Arif Məhərrəmov
rəssam
(05.08.1948 – 09.08.2022)
Arif Əli oğlu Məhərrəmov Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1972), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində (1981) təhsil alıb. 1981-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor kimi çalışıb. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə nümayiş etdirilib. Bir müddət Latviyada yaşayıb və çalışıb. 2018-ci ildə “Balaca şahzadəm” cizgi filmi ilə Azərbaycan Kino Akademiyasının “Ən yaxşı cizgi film” nominasiyasında “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb. Əməkdar rəssam (2000) Arif Məhərrəmov 9 avqust 2022-ci ildə vəfat edib.
- http://kinobiz.az/celebrity/arif-m%C9%99h%C9%99rr%C9%99mov/
- https://azertag.az/xeber/Taninmis_ressamin_yeni_kataloqu_nesr_edilib-2133749
- https://haqqinda.az/S%C9%99n%C9%99tkarlar/3402-Arif+M%C9%99h%C9%99rr%C9%99mov.html
- https://wp-az.wikideck.com/Kitabi_D%C9%99d%C9%99_Qorqud._Basat_v%C9%99_T%C9%99p%C9%99g%C3%B6z_(film,_2003)
- https://sputnik.az/20200109/Azrbaycann-3d-animasiya-filmi-beynlxalq-festivalda-422809833.html
FILMOQRAFIYA:
- İşgüzar səfər (1982, tammetrajlı bədii film) – geyim rəssamı
- Qocalar, qocalar… (1982, tammetrajlı bədii film) – geyim rəssamı
- Yeddi gözəl (1982, tammetrajlı bədii film) – rəssam
- Münəccimin şagirdi (1983, animasiya filmi) – rejissor, rəssam
- Yatmaq vaxtıdır (1984, animasiya filmi) – rejissor
- Gəldi kosa (1988, animasiya filmi) – rejissor, rəssam
- Xrizantema yarpağı (1989, animasiya filmi) – ssenari müəllifi, rəssam
- Qaravəlli (1989, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (1990, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- O dünyadan salam (1991, tammetrajlı bədii film) – rəssam
- Qaravəlli 2 (1992, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Molla Nəsrəddin lətifələri (1993, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam, prodüser
- Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam
- Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – aktyor
- Qala (2008, tammetrajlı bədii film) – rəssam
- İt sərgisi (2010, animasiya filmi) – rejissor, rəssam, cizgi rəssamı
- Cırtdan və Təpəgöz (2012, animasiya filmi) – rejissor
- Ən güclü kimdir? (2014, animasiya filmi) – rejissor
- Mənim balaca şahzadəm (2018, animasiya filmi) – rejissor (2018, “Qızıl Pəri” mükafatı – “Ən yaxşı cizgi film”)

Hüquqvarisi:Həyat yoldaşı - Zülfiyyə Əliyeva
Əlaqə:051 700 77 06
Ünvan:Bakı şəhəri, H.Aslanov qəsəbəsi, M.İbrahimov küçəsi 20a.