Elbey Rzaquliyev
rəssam
(17.06.1926)
17 iyun 1926 – cı ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirdikdən sonra, 1946-cı ildə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun rəssamlıq fakultəsinə daxil olur.Təhsilini başa vurub, 1953-cü ildən “Azərbaycanfilm kinostudiyasında işləməyə başlayır. O rəssamlığın müxtəlif janrlarında maraqlı əsərlər yaratmışdır. Azərbaycan kinosunda bir çox filmlərin quruluşçu rəssamı olmuşdur. Bir neçə dəfə xarici ölkələrdə yaradıcılıq səfərlərində olmuşdur.Ölkəmizdə və xaricdə çoxlu sayda sərgiləri keçirilmişdir. Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatıdır.
Filmoqrafiya:
1954 – “Doğma xalqımıza ” – (bədii film)
1955 – “Bəxtiyar” – (bədii film)
1955 – “Görüş” – (bədii film)
1957 – “Bir məhəlləli iki oğlan” – (bədii film)
1958 – “Ögey ana”- (bədii film)
1958 – “Onun böyük ürəyi” – (bədii film)
1962 – “Telefonçu qız”- (bədii film)
1965 – “Arşın mal alan”- (bədii film)
1966 – “İstintaq davam edir” – (bədii film)
1967 – “Torpaq, dəniz, od, səma” – (bədii film)
1968 – “Uşaqlığın son gecəsi” – (bədii film)
1970 – “Sevil” – (bədii film)
1972 – “Skripkanın sərgüzəştləri”- (bədii film)
1974 – “Bakıda küləklər əsir” – (bədii film)
1976 – “Tütək səsi”- (bədii film)
1977 – “Arxadan vurulan zərbə”- (bədii film)
1978 – “Vulkana doğru ” – (bədii film)
1979 – “Yarımçıq qalmış mahnı” – (bədii film)
1982 – “Əzablı yollar” – (bədii film)
1982 – “Yeddi gözəl” – (bədii film)
1983 – “Musiqi müəllimi”- (bədii film)
1986 – “Xüsusi vəziyyət” – (bədii film)
