Rafis İsmayılov

rəssam

(30.03.1939)

Rafis Rza oğlu İsmayılov (Rafiz Rza / Rafiz İsmayılov) Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində -K.Xanlarovun və Abdulxalıqın kursunda (1962), Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1966-1972, Mixail Boqdanov , Nemenskiy və Gennadi Myasnikovun emalatxanası) təhsil alıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Azərbaycan Milli Dram Teatrında, Opera və Balet Teatrında bəzi tamaşaların rəssamı olub, kitablara illustrasiyalar çəkib. Əməkdar rəssam (1982), Xalq rəssamıdır (2000). “Sevinc buxtası” filminə görə Dövlət mükafatına (1978), “Sübhün səfiri” filminə görə “Ən yaxşı rəssam işi” nominasiyasında Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatına layiq görülüb (2015). Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.

Rəssam Rafis İsmayılov rejissor Rasim İsmayılovun qardaşıdır.

  1. http://www.anl.az/down/meqale/525/525_aprel2009/73462.htm
  2. https://azgallery.az/az/news/163
  3. https://azertag.az/xeber/Xalq_ressami_Rafis_Ismayilovun_80_illiyi_qeyd_olunacaq-1243455
  4. https://medeniyyet.az/page/news/47539/Xalq-ressami-Rafis-Ismayilovun-yubiley-sergisi.html?lang=az
  5. https://old.xalqqazeti.com/az/news/culture/43637
  6. https://modern.az/az/news/92694/uc-xalq-artistine-qizil-peri-mukafati-verildi-

FILMOQRAFIYA:

  1. Danışan işıqlar (1965, animasiya filmi) – rəssam
  2. Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – rəssam assistenti
  3. Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – rəssam assistenti
  4. Oxuyur Müslüm Maqomayev (1971, tammetrajlı sənədli film) – rəssam
  5. 1001-ci qastrol (1974, tammetrajlı bədii film) – rəssam
  6. Qatır Məmməd (1974, tammetrajlı bədii film) – rəssam (N.Zeynalovla birlikdə)
  7. Dədə Qorqud (1975, tammetrajlı bədii film) –rekvizit üzrə rəssam
  8. Maestro Niyazi (1975, qısametrajlı sənədli film) – rəssam
  9. Mezozoy əhvalatı (1976, tammetrajlı bədii film) – rəssam
  10. Nə yaxşı ki, dünyada Səməd Vurğun var (1976, qısametrajlı sənədli film) – rəssam
  11. Sevinc buxtası – 2-ci seriya (1977, tammetrajlı bədii film) – rəssam
  12. Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – rəssam
  13. Evin kişisi (1978, tammetrajlı bədii film) – rəssam
  14. Qəribə adam (1979, tammetrajlı bədii film) – rəssam, geyim rəssamı
  15. Anın quruluşu (1980, tammetrajlı bədii film) – rəssam
  16. Xeyir və şər (1980, animasiya filmi) – rəssam
  17. Üzeyir ömrü – 2-ci seriya (1981, tammetrajlı bədii film) – rəssam
  18. İşgüzar səfər – 2-ci seriya (1982, tammetrajlı bədii film) – rəssam
  19. Avqust gələndə (1984, tammetrajlı bədii film) – rəssam
  20. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – rəssam
  21. Bayramda yağış (1985, qısametrajlı bədii film) – rəssam
  22. İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – rəssam
  23. Özgə ömür (1987, tammetrajlı bədii film) – rəssam
  24. Pirverdinin xoruzu (1987, qısametrajlı bədii film) – rəssam
  25. Göyçək Fatma (II) (1988, animasiya filmi) – rəssam
  26. Ölsəm… bağışla (1989, tammetrajlı bədii film) – rəssam
  27. Bəxtəvər (1990, qısametrajlı bədii film) – rəssam
  28. Oda (1990, animasiya filmi) – rejissor (V.Talıbovla birlikdə), ssenari müəllifi, rəssam
  29. Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – rəssam
  30. Qisas (1991, qısametrajlı bədii film) – rəssam
  31. Fəryad (1993, tammetrajlı bədii film) – rəssam
  32. Lağım (1993, animasiya filmi) – rəssam
  33. Təhminə (1993, tammetrajlı bədii film) – rəssam
  34. Son döyüş (1996, tammetrajlı bədii film) – rəssam (F.Ələkbərovla birlikdə)
  35. Otel otağı (1998, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  36. Təsadüfi görüş (1999, qısametrajlı bədii film) – rəssam
  37. Ovsunçu (2002, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  38. Dronqo (2002, bədii serial) – rəssam (R,Nəsirovla birlikdə)
  39. Torpaq (II) (2002, animasiya filmi) – rejissor, rəssam
  40. Azərbaycan xanlıqları (2002-2003, sənədli serial) – rəssam (R.Nəsirovla birlikdə)
  41. Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  42. Məhkumlar (2006, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  43. Üç qız (2006, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  44. Biz qayıdacağıq (2007, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  45. Ev (2007, qısametrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  46. Cavad xan (2008, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  47. İstanbul reysi (2010, tammetrajlı bədii film) – rəssam (R.Nəsirovla birlikdə)
  48. İz… Qala (2010, qısametrajlı sənədli film) – rəssam
  49. Tərsinə çevrilən dünya (2011, tammetrajlı bədii film) – rəssam
  50. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – rəssam (2015, “Qızıl Pəri” mükafatı – “Ən yaxşı rəssam”)
  51. Axınla aşağı (2014, tammetrajlı bədii film) – rəssam
Əlaqə:012-438-06-20; 050-372-17-26; 050-456-06-20
Ünvan:Bakı şəhəri Şahbazi küçəsi ev 108, mənzil 70.