Ruhəngiz Qasımova
Bəstəkar
(12.07.1940 – 09.10.2022)
Ruhəngiz Nağı qızı Qasımova Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi (1995), “Qızıl oğlan” musiqili nağıl (1999) və s. var. Televiziya tamaşalarında ssenari müəllifi və vəs rejissoru kimi çalışıb. Əməkdar incəsənət xadimidir (2005).
- https://www.youtube.com/watch?v=yCt6luxPvSQ
- https://vaxt.az/?name=xeber&xeber_id=18203
- https://news.day.az/azerinews/775327.html
- https://xeber.media/news/16744304/bu-mahni-genc-alimi-cesaretlendirmek-ucun-yazilmisdi-dunyani-gezdi-illerin-mahnisi
- http://konservatoriya.az/?p=6498
FILMOQRAFIYA:
- Reportaj haqqında reportaj (1964, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar, səs rejissoru
- Daha iki nəfər (1965, qısametrajlı bədii film) – bəstəkar, səs rejissoru
- Danışan işıqlar (1965, animasiya filmi) – bəstəkar
- Qızıl gül olmayaydı… (1965, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar, səs rejissoru
- Bəşir Səfəroğlu (1969, qısametrajlı film-tamaşa) – musiqi tərtibatçısı
- Bu, Səttar Bəhlulzadədir (1969, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Oxuyur Şövkət Ələkbərova (1970, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Dəmir ağac (1971, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- İlham (1972, animasiya filmi) – səs rejissoru
- Göyçək Fatma (1973, animasiya filmi) – səs rejissoru
- Günəşlə dolu dünya (1973, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Badamlı (1974, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar, səs rejissoru
- Abşeronun istirahət ocaqları (1975, qısametrajlı sənədli televiziya filmi) – səs operatoru
- Astara (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Fəhlə vüqarı (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- İki Xəzər (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Rəşid Behbudov (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Uğurlu yol! (1975, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Zaqatala qızıl gülü (1975, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar, səs rejissoru
- Bizi dağlarda axtarın (1976, qısametrajlı bədii film) – bəstəkar
- Bizim müasir qadınlar (1976, qısametrajlı sənədli televiziya filmi) – səs operatoru
- Kirov Azərbaycanda (II) (1976, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Pəncə… qulaq… palaz… tikan… (1976, animasiya filmi) – ssenari müəllifi
- Səhhət (II) (1976, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Zəfəran (1976, qısametrajlı sənədli televiziya filmi) – səs operatoru
- Kirovabad (1977, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Startlar (1977, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Möcüzələr adası (III) (1978, animasiya filmi) – bəstəkar
- Sənə sevinc bağışlayım (1978, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Bir az da bahar bayramı (1979, qısametrajlı bədii film) – bəstəkar, səs rejissoru
- Dvorjakın melodiyası (1979, qısametrajlı bədii film) – səs rejissoru
- Xalq nəğməkarı (II) (1979, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Qızılağac (1979, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar, səs rejissoru
- Yayın bir günündə (1979, animasiya filmi) – bəstəkar
- Yollar görüşəndə… (1979, qısametrajlı film-tamaşa) – ssenari müəllifi, bəstəkar
- Astara (II) (1980, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar, səs rejissoru
- Bulaq başında (1980, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Buta (1980, qısametrajlı sənədli televiziya filmi) – səs operatoru
- Zaqatala (III) (1980, qısametrajlı sənədli televiziya filmi) – bəstəkar, səs rejissoru
- Ömrün yolları (1982, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, bəstəkar, aktrisa (özü)
- Poladın mahnıları (1982, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Asif, Vasif, Ağasif (1983, tammetrajlı bədii film) – bəstəkar, aktrisa (kinozal müdirəsi)
- Bir dəfə görmək… (1984, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Habil Kaman (1984, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Qəribə əjdaha (1984, animasiya filmi) – ssenari müəllifi
- Həsir (1985, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Kəlbəcər yolları (1985, qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Aşkarsızlıq şəraitində… (1986, tammetrajlı bədii film) – aktrisa (qonşu)
- Arif Məlikov. “Məhəbbət əfsanəsi” (1987, qısametrajlı sənədli televiziya filmi) – yaradıcı heyətin üzvü
- Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – bəstəkar, aktrisa (alman pianoçu)
- Qonşu qonşu olsa… (1989, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, bəstəkar, musiqi ifaçısı
- Tələ (1991, tammetrajlı bədii film) – bəstəkar
- Qobustan (III) (1997, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Əsrin yaşıdı (qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru
- Xalq təranələri (qısametrajlı sənədli televiziya filmi) – səs rejissoru

Hüquqvarisi:
Kontakt:9:00 to 16:30
Ünvan:9:00 to 16:30