Oqtay Rəcəbov
Bəstəkar
(05.04.1941 – 15.12.2022)
Oqtay Məmmədağa oğlu Rəcəbov Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində (1958-1963), Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasında, Azərbaycan Dövlət Konservatoriyasında (1969) təhsil alıb. Azərbaycan ETPEİ-də kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisi” kafedrasının professorudur. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir. İncəsənət Gimnaziyasında işlədiyi dövrdə (1992-2001) ölkəmizdə ilk dəfə olaraq uşaqlar üçün opera studiyası və kinostudiya yaradılıb. 400-dən çox mahnısı müğənnilər və uşaq xor kollektivləri tərəfindən ifa olunur. Beş simfoniya, üç opera, iki operetta, kantata, instrumental konsertlər, digər janrda əsərlər yazıb. Əsərləri arasında ”Xeyir və Şər” uşaq operası (1994), 4 saylı Simfoniya (1997), Simli orkestr üçün 5 saylı Simfoniya (1998), “Əlin cibində olsun” Musiqili komediyası (2001) var. İran istehsalı olan “Vüsal günləri” (1998) serialına musiqi bəstələyib. Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982), pedaqoji elmlər namizədi (1985), Əməkdar müəllim (1987), pedaqoji elmlər doktoru (1992), Professor (1995), Xalq artistidir. “Tərəqqi” medalı ilə təltif olunub (2006). Oqtay Rəcəbov 15 dekabr 2022-ci ildə vəfat edib.
- https://qafqazinfo.az/news/detail/oqtay-recebov-vefat-etdi-385467
- https://azvision.az/news/255969/–oqtay-recebov–80-yasa-nece-gelib-catdigimi-hiss-etmemisem–musahibe–.html
- http://anl.az/down/meqale/medeniyyet/2010/iyul/128263.htm
- https://www.medeniyyet.az/page/news/65535/Oqtay-Memmedaga-oglu-Recebov.html
- https://www.adalet.az/mobil/215502
FILMOQRAFIYA:
- Kəndimizin qəhrəmanı (1971, qısametrajlı sənədli film) – bəstəkar
- Azərbaycan SSR (III) (1973, qısametrajlı sənədli film) – bəstəkar
- Qədim diyarın gəncliyi (1974, qısametrajlı sənədli film) – musiqi tərtibatçısı
- Qız, oğlan və şir (1974, qısametrajlı sənədli film) – bəstəkar
- Şahzadə – qara qızıl (1974, animasiya filmi) – bəstəkar
- Şah və xidmətçi (1976, animasiya filmi) – bəstəkar
- Toplan və kölgəsi (1977, animasiya filmi) – bəstəkar
- Sonrakı peşmançılıq (1978, animasiya filmi) – bəstəkar
- Sehrlənmiş küpə (1979, animasiya filmi) – bəstəkar
- Humayın yuxusu (1985, animasiya filmi) – bəstəkar
- Səndən xəbərsiz (1985, tammetrajlı film-tamaşa) – bəstələrindən istifadə olunub
- Göyçək Fatma (II) (1988, animasiya filmi) – bəstəkar
- Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – bəstəkar, dirijor
- Adam (1996-2010, qısametrajlı bədii film) – bəstələrindən istifadə olunub
- Hər şey yaxşılığa doğru (1997, qısametrajlı bədii film) – musiqi redaktoru
- Həsən Əbluc (1999, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar
- Cavad Heyət varlığı (2002, tammetrajlı sənədli televiziya filmi) – bəstəkar
- Tərsinə çevrilmiş dünya (2011, tammetrajlı bədii film) – bəstəkar
- Azərbaycan xalçaları (III) (2013, sənədli serial) – bəstələrindən istifadə olunub
- Üç görüş (2013, tammetrajlı bədii film) – bəstəkar
- Gizlənpaç (2016, tammetrajlı bədii film) – aktyor
