Əsgər İsmayılov

Təsvir rejissoru
(01.04.1905 – 13.11.1983)

Əsgər Cəfər oğlu İsmayılov Tiflisdə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1936-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. İlk dəfə olaraq Azərbaycandan Əsgər İsmayılov Moskvaya göndərilərək orada rəngli filmlərin texnologiyasını öyrənib geri qayıtdı. 1947-ci ildə ilk rəngli sənədli film olan “Bakıdan Göy gölə” ekran əsərini çəkib. Sonralar “Azərbaycanfilm” kinostudiyasında qruplar təşkil edərək, rəngli filmin texnologiyasını gənclərə öyrətməklə məşğul olub. Alman dilindən rəngli filmlər haqqında kitabı dilimizə tərcümə edib. Əməkdar incəsənət xadimi Əsgər İsmayılov 1983-cü ildə vəfat edib.

  1. https://kaspi.az/az/yubiley-yasadii-dvrun-salnamecisi
  2. https://filmfond.az/2022/04/01/istedadli-kinooperator-%C9%99sg%C9%99r-ismayilovun-dogum-gunudur/
  3. https://medeniyyet.az/page/news/3059/Azerbaycanin-ilk-rengli-filmi-ceken-operatoru.html?lang=ru

FILMOQRAFIYA:

  1. Sevil (1929, tammetrajlı bədii film) – kinooperator
  2. Direktiv bant (1932, qısametrajlı bədii film) – təsvir rejissoru
  3. Kəndlilər (1939, tammetrajlı bədii film) – kinooperator
  4. Səbuhi (1941, tammetrajlı bədii film) – təsvir rejissoru
  5. Bəxtiyar (1942, qısametrajlı bədii film) – təsvir rejissoru
  6. Sovqat (1942, qısametrajlı bədii film) – təsvir rejissoru
  7. Bir ailə (1943, tammetrajlı bədii film) – təsvir rejissoru
  8. Zəfər bayramı (1945, qısametrajlı sənədli film) – təsvir rejissoru
  9. Bakıdan Göy-Gölədək (1947, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Bakının işıqları (1950, tammetrajlı bədii film) – quraşdırılmış səhnələrin təsvir rejissoruu
  11. Xəzər neftçiləri (1952, qısametrajlı sənədli film) – ssenari müəllifi, təsvir rejissoru
  12. Arazın sahillərində (1953, tammetrajlı sənədli film) – təsvir rejissoru
  13. Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – quraşdırılmış səhnələrin təsvir rejissoruu
  14. Qara daşlar (1956, tammetrajlı bədii film) – təsvir rejissoru
  15. “Kazbek” qutusu (1958, qısametrajlı bədii film) – rejissor assistenti
  16. Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – təsvir rejissoru
  17. Əyri yolla qazanc (1960, qısametrajlı bədii film) – təsvir rejissoru
  18. Qəribə əhvalat (1960, qısametrajlı bədii film) – təsvir rejissoru
  19. Səhər (1960, tammetrajlı bədii film) – rejissor assistenti, kinooperator
  20. Sən bunu bilməlisən (1961, qısametrajlı sənədli film) – təsvir rejissoru
  21. Sabir (1962, qısametrajlı sənədli film) – təsvir rejissoru
  22. Telefonçu qız (1962, tammetrajlı bədii film) – rejissor assistenti
  23. Axırıncı namaz (1963, qısametrajlı bədii film) – təsvir rejissoru
  24. Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – rejissor assistenti
  25. Sabahın xeyir, Bakı! (1964, qısametrajlı sənədli film) – təsvir rejissoru
  26. Ulduz (1964, tammetrajlı bədii film) – rejissor assistenti
  27. Qaraca qız  (1966, tammetrajlı bədii film, kinoalmanax) – rejissor assistenti
  28. Torpaq. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – rejissor assistenti
Esger İsmayilov-2
Hüquqvarisi:Naməlum...Axtarılır...
Kontakt:+994 12 431-77-31
Ünvan:Bakı ş. Moskva prospekti 1.