Rejissorlar

Arif Babayev

kinorejissor
(25.09.1928 – 26.08.1983)

Arif Hacı oğlu Babayev 1928-ci ilin 25 sentyabrında Bakı şəhərində anadan olub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsində təhsil alıb. 1956-1968-ci ilədək Azərbaycan Dövlət Teleradio komitəsində əvvəl rejissor 1959-cu ildən isə Baş rejissor kimi çalışıb. 1968-ci ildən “Azərbaycanfilm” kinostudiyasыnda quruluşçu-rejissor kimi çalışıb və bir çox bədii filmin quruluşunu verib. Əməkdar İncəsənət хаdimi.

26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir.

Filmoqrafiya:

1965 – “Zirvə”
1968 – “İnsan məskən salır”
1970 – “Uşaqlığın son gecəsi”
1971 – “Gün keçdi”
1973 – “Ömrün ilk günü”
1975 – “Alma almaya bənzər”
1977 – “Arxadan vurulan zərbə”
1978 – “Bizi bağışlayın”
1981 – “Birisigün gecəyarısı”

Hüquqvarisi: Qardaşı Vasif Hacı oğlu Babayev, Azərbaycanın Xalq artisti, rejissor.

Kontakt: tel. 012 437 29 92                 Mobil:  050 347 51 10

Ünvan:  Bakı ş. AZ 1110, M.Qaşqay ev 93, m. 45.

Ağarza Quliyev

kinorejissor

(26.12.1898-15.09.1976)

Ağarza Səməndər oğlu Quliyev 26 dekabr 1898-ci ildə Lənkəran şəhərində anadan olub. 1924-cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirmişdir. Kinoda fəaliyyətə kinoaktyor kimi başlasa da, sonralar kinorejissor kimi fəaliyyətini davam etdirib. 1960-cı ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə vəfat edib.

Filmoqrafiya: 

1932 – “Direktiv bant”
1934 – “Dostlar”
1936 – “Almaz”
1940 – “Yeni horizont”  (Q.Braginski ilə birgə)
1942 – “Bəxtiyar Kərimov”  – sənədli
1942 – “Vətən oğlu”  – sənədli
1956 – “Qara daşlar”
1960 – “Sə
1964 – “Ulduz”
1968 – “Mən ki, gözəl deyildim”- (T.Tağızadə və R.Əsgərovla birgə)

Hüquqvarisi:  

Kontakt: tel.  012 596 76 59           Mobil:  050 449 35 78

Ünvan:  Bakı ş. Nəsimi rayon, AZ 1022, Bakıxanov 22, m. 8.

Ağanağı Axundov

kinorejissor
(13.10.1928 – 26.08.2002)

Ağanağı Yaqub oğlu  Axundov 13 oktyabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1948-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məkltəbinə daxil olmuş,həmin məktəbi orta məktəblərdə rəsm və rəsmxət müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. Ağanağı Axundov 1963-cü ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun animasiya filmlərinin quruluşçu rejissoru ixtisasına yiyələnərək bitirmişdir. 26 oktyabr 1964-cü ildə hərbi xidməti başa vuran Ağanağı Axundov 1967-ci ildə Kinematoqrafiya İttifaqına, 1980-cı ildə isə Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur.A.Axundov cizgi filmləri cizgi filmləri ilə yanaşı bir sıra bədii və sənədli filmlərdə də  çalışmışdır.(“İnsan məskən salır”-geyim üzrə rəssam, “Gecə qatarında qətl-quraşdırılmış səhnələrin rəssamı).Azərbaycan kinosuna verdiyi töhvələrə görə A.Axundov 30 oktyabr 1989-cu ildə Əmək veteranı ordeni ilə təltif edilmişdir.Ağanağı Axundov 2002-ci il avqustun 26-da vəfat etmişdir.

Filmoqrafiya: 

1974 – “Pıspısa xanım və siçan bəy”
1975 – “Cücələrim”
1976 – “Aslan və iki öküz”
1976 – “Fitnə”
1982 – “Sən belə cumbulusan”
1984 – “Sehrli naxışlar”
1989 – “Yaz oyunları”

Hüquqvarisi: Oğlu Yaqub Ağanağı oğlu Axundov

Kontakt:  Mobil:  050 675 85 85

Ünvan:  Bakı ş. M.Rüstəmov küçəsi, ev 11, m. 51.

Ayaz Salayev

Rejissor, ssenarist, kinoşunas.
(01.08.1960)

01.08.1960-cı ildə Bakı şəhərində anadan olub.Kinoşunas, ssenarist, kinorejissor, pedaqoq.1977-1982-ci ildə Moskvada ÜDKİ-nun kinoşunaslıq fakultəsini bitirib. 200-ə qədər dünya kinosunun tarixinə aid televiziya verlişlərinin müəllifidir.”Yarasa” filmi 20-ə qədər beynəlxalq kinofestivallarda iştirak edib.Müxtəlif  mükafatlara layiq görülüb.

