Fikrət Bağırov
rəssam
(10.12.1935 – 21.01.1996)
Fikrət Bağır oğlu Bağırov Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində (1958), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində (1964) təhsil alıb. 1964-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyət göstərib. Əsərləri respublika və xaricdə nümayiş etdirilib. Əməkdar rəssam (1982), Xalq rəssamı, SSRİ Dövlət mükafatı (1981) laureatı Fikrət Bağırov 1996-cı ildə vəfat edib.
- http://kinobiz.az/celebrity/fikr%C9%99t-bagirov/
- http://az.baku-art.com/az/bu-gun-azerbaycanin-kino-ressam-fikr-t-bag-rovun-do-um-g-n-d-r
- https://www.kulis.az/xeber/media/%22Rssamin-evi%22-adli-virtual-srgi-kecirilir-29973
FILMOQRAFIYA:
- Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – dekor rəssamı
- Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – rəssam
- Biri vardı, biri yoxdu… (1967, qısametrajlı bədii film) – rəssam
- Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (1968, qısametrajlı sənədli film) – rəssam
- Mən ki, gözəl deyildim (1968, tammetrajlı bədii film) – geyim rəssamı
- Şərikli çörək (1969, tammetrajlı bədii film) – rəssam
- Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – rəssam
- Ömrün ilk saatı (1973, tammetrajlı bədii film) – rəssam
- Günlərin bir günü (1976, tammetrajlı bədii film – kinoalmanax) – rəssam
- Günlərin bir günü – Süita (1976, tammetrajlı bədii film – kinoalmanax) – rəssam
- Günlərin bir günü – Günlərin bir günü (1976, tammetrajlı bədii film – kinoalmanax) – rəssam
- De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – rəssam
- İstintaq (1979, tammetrajlı bədii film) – rəssam
- Bağlı qapı (1981, tammetrajlı bədii film) – rəssam
- Park (1983, tammetrajlı bədii film) – rəssam
- Aşkarsızlıq şəraitində… (1986, tammetrajlı bədii film) – rəssam
- Həmyerli (1989, qısametrajlı bədii film) – rəssam
- Divar (1991, qısametrajlı bədii film) – rəssam
- Güllələnmə təxirə salınır!… (2002, tammetrajlı bədii film) – rəssam

Hüquqvarisi:Naməlum.Axtarılır...
Əlaqə:012-431-77-31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.