İsmayıl Dadaşov

Musiqi redaktoru, şair
(23.03.1957 – 22.10.2020)

İsmayıl Cabir oğlu Dadaşov Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. Hələ məktəb illərində ədəbiyyata, teatr və kino sənətinə həvəs göstərən İsmayıl şeir yaradıcılığına başlayıb və onun ilk qələm təcrübələri oxucuların diqqətinə səbəb olub. 1978-ci ildə sözlərinə ilk dəfə musiqi bəstələnib. Azərbaycan Televiziyası və Radiosu, “Azərbaycanfilm” kinostudiyası, “Space” teleradio şirkətində çalışıb. Əhməd Orucoğlunun “Pul dəlisi”, “Qonşular”, “Qayınana əməliyyatı”, Marat Haqverdiyevin “Qısqanc ürəklər” və s. tamaşalar üçün mahnı mətni yazıb. Uzun müddət “Azərbaycanfilm” kiinostudiyasında musiqi redaktoru olaraq çalışıb. 2011-ci ildə Əməkdar mədəniyyət işçisi fxri adına layiq görülüb. İsmayıl Dadaşov 22 oktyabr 2020-ci ildə vəfat edib.

  1. http://anl.az/down/meqale/ayna/ayna_oktyabr2009/92953.htm
  2. https://www.youtube.com/watch?v=PYykRfKAaog
  3. https://qafqazinfo.az/news/detail/ismayil-dadasov-vefat-etdi-302818
  4. https://news.milli.az/culture/6821.html

FİLMOQRAFİYA:

  1. Adı sənin, dadı mənim (1980, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  2. Mənim günahım (1985, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  3. Mənim günahım (1985, film-tamaşa) – musiqi tərtibatçısı
  4. Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  5. Düşüncə (1987, animasiya filmi) – musiqi redaktoru
  6. Hədəf (1987, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  7. Yusif Məmmədəliyev (1987, sənədli film) – musiqi tərtibatçısı
  8. Ata (1988, qısametrajlı sənədli film) – musiqi redaktoru
  9. Seans (1988, animasiya filmi) – musiqi redaktoru
  10. Yaşa, qızıl balıq (1988, qısametrajlı bədii film) – bəstəkar, musiqi redaktoru
  11. Kürən (1989, animasiya filmi) – musiqi tərtibatçısı
  12. Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – yaradıcı heyətin üzvü
  13. Müqəddəs oda yanaram (1991, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  14. Şahzadə qız Mimo (1991, animasiya filmi) – musiqi tərtibatçısı
  15. Ümid (1992, animasiya filmi) – musiqi redaktoru
  16. Haray (II) (1993, tammetrajlı bədii film) – musiqi redaktoru
  17. Hökm (1994, tammetrajlı bədii film) – musiqi redaktoru
  18. Köpək (1994, tammetrajlı bədii film) – bəstəkar, musiqi tərtibatçısı
  19. Prima (1994, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  20. Söhbətül əsmar (1994, animasiya filmi) – musiqi tərtibatçısı
  21. Şüalə (1994, animasiya filmi) – musiqi tərtibatçısı
  22. Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – musiqi redaktoru
  23. Ağrılı yaddaş (1995, qısametrajlı sənədli film) – musiqi redaktoru
  24. Ayrılıq (1995, qısametrajlı bədii film) – musiqi tərtibatçısı
  25. Duel (1995, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  26. Karvan (1995, animasiya filmi) – musiqi tərtibatçısı
  27. Qaçaq Süleyman (1995, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  28. Yük (1995, tammetrajlı bədii film) – musiqi redaktoru
  29. Artilleriyanın “Allah”ı sayılırdı (1996, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  30. Azərbaycan kinosu-80 (1996, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  31. Əsrin kontraktı (1996, sənədli film) – musiqi tərtibatçısı
  32. Köhnə tanışlar, təzə görüşlər (1996, qısametrajlı film-tamaşa) – mahnı mətni müəllifi
  33. Qarabağ şikəstəsi (1996, qısametrajlı bədii film) – musiqi redaktoru
  34. Son döyüş (1996, tammetrajlı bədii film) – mahnı mətni müəllifi, musiqi redaktoru
  35. Ayrılan yollar (1997, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  36. Heydər Əliyev (1997-2013, sənədli serial) – musiqi redaktoru
  37. Ailə (1998, tammetrajlı bədii film) – musiqi redaktoru
  38. Bığ əhvalatı (1998, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  39. Sarı gəlin (1998, tammetrajlı bədii film) – musiqi redaktoru
  40. Spasibo (1998, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  41. Həsən Əbluc (1999, qısametrajlı sənədli televiziya filmi) – mahnı mətni müəllifi
  42. “Qaynana” əməliyyatı (1999, tammetrajlı film-tamaşa) – mahnı mətni müəllifi, musiqi tərtibatçısı
  43. Məhv olmuş gündəliklər (1999, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  44. Nəsrulla Nəsrullayev (1999, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  45. Çalalar (2000, animasiya filmi) – musiqi redaktoru
  46. Dədə Qorqud dünyası (2000, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  47. Kinorejissor Arif Babayev (2000, sənədli film) – musiqi tərtibatçısı
  48. Bizim olimpiyaçılar (2001, sənədli serial) – musiqi tərtibatçısı
  49. Gəl qohum olaq (2001, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  50. Mən sənin dayınam (2001, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  51. Cavad Heyət varlığı (2002, tammetrajlı sənədli televiziya filmi) – musiqi redaktoru
  52. Cavanşir (2002, animasiya filmi) – musiqi tərtibatçısı
  53. Gəlinlər (2002, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  54. Kinorejissor Həsən Seyidbəyli (2002, sənədli film) – musiqi tərtibatçısı
  55. Torpaq (II) (2002, animasiya filmi) – musiqi tərtibatçısı
  56. Azərbaycan xanlıqları (2002-2003, sənədli serial) – musiqi tərtibatçısı
  57. Heydər Əliyev və Azərbaycan rabitəsi (2003, qısametrajlı sənədli televiziya filmi) – musiqi tərtibatçısı
  58. Zamanın obrazı. Nizami rayonu (2003, qısametrajlı sənədli televiziya filmi) – musiqi tərtibatçısı
  59. Yanmış körpülər (2003-2007, bədii serial) – musiqi tərtibatçısı
  60. İflas (2004, qısametrajlı sənədli televiziya filmi) – musiqi tərtibatçısı
  61. Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  62. Qızıl (2004, animasiya filmi) – mahnı mətni müəllifi
  63. Milli bomba (2004, tammetrajlı bədii film) – musiqi redaktoru
  64. Müstəqillik yollarında (2004-2005, sənədli serial) – musiqi tərtibatçısı
  65. Xarı bülbüllər (2005, qısametrajlı bədii film) – mahnı mətni müəllifi
  66. Hərənin öz payı + tayı (2006, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  67. Xanım heyy… (2006, tammetrajlı film-tamaşa) – musiqi tərtibatçısı
  68. Yoxlama (2006, bədii serial) – musiqi redaktoru
  69. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  70. İstanbul tətili (2007, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  71. Dədələr yolu (2009, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  72. Tahirənin intiqamı (2010, bədii serial) – bəstəkar
  73. Heykəllərdə yaşayan ömür (2012, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  74. Çempion (2014, sənədli film) – musiqi redaktoru
  75. Keçmişdən gələn zəng (2014, qısametrajlı bədii film) – musiqi tərtibatçısı
  76. Bakı gecələri (2015, qısametrajlı bədii film, kinoalmanax) – musiqi tərtibatçısı
  77. Dərs (2015, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  78. Xeyirlə şərin rəqsi (2015, tammetrajlı bədii film) – mahnı mətni müəllifi
  79. Əlifba (2016, animasiya filmi) – musiqi və səs tərtibatçısı
  80. Qırmızı bağ (2016, tammetrajlı bədii film) – musiqi tərtibatçısı
  81. Onun atası (2016, qısametrajlı bədii film) – musiqi tərtibatçısı
  82. Sarılar-Qarabağ atının izi ilə (2016, sənədli film) – musiqi tərtibatçısı
  83. Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
  84. Biri var idi, biri yox idi (2018, tammetrajlı sənədli film) – musiqi tərtibatçısı
  85. Eviniz abad (2018, tammetrajlı bədii film) – musiqi redaktoru
  86. İki əsgər (2018, sənədli film) – musiqi tərtibatçısı
  87. Şəbəkə (2018, sənədli film) – musiqi tərtibatçısı
  88. Bir elin Şahları (2019, sənədli film) – musiqi tərtibatçısı
  89. Cırtdan və sehrli xalat. 2-ci hissə (2019, animasiya filmi) – musiqi tərtibatçısı
  90. Estakada (2019, qısametrajlı bədii film) – musiqi tərtibatçısı
  91. Halallıq (II) (2019, sənədli film) – musiqi tərtibatçısı
  92. Qartal yuvası (2019, sənədli film) – musiqi tərtibatçısı
  93. Mənim balaca şahzadəm (2019, animasiya filmi) – musiqi tərtibatçısı
  94. Mirpaşa (2019, sənədli film) – musiqi tərtibatçısı
  95. Səs (VI) (2019, qısametrajlı bədii film) – musiqi tərtibatçısı
  96. Köşk (2021, bədii serial) – musiqi redaktoru
  97. Sizə məktub var… (2021, qısametrajlı bədii film) – musiqi tərtibatçısı
  98. Titrəmə (2021, qısametrajlı bədii film) – musiqi redaktoru
Ismayil Dadasov-2
Hüquqvarisi:9:00 to 16:30
Kontakt:012 431 77 31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.