Filmoqrafiya:

1979 – 1985 “Retro” – tv. veriliş
1988 – “Ata” sənədli
1995 – “Yarasa”
1998-2000 – “Anlam”-tv.veriliş

Kontakt: tel. 012 496 51 18      Mobil:  050 515 04 38

Ünvan:  Afiyəddin Cəlilov küç. 20, ev 18

Cahangir Mehdiyev

Rejissor.
(13.01.1951)

13.01.1951-ci ildə Bakı şəhərində anadan olub.1968-1973-cü illərdə Mirzağa Əliyev adına Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakultəsində, 1974-1979-cu illərdə Moskva ÜDKİ-nin rejissorluq fakultəsində təhsil alıb.1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir.Filmləri festivallarda iştirak edib, mükafatlandırılıb.

Filmoqrafiya:

1979  “Diplom işi”
1980 – “Vah”
1981 – “Nar”
1982 – “Evlənmək istəyirəm”
1984 – “M.F.Axundov”-sənədli
1987 – “Kişi sözü”
1989 – “Gənc qadının kişisi”
1990 – “Girişmə öldürər”
1991 – “Cevriyyə”
2000 – “Rəhilə Həsənova ” – sənədli film
2002 – “Hacı Qara”
2007 -“Qüdsi” – sənədli film
2007 – “Ömür urası” – sənədli film
2008 – “Cİ-Mİ”
2009 – “Rüstəm İbrahimbəyov-70”-sənədli film

Kontakt: tel. 012 494 49 92     Mobil:  050 312 88 77

Ünvan:  Mirəli Səyidov küç. 19, mən. 12

Ceyhun Mirzəyev

kinorejissor, kinoaktyor

(09.04.1946 – 1994)

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində, daha sonra isə Moskvada təhsil alıb. Uşaq yaşlarından filmlərə çəkilməyə başlayıb. 12 yaşında olanda isə “Ögey ana” filmində İsmayıl obrazını yaratmaqla kinoda ən böyük uğurunu qazanıb. Ceyhun Mirzəyev “Azərbaycafim” kinostudiyasında müxtəlif peşələrdə çalışıb və bir neçə filmə quruluş verib. Rusiyalı rejissor Georgi Koltunovun çəkdiyi “Qara qağayı” (1962) filmində baş rolun ifaçısı olub. “Mozalan” satirik kino jurnalının bədii rəhbəri olmaqla yanaşı bir çox süjetlərin də müəllifi olub. Qarabağ müharibəsindən bəhs edən “Fəryad” filmi müəllifin son işidir. Lakin özü bu filmin premyerasında iştirak edə bilməyib. Belə ki, Ceyhun Mirzəyev 1994-cü ildə qəfil ürək tutmasından dünyasını dəyişib.

Filmoqrafiya:

1985 – “Bəyin oğurlanması”
1986 – “İşarəni dənizdən gözləyin”
1993 – “Fəryad”

Hüquqvarisi:  Qızı Cəmalə Mirzəyeva

Kontakt: tel. 050 862 86 32

Ünvan:   AZ1073, Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 535-ci kvartal, ev 17, mənzil 30.

Cəmil Quliyev

kinorejissor, prodüser

(03.07.1963)

Cəmil Elşad oğlu Quliyev 03 iyul 1963-cü ildə Bakıda anadan olub. 1980-1985-ci illərdə ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. 1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayıb. Bir neçə bədii və sənədli filmlərin quruluşçu rejissorudur. Cəmil Quliyev eyni zamanda aktyor kimi də bir neçə filmdə çəkilmişdir. “Yarasa” bədii filminin və “Ocaq” sənədli filminin prodüseri, “Etiraf” bədii filminin bədii rəhbəri olmuşdur. Cəmil Quliyev Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və İctimai Televiziyanın rəhbəridir.Əməkdar incəsənət xadimidir.

Filmoqrafiya: 

1982 – “Marş” – qısametrajlı bədii film, rejissor
1983 – “Balıq günü” – qısametrajlı bədii film, rejissor
1985 – “Bayramda yağış” – qısametrajlı bədii film, rejissor
1988 – “Cansıxıcı əhvalat” – tammetrajlı bədii film, rejissor
1992 – “Etiraf” – bədii, ssenarist
1992 – “Şirbalanın məhəbbəti” – bədii, rejissor
1992 – “Həsənbəy Zərdabi” – sənədli, rejissor
1993 – “Yol” – sənədli, rejissor
1994 – “Qala” – sənədli, rejissor
1997 – “Ömər Eldarov” – sənədli, rejissor
1998 – “Kədərimiz, vüqarımız” – sənədli, rejissor
1999 – “Nəsrulla Nəsrullayev” – sənədli, rejissor
1999 – “General Hüseyn Rəsulbəyov” – sənədli, rejissor
2000 – “Bir ömrün sədası” – sənədli, rejissor
2000 – “Arif Babayev” – sənədli, rejissor
2000 – “Akademik İzzət Orucova” – sənədli, rejissor
2002 – “Həsən Seyidbəyli” – sənədli, rejissor
2004 – “Fikrət Əmirov” – sənədli, rejissor

Kontakt: tel.             Mobil:   050 513 33 26        

Ünvan:    Bakı şəhəri, Şərifzadə küçəsi 241

Cəmil Fərəcov
image

rejissor

(13.02.1946)

Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. 1964-cü ildə Bakıda 34 nömrəli orta məktəbin 10-cu sinfini bitirəndən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsinə qəbul olunub və 1969-cu ildə oranı bitirib. Təhsil illərində kinoya və teatra həvəs göstərib – institutun həvəskar kinostudiyasının və “Spektr” adlı tələbə teatrının təşkilatçılarından biri olub. Elə həmin il Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun televiziya rejissorluğu fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1974-cü ildə bitirmişdir. 1970-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının sənədli filmlər birliyində rejissor kimi fəaliyyətə başlayıb. Milli kinoda çalışdığı müddətdə onlarla sənədli filmlərin, “Mozalan” satirik kino jurnalı üçün süjetlərin, “Arvadım mənim, uşaqlarım mənim” bədii televiziya filminin, xronikal kino jurnallarının rejissoru və ssenari müəllifi olub. 1984-cü ildən 1990-cı ilə qədər “Azərbaycanfilm” kinostudiyasının partiya təşkilatının katibi, 1990-cı ildən 1995-ci ilə qədər Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Həmin illər ərzində kinostudiyada müxtəlif rəhbər vəzifələrdə çalışıb.
1973-cü ildən SSRİ Kinematoqrafçılar İttifaqının üzvüdür.
1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
1997-2002-ci illərdə “Yaddaş” sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru olub.
1998-2002-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilat işləri üzrə katibi seçilib.
2002-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kino İşləri Baş idarəsinin müdiri, 2006-2012-ci illərdə  Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb.
1999-cu ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür.

Filmoqrafiya: 

1970 – “Xəzinə” (bədii) – quruluşçu rejissor
1971 – “Ağır şkaf” (bədii) – quruluşçu rejissor
1972 – “Azərbaycan məktəbi yüksəlişdə” (sənədli) – rejissor
1972 – “Mikayıl Abdullayev” (sənədli) – rejissor
1972 – “Yadigar” – (sənədli) rejissor
1972 – “Suvenir” (sənədli) – rejissor
1973 – “Musaküçə kəndinin sakinləri” (sənədli) – rejissor
1974 – “Neft və qaz çıxarılan rayonlarda qəza-xilasedici və bərpa işləri” (sənədli) – rejissor
1975 – “Azərbaycan – 75” (sənədli) – rejissor, ssenari müəllifi
1975 – “Qızıl balıq” (sənədli) – rejissor
1975 – “Yeraltı əhvalat” (sənədli) – rejissor
1976 – “Azərbaycanda dəniz səyahəti” (sənədli) – rejissor, ssenari müəllifi
1976 – “Həmrəylik məşəli” (sənədli) – rejissor
1977 – “Zamanın baş magistralı” (sənədli) – rejissor
1978 – “Arvadım mənim, uşaqlarım mənim” (bədii) – quruluşçu rejissor
1978 – “Alov əsgərləri” (sənədli) – rejissor
1979 – “Faytonçu” (sənədli) – rejissor
1979 – “Sənin həyat mövqeyin” (sənədli) – rejissor
1980 – “Gəmiqaya” (sənədli) – rejissor
1981 – “Əməllərin estafeti” (sənədli) – rejissor
1982 – “Ailə” (sənədli) – rejissor
1982 – “Ev dirəyi-el dirəyi” (sənədli) – rejissor
1983 – “Cəh-cəh həsrətində” (sənədli) – rejissor
1984 – “İkinci həyat” (sənədli) – rejissor
1985 – “Biz Azərbaycandanıq” (sənədli) – rejissor
1986 – “Gecikmiş gündəlik” (sənədli) – rejissor, ssenari müəllifi
1987 – “Fərhad” (sənədli) – rejissor, ssenari müəllifi
1989 – “Tutulma” (sənədli) – rejissor, ssenari müəllifi
1990 – “Ayna və Həmid” (sənədli) – rejissor, ssenari müəllifi
1992 – “Azərbaycan və Nobel qardaşları” (sənədli) – rejissor
1994 – “Neft maşınqayırmasının flaqmanı” (sənədli) – rejissor
1996 – “Azərbaycan kinosu-80” (sənədli) – rejissor, ssenari müəllifi
1996 – “Suya səyahət” (sənədli) – rejissor
1998 – “Sən həmişə bizimləsən” (sənədli) – rejissor, ssenari müəllifi
2000 – “Bu-Naxçıvandır” (sənədi) – rejissor
2007 – “Almaniya-Azərbaycan dostluq əlaqələri” (sənədli) – rejissor
2008 – “Üçüncü zəng” (sənədli) – rejissor, ssenari müəllifi

Kontakt: tel. 012 440-26-48            Mobil:   050 320-26-92         

Ünvan:   AZ1022, Bakı şəhəri, Kaveriçkina 13, mənzil 57. 

Diqqət! “Audiovizual müəlliflər” bölməsində yerləşdirilən bütün materiallar müəlliflər və hüquqvarisləri tərəfindən təqdim olunub. Müəllif hüquqları qorunur! Audiovisual.az saytındakı materiallardan istifadə zamanı mənbəyə istinad mütləqdir!