Rövşən Mehdiyev
Rəssam
(07.10.1971)
Rövşən Hüsi oğlu Mehdiyev Bakıda anadan olub. Rəssamlıq Texniki Peşə Məktəbinin Ağac üzrə oyma fakültəsində (1986-1990), Moskva Dövlət İqtisadiyyat və Hüquq İnstitutunun İqtisadiyyat fakültəsində (1997-1999) təhsil alıb. 1990-cı ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. Qazaxıstan kinematoqrafçılarının istehsalı olan “Anaya aparan yol” (2016, rejissor Akan Satayev) filminin, Hindistan istehsalı olan “Ramçaran” filminin (2017) Azərbaycan çəkilişlərində rəssam olaraq çalışıb.
http://kinobiz.az/celebrity/rovs%C9%99n-mehdiyev/
FILMOQRAFIYA:
- Yük (1995, tammetrajlı bədii film) – rəssam assistenti
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – rəssam assistenti
- Oyun (1996, qısametrajlı bədii film) – rəssam
- Ömürdən uzun gecə (1996, tammetrajlı film-tamaşa) – rəssam assistenti
- Heydər Əliyev (1997-2013, sənədli serial) – rəssam assistenti
- Yoxlama (2006, bədii serial) – dekor rəssamı
- Cavid ömrü (2007, tammetrajlı bədii film) – dekor rəssamı
- 2 (2008, qısametrajlı bədii film) –rəssam
- Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – geyim üzrə rəssam
- Kuklalar (II) (2009, tammetrajlı bədii film) – rəssam
- Əzizim Fellini (2010, tammetrajlı bədii film) – rəssam
- Səhərə inan… (2010, tammetrajlı bədii film) – rəssam
- Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) – rəssam
- Dalan (2012, tammetrajlı bədii film) – rəssam
- Döngələr (2012, bədii serial) – rəssam
- Qorxma, mən səninləyəm (2012, tammetrajlı bədii film) – rəssam
- Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – rəssam
- Düşmən laylası (2014, qısametrajlı bədii film) – rəssam
- Keçmişdən gələn zəng (2014, qısametrajlı bədii film) – rəssam
- Vulkanın nəfəsi (2014, qısametrajlı sənədli film) – aktyor
- Bəstəkar (II) (2015, qısametrajlı sənədli film) – rəssam
- Cəhd (2015, qısametrajlı bədii film) – dekor rəssamı
- Fədakar (2015, tammetrajlı bədii film) – ikinci rəssam
- Ölülər XXI əsr (2016, tammetrajlı bədii film) – rəssam
- Bəxt üzüyü 2 (2018, tammetrajlı bədii film) – rəssam
- Suğra və oğulları (2020, tammetrajlı bədii film) – rəssam
- Qardaşdan yaxşısı yox idi (2009, tammetrajlı bədii film) – koordinator

Kontakt:055 349 75 00
Ünvan:Nərimanov rayonu F.Xoyski 98a, mənzil 2.