Amil Məmibəyli

Rejissor, ssenari müəllifi
25.01.1989

Amil Səyyaf oğlu Məmibəyli (Amil Amal) Laçın şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində (2007-2011), Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Kinorejissorluq və kinodramaturgiya fakültəsi üzrə 2 illik ali kursda (2013, Rodimin Denis Viktoroviç, Vladimir Alekseyeviç Fençenkonun emalatxanası) təhsil alıb.

“Neft şəhərinin sakini” filmi “Ümumrusiya Artkino qısametrajlı müəllif filmləri” kinofestivalında “Münsiflər heyətinin xüsusi mükafatı” nominasiyası üzrə qalib olub (2012, Moskva / Rusiya).

“Azərbaycanfilm” kinostudiyasının keçirdiyi ssenari müsabiqəsində 1-ci yerin sahibi (2015). Elə həmin ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qara bağ” adlı qısametrajlı bədii filmin ssenari müəllifi və rejissoru olaraq diplom işini çəkib. Həmin film 2016-cı ildə Çində keçirilən “Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalı”nın xüsusi mükafatına layiq görülüb. “Qara bağ” filmi eyni zamanda 2016-cı ildə Qırğızıstanın Bişkek şəhərində keçirilən “Qırğızıstan Qısa Filmlər Ölkəsi” adlı film festivalında əsas proqramda iştirak edib. 2015-ci ildə Antalyada keçirilən “Rotary Film Festivalında” Azərbaycanı fəxri qonaq qismində,  2017-ci ildə isə Soçidə keçirilən “Tələbə və Gənclərin XIX Ümummdünya Festivalında” kino sahəsi üzrə Azərbaycanı təmsil edib. Dövlət Ailə, Qadın və Uşaq Komitəsinin keçirdiyi “Azərbaycan ailəsi” film festivalında “ən yaxşı film” nominasiyası üzrə qalib olub.  Amil Məmibəyli 2016-cı ildə İranda keçirilən 34-cü Beynəlxalq “Fəcr Film Festivalında” Talant Campus proqramında iştirak edib.

Laçın rayon Mədəniyyət və Turizm İdarəsində metodist vəzifəsində çalışıb (2017-2019). 2017-ci ildə Amkarada keçirilən “Hak-İş Qısa Film Festivalında” “Qara bağ” filmi “ən yaxşı film” nominasiyasında birinci yeri tutub. 2018-ci ildə Permdə keçirilən “Lampa Film Festivalında” “Son seçim” filmi ilə iştirak edib. 2019-cu ildə Bakıda keçirilən “Bakı qısa film festivalında” beynəlxalq proqramda “münsiflərin diplomu” ilə təltif edilib.

“Evə gələndə sevgi al” adlı minimalist və kinematoqrafik şeirlər kitabının müəllifidir (2019). “United Nations in Azerbaijan”-da videoqraf və fotoqraf olaraq “freelancer” kimi çalışıb (2019-2021).

Amil Məmibəyli “Titrəmə” filmi ilə 2021-ci ildə İstanbulda keçirilən 9-cu “Beynəlxalq İpək Yolu Film Festivalında” “ən yaxşı film” nominasiyasının qalibi, ldə 4-cü “European Film Festival GoDebut-Lttva-2021” film festivalında əsas bölmədə yarışıb (2022), 4-cü “İnternational Bingöl Short Film Festivalda” “jürinin özel ödülü” mükafatını (2022) qazanıb və “11-ci Hak-İs short Film Festival”-da Necati Çeliik Özel ödülünü (2022) və 10-cu “Kayseri Altın Çınar Film Festivalında” əsas onluqda iştirak edib.

2022-ci ildən “Space” kanalında mədəniyyət və elmi-kütləvi proqramların yaradıcı heyətində rejissor olaraq çalışır.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvüdür.

  1. http://kinobiz.az/celebrity/amil-m%C9%99mib%C9%99yli/
  2. https://kaspi.az/az/o-iki-qadinla-zumu-evli-kimi-hiss-edirem
  3. http://www.musavat.biz/news/azerbaycan-muharibesinden-behs-eden-film-turkiyede-qalib-oldu-fotolar_850451.html
  4. https://olke.az/medeniyyet/255444/azerbaycan-filmi-turkiyede-qalib-oldu-foto/
  5. https://ideologiya.az/2017/01/dunyanin-%C9%99n-inanilmaz-maraqli-intihari-video/
  6. https://axar.az/news/sinema/499357.html
  7. https://m.minval.info/koronavirusa-yoluxan-kinomuz-sagalmaga-umid-var/221942

FILMOQRAFIYA:

  1. Kor-koranə (2010, qısametrajlı film) – rejissor, ssenari müəllifi
  2. Neft şəhərinin sakini (2011, qısametrajlı film) – rejissor, ssenari müəllifi
  3. Qara bağ (2015, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  4. Abşeron (2016, serial) – rejissor
  5. Lənkəran (2016, sənədli film) – rejissor, ssenari müəllifi
  6. Son seçim (2017, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  7. Erməni “el” nağılları (2019-2020, qısametrajlı sənədli film) – ssenari müəllifi
  8. Titrəmə (2020, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  9. Dəhlizdə (2021, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  10. Yad daşlar )2022, sənədli film) – rejissor, ssenari müəllifi
  11. Xosrov bəy Sultanov (2023, sənədli film) – rejissor
Kontakt:+994 050-241-41-04
Ünvan:Xırdalan şəhəri, Nizami küçəsi, BHİK 2 saylı bina