Əli Sultanov
təsvir rejissoru
(19.02.1982)
Əli Rafiq oğlu Sultanov Qubada anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Xəyal TV-də (1998-1999), “Sərvan” kino şirkətində (2002), “Mozalan” studiyasında (2003-2005), “Old city” productionda (2008-2019), “Bakı Film” kinostudiyasında (2009), “Debüt” studiyasında (2009-2013), “Ultra” productionda (2010-2012), “Salnamə” studiyasında (2011-2012), “Od Media” productionda (2011-2019), “İz Media Qrup”da (2012-2019), “Yaddaş” studiyasında (2014-2015), “Azərbaycanflm”də (2010-2019) təsvir rejissoru kimi çalışıb. Müxtəlif TV kanalları və sosial media üçün klip, çarx və reklam layihələrində təsvir rejissoru olub. Azərbyacn Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
- http://kinobiz.az/celebrity/%C9%99li-sultanov/
- https://medeniyyet.az/page/news/5306/Komediya-janrinda-yeni-film-cekilir.html?lang=ru
- https://www.trt.net.tr/azerbaycan/turk-dunyasi/2016/10/06/nobel-qardaslari-haqqinda-filmin-rejissoru-c-kilis-qrupundan-danisdi-584263
FILMOQRAFIYA:
- Danış dilindəki sözünə qurban (2003, sənədli film) – təsvir rejissoru
- Hacı xanım (2003, sənədli film) – təsvir rejissoru
- Bir anın həqiqəti (2003, bədii serial) – kinooperator
- Cənnət Səlimova (2004, sənədli film) – təsvir rejissoru
- Əlaçı qadın (2005, bədii film) – təsvir rejissoru
- Məhəbbətin qüdrəti (2005, bədii film) – təsvir rejissoru
- Mehriban Əfəndi (2006, sənədli film) – təsvir rejissoru
- Ya bilim, ya ölüm (2006, bədii film) – təsvir rejissoru
- Sabun (2006, bədii film) – təsvir rejissoru
- NT klinika (2006, sənədli film) – təsvir rejissoru
- Satılmış həyat (2008, qısametrajlı bədii film) – təsvir rejissoru
- Günahkarlar yoxsa günahsızlar… (2009, qısametrajlı bədii film) – təsvir rejissoru
- Hüdudsuz təhsil (2009, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Psixiatr (2009, qısametrajlı bədii film) – təsvir rejissoru
- Dördbucaq içində (2010, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Əlavə təsir (