Qara Qarayev
Bəstəkar
(05.02.1918 — 13.05.1982)
Qara Əbülfəz oğlu Qarayev Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbində (1926), Azərbaycan Dövlət Konservatoriyası yanında Musiqi Texnikumunda (yeni işçi fakültəsi — G.Şaroyevin fortepiano sinfi, 1930), Azərbaycan Dövlət Konservatoriyasında (L.Rudolfun bəstəkarlıq, Ü.Hacıbəyovun xalq musiqisinin əsasları sinfi, 1931-1938). P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (A.N.Aleksandrovun bəstəkarlıq sinfi, 1938-1940, D.Şostakoviçin sinfi, 1944-1946) təhsil alıb. Filarmoniyanın bədii rəhbəri (1941), Konservatoriyanın direktoru (1949-1953), SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi (1956-1973) işləyib. Milli musiqi ilə klassik və müasir üslublarin üzvi birliyi, mövzuların romantik şərhi yaradıcılığının spesifik xüsusiyyətlərindəndir. Əsərləri arasında Fortepiano üçün “Matəm preludiyası”, “Üçsəsli fuqa”, “Sonatina”, “Azərbaycan rapsodiyası”, Səs ilə fortepiano üçün “Altı Azərbaycan xalq mahnıları işləmələri”, Fortepiano ilə simfonik orkestr üçün “Sevinc poeması, Nəfəsli orkestr üçün “İdmançılar süitası”, “Azərbaycan marşı”, “Bakı neftçilərinin marşı”, Xor üçün “Layla”, Simfonik orkestr üçün “Azərbaycan süitası”, Simli Kvartet üçün “Fuqa”, Xalq çalğı alətləri orkestri üçün “Aşıq marşı”, “Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik poemas, “Vətən” operası, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri var. Teatr tamaşası, kino və müzikllərə musiqilər yazıb. Xarici film istehsalçılarının “Tarix dərsi” (1956, rejissor Leo Arnştam / Rusiya, Bolqarıstan), “Don Kixot” (1957, rejissor Qriqori Kosinçev, Lenfilm / Rusiya), “Qızıl eşelon” (1959, rejissor İlya Qurin, Qorki adına kinostudiya / Rusiya), “Qoya” (1971, rejissor Konrad Volf / Almaniya, Rusiya, Bolqarıstan, Yuqoslvaiya) filmlərinə musiqilər bəstələyib. “Vətən” operasına görə SSRİ Dövlət mükafatına, “Leyli və Məcnun” simfonik poemasına görə dövlət mükafatına, “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə I Ümumittifaq sovet filmləri festivalının mükafatına, “İldırımlı yollarla” baletinə görə Lenin mükafatına layiq görülüb. Əməkdar incəsənət xadimi (1955), Azərbaycan (1958) və SSRİ xalq artisti (1959), SSRİ dövlət mükafatları laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Akademik (1959) Qara Qarayev 1982-ci ildə Moskvada vəfat edib.
- https://science.gov.az/az/news/open/7337
- https://www.muallim.edu.az/news.php?id=17969
- https://medeniyyettv.az/az/news/1652/qara-qarayevin-seadet-negmeleri
- https://respublika-news.az/news/dunyasohretli-bestekar-qara-qarayev
- https://bakuplus.az/2023/02/05/31-ya-nda-konservatoriyan-n-rektoru-olan-b-st-kar-qara-qarayev/
FILMOQRAFIYA:
- Nikita İvanoviç və sosializm (1931, tammetrajlı bədii film) – bəstəkar
- Ordenli Azərbaycan (1938, tammetrajlı sənədli film) – bəstəkar
- Bir ailə (1943, tammetrajlı bədii film) – bəstəkar
- Xəzər dənizçiləri (1944, tammetrajlı sənədli film) – operator
- Bakının işıqları (1950, tammetrajlı bədii film) – bəstəkar
- Mingəçevir (II) (1950, qısametrajlı sənədli film) – bəstəkar
- Xəzər neftçiləri haqqında dastan (1953, qısametrajlı sənədli film) – bəstəkar
- Doğma xalqıma (1954, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Bir məhəllədən iki nəfər (1957, tammetrajlı bədii film) – bəstəkar
- Onun böyük ürəyi (1958, tammetrajlı bədii film) – bəstəkar
- Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – bəstəkar
- Dənizi fəth edənlər (1959, tammetrajlı sənədli film) – bəstəkar
- Əsl dost (1959, tammetrajlı bədii film) – bəstəkar
- Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – bəstəkar
- Matteo Falkone (1961, qısametrajlı bədii film) – bəstəkar
- İnsan məskən salır (1967, tammetrajlı bədii film) – bəstəkar
- Abşeron ritmləri (1970, tammetrajlı sənədli film) – bəstəsindən istifadə olunub
- Nəğməkar torpaq (1981, tammetrajlı sənədli film) – bəstəsindən istifadə olunub
- Nizami (III) (1982, tammetrajlı bədii film) – bəstəkar
- Yeddi gözəl (1982, tammetrajlı bədii film) – bəstəkar, əsərindən istifadə olunub
- Hər şey olduğu kimi (2000, sənədli serial) – bəstələrindən istifadə olunub
- 80 kilometr yerin altı ilə (2002, qısametrajlı sənədli televiziya filmi) — bəstəsindən istifadə olunub
- Axırıncı aşırıma qədər (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Çiçi xalçaları (2002, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Bəxtiyar Vahabzadə (II) (2003, tammetrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- 70-dən 1-ə… (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Abşeron lövhələri (II) (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Nəfəs alətləri (2004, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Bakı Xoreoqrafiya Məktəbi 2005 (2005, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Əlvida, cənub şəhəri (2006, tammetrajlı bədii film) – bəstəsindən istifadə olunub
- Azərbaycan mədəni irsinə qarşı müharibə (2007, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Bağ yerində (2007, qısametrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Qızlar (2007, bədii serial) – bəstəsindən istifadə olunub
- 40-cı qapı (2008, tammetrajlı bədii film) — bəstəsindən istifadə olunub
- Azərbaycan motivləri (2008, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Böyük ömrün anları (2008, tammetrajlı sənədli televiziya filmi) – bəstəsindən istifadə olunub
- Həqiqətin özü (2008, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Azərbaycan rəngkarlığının kraliçası (2009, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Bir ovuc torpaq (2009, tammetrajlı film-tamaşa) – bəstəsindən istifadə olunub
- El adamı (2009, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Ölüm növbəsi (2009, tammetrajlı bədii film) – bəstələrindən istifadə olunub
- Həyəcan tonqalları (2010, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Qəlbin rəngləri (2010, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Azərbaycan xalçaları (II) (2010-2011, sənədli serial) – bəstələrindən istifadə olunub
- Caz əfsanəsi (2011, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Üfüqü ötənlər (2011, tammetrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Duvağa bürünmüş xiffət… (2012, qısametrajlı sənədli televiziya filmi) – bəstələrindən istifadə olunub
- Ağır illər… Xoş xatirələr… (2014, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Aşiqi sadiq (2014, qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
- Döl və ya qızıl balıq (2017, qısametrajlı bədii film) – bəstəsindən istifadə olunub
- Qafqaz Xirosiması (qısametrajlı sənədli film) – bəstələrindən istifadə olunub
