Cavanşir Quliyev
Bəstəkar
(22.11.1950)
Cavanşir Rəhim oğlu Quliyev Şəkidə anadan olub. Şəki Musiqi Texnikumundan məzun olub (1968). 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının tar sinfinə daxil olub. İki ildən sonra bəstəkarlıq fakültəsinə keçib və Cövdət Hacıyevin bəstəkarlıq sinifində təhsil alıb (1975). Tələbəlik illərindən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb (1973-1990). Bir müddət Azərbaycan Konsert Birliyində bədii rəhbər olub (1990-1993), Musiqi Akademiyasında və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci ildən Akademik Milli Dram Teatrında musiqi hissə müdiri olub. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin səhnə sənətləri fakültəsinin professorudur. Beş yüzə qədər mahnı, fortepiano üçün “Prelüdlər”, ”Sonatina”, muğam səs sıralarında hazırlanmış royal üçün “Yeddi pyes”, çoxsəsli xor üçün “Dönübdü”, fleyta və fortepiano üçün “Skertso”, birinci və ikinci simli “Kvartetlər”, taxta nəfəsli alətləri üçün “Kvartet”, mis nəfəsli alətləri üçün “Kvintet”, simli orkestr və zurna üçün “Musiqi”, simfonik orkestr və zurna üçün “Uvertüra”, saz və skripka üçün “Sonata”, dörd simfoniya, saz, fleyta və violonçel üçün “Karvan” triosu (2000), simli orkestr üçün “Dastan” (2001), dünya xalqlarının musiqi alətlərindın ibarət orkestr üçün (“Atlas” – Hollandiya) “Bayatı”, “Məhəbbət oyunu” (2001) və “Yeddi məhbusə” operettaları, “Oğuznamə” baleti, teatr tamaşalarına musiqi (“Sevgililərin cəhənnəmdə vüsalı” (1991), “İydə ağacı” (1992), “Özümüzü kəsən qılınc” (1999), “Dar ağacı”, “Aydın” (2000)) yazıb. Gürcüstan istehsalı olan “Aşıq Qərib” (1988, rejissorlar Sergey Paracanov, David Abaşidze) filminin musiqilərini yazıb. “Humay” (2000), “Qızıl Dərviş” mükafatları (2001) laureatı, Əməkdar incəsənət xadimidir (1992). “Sübhün səfiri” filminə görə “Ən yaxşı orijinal musiqi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015).
- https://news.milli.az/culture/404260.html
- https://aki.az/cavansir-quliyev-70/
- https://qafqazinfo.az/news/detail/cavansir-quliyev-19-ilden-sonra-birdefelik-azerbaycana-qayitdi-376647
- https://modern.az/musahibe/298868/cavansir-quliyev-iller-sonra-bakida-qarabaa-da-getmek-isteyirem-msahibe/
- https://kulis.az/xeber/media/Cavansir-Quliyev-Musfiqdn-oratoriya-yazdi-31452
Filmoqrafiya:
- Xeyir və şər (1980, animasiya filmi) – bəstəkar
- Qocalar, qocalar… (1982, tammetrajlı bədii film) – bəstəkar
- Sovet Azərbaycanı (VI) (1982, qısametrajlı sənədli film) – bəstəkar
- Mirzə Kazım bəy: Elmə həsr olunmuş ömür (1983, qısametrajlı sənədli film) – bəstəkar
- Topal Teymur (1983, tammetrajlı film-tamaşa) – bəstəkar
- Günahsız Abdulla (1984, tammetrajlı film-tamaşa) – bəstəkar
- Həqiqətin anı (1984, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Yeniləşmiş diyar (1984, qısametrajlı sənədli film) – bəstəkar
- Sonuncu məhəbbət (1985, tammetrajlı film-tamaşa) – bəstəkar
- Astana (1986, tammetrajlı film-tamaşa) – bəstəkar
- Daş yaddaş (1986, qısametrajlı sənədli film) – bəstəkar
- Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – bəstəkar
- Lahıc (II) (1986, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Ağ atlar üçün vals (1987, tammetrajlı film-tamaşa) – bəstəkar
- Araqarışdıran (1987, tammetrajlı bədii film) – bəstəkar
- Bəxtiyar Vahabzadə (1987, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Kəndlərin harayı (1987, qısametrajlı sənədli film) – bəstəkar
- Süd dişinin ağrısı (1987, tammetrajlı bədii film) – bəstəkar
- Yaşıl eynəkli adam (1987, tammetrajlı film-tamaşa) – bəstəkar
- Çətin məsələ (1988, animasiya filmi) – bəstəkar
- Anarla üz-üzə (1989, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Gülüş sanatoriyası (1989, tammetrajlı film-tamaşa) – səs rejissoru
- Lətifə (1989, tammetrajlı bədii film) – bəstəkar
- Sənsiz (II) (1989, tammetrajlı film-tamaşa) – bəstəkar
- Dünya bir pəncərədir (1990, qısametrajlı sənədli film) – bəstəkar
- Güzgü (1990, qısametrajlı bədii film) – bəstəkar
- Haray (1990, qısametrajlı sənədli film) – bəstəkar
- Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – bəstəkar
- Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – bəstəkar
- Etiraf (1992, tammetrajlı bədii film) – bəstəkar, dirijor
- Qayıdış (II) (1992, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Ac həriflər (1993, tammetrajlı film-tamaşa) – bəstəkar, filmi səsləndirən (kadrarxası şeiri səsləndirən)
- Fəryad (1993, tammetrajlı bədii film) – bəstəkar
- Kamança (1993, qısametrajlı film-tamaşa) – bəstəkar
- İtkin gəlin (1994, bədii serial) – bəstəkar
- Ağ dünya (1995, tammetrajlı bədii film) – bəstəkar
- Ayrılıq (1995, qısametrajlı bədii film) – musiqi aranjmançısı
- Əzablı yollar (II) (1995, tammetrajlı sənədli film) – musiqi tərtibatçısı
- Göylər sonsuz bir dənizdir (1995, sənədli serial) – bəstəsindən istifadə olunub
- Muğam (II) (1995, tammetrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı (vokal)
- Apardı sellər Saranı (1996, qısametrajlı film-tamaşa) – bəstəkar
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – bəstəkar, musiqi ifaçısı
- Yarımştat (1996, tammetrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı
- Canavar balası (1997, tammetrajlı bədii film) – bəstəkar
- Fatehlərin divanı (1997, bədii serial) – bəstəkar
- Taleyin qisməti (1997, bədii serial) – bəstəkar
- Tikdim ki, izim qala (1997-1998, sənədli serial) – bəstələrindən istifadə olunub
- Qırmızı qar (1998, tammetrajlı bədii film) – bəstəkar
- Nigarançılıq (1998, tammetrajlı film-tamaşa) – bəstəkar
- Yağışdan sonra (1998, bədii serial) – bəstəkar
- Məhv olmuş gündəliklər (1999, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Yaşıl eynəkli adam 2 (1999, tammetrajlı film-tamaşa) – bəstəkar
- Çalalar (2000, animasiya filmi) – bəstəkar
- “Dirsə xan oğlu Buğac” boyu (2000, tammetrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı (vokal)
- Şeirin Xəzrisi (2000, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Salur Qazanın evi talandığı boy (2001, tammetrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı
- Sonuncu orden (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Yaşıl eynəkli adam 3 (2002, tammetrajlı film-tamaşa) – bəstəkar
- Mənim ömür nəğmələrim (2003, qısametrajlı film-tamaşa) – bəstəkar, musiqi ifaçısı
- Yumurta (2003, tammetrajlı film-tamaşa) – bəstəkar
- Xarı bülbüllər (2005, qısametrajlı bədii film) – bəstəkar
- Cavid ömrü (2007, tammetrajlı bədii film) – bəstəkar, musiqi ifaçısı
- Gəl!.. (2007, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Anarın anları (2008, tammetrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Dostuma məktub… (II) (2010, qısametrajlı sənədli film) – bəstəkar
- Əli Kərim. Gələcəyin şairi (2010, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Buta (II) (2011, tammetrajlı bədii film) – bəstəkar, musiqi ifaçısı (ud)
- Sübhün səfiri (2012, tammetrajlı bədii film) – bəstəkar, musiqi ifaçısı (tar)
- Səni axtarırıq… (2013, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Əli və Nino (2016, tammetrajlı bədii film) – bəstəkar
- 1918-ci il hadisələri – Unudulmayan tarix (2018, qısametrajlı sənədli film) – bəstəsindən istifadə olunub
- Əbədiyyətə uçuş (2019, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Dodaqdan qəlbə (tammetrajlı film-tamaşa) – bəstəkar
- Tomris (tammetrajlı film-tamaşa) – bəstəkar
