakuplus.az/2022/10/26/bak-da-ramiz-r-v-nin-d-i-tirak-il-poeziya-gec-si-ke-iril-c-k/
- http://philosophy.edu.az/index.php?newsid=736
FILMOQRAFIYA:
- Bulud niyə ağlayır? (1973, animasiya filmi) – mahnı mətni müəllifi
- Pıspısa xanım və siçan bəy (1974, animasiya filmi) – mahnı mətni müəllifi
- Diplom işi (1979, qısametrajlı bədii film) – redaktor
- Təkcə adanı özünlə apara bilməzsən (1980, tammetrajlı bədii film) – redaktor
- Yol əhvalatı (1980, tammetrajlı bədii film) – redaktor
- Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – ssenari müəllifi
- Əzablı yollar (1982, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- Nizami (III) (1982, tammetrajlı bədii film) – redaktor
- Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – redaktor, mahnı mətni müəllifi
- Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – redaktor
- Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – redaktor
- Cin Mikrorayonda (1985, tammetrajlı bədii film) – redaktor
- Humayın yuxusu (1985, animasiya filmi) – redaktor
- Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – ssenari müəllifi
- Şəhərli biçinçilər (1986, tammetrajlı bədii film) – ssenari müəllifi
- Araqarışdıran (1987, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- Kişi sözü (1987, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- Lovğa fil balası (1987, animasiya filmi) – mahnı mətni müəllifi
- Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – ssenari müəllifi
- Təxribat (1989, tammetrajlı bədii film) – redaktor
- Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- Qətl günü (1990, tammetrajlı bədii film) – redaktor
- Şəhidlərdən şəhidlərə (1990, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Almas İldırım (1991, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Bəxt üzüyü (1991, tammetrajlı bədii film) – redaktor
- Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – mahnı mətni müəllifi
- Şəbi-hicran (1993, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Qədirin sorağında (1994, qısametrajlı sənədli film) – redaktor
- Prima (1994, qısametrajlı sənədli film) – əsərlərindən istifadə olunub
- Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – redaktor, mahnı mətni müəllifi
- Azərbaycan kinosu-80 (1996, qısametrajlı sənədli film) – redaktor
- Özgə vaxt (1996, tammetrajlı bədii film) – ssenari müəllifi
- Füzuli – 500 (1997, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Sarı gəlin (1998, tammetrajlı bədii film) – redaktor
- Xoşbəxt adam (1999, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi
- Etimad telefonu (2001, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- Hacı Qara (IV) (2002, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
- Ömür ağacı (2002, qısametrajlı sənədli film) – ssenari müəllifi
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – redaktor
- Arxada qalmış gələcək (2004, tammetrajlı bədii film) – redaktor
- Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – redaktor, mahnı mətni müəllifi
- Məkanın melodiyası (2004, tammetrajlı bədii film) – ssenari müəllifi
- Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – mahnı mətni müəllifi, redaktor
- Məhkumlar (2006, tammetrajlı bədii film) – redaktor
- Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – sinxron mətnlərin müəllifi
- Cavid ömrü (2007, tammetrajlı bədii film) – redaktor
- Xəyallar gündəliyi (2008, qısametrajlı bədii film) – ssenari müəllifi
- Qala (2008, tammetrajlı bədii film) – ssenari müəllifi
- Kabusun gözüylə (2010, tammetrajlı bədii film) – redaktor
- Səhərə inan… (2010, tammetrajlı bədii film) – ssenari müəllifi, mahnı mətni müəllifi
- Buta (II) (2011, tammetrajlı bədii film) – redaktor
- İlahi məxluq (2011, tammetrajlı bədii film) – redaktor
- Özüm və zaman haqqında (2011, tammetrajlı sənədli film) – redaktor
- Çölçü (2012, tammetrajlı bədii film) – mətn düzümü
- Sübhün səfiri (2012, tammetrajlı bədii film) – redaktor, mətn düzümü
- Üç görüş (2012, tammetrajlı bədii film) – ssenari müəllifi
- Maqomayev haqqında üç novella (2012-2013, sənədli serial) – redaktor
- Ağ-qara gecələr (2013, tammetrajlı bədii film) – mətnin düzümü
- Dağlar qoynunda olan şəhər (2014, qısametrajlı sənədli film) – redaktor
- 23 (2015, qısametrajlı bədii film) – ssenari müəllifi
- Dərs (2015, tammetrajlı bədii film) – redaktor, mahnı mətni müəllifi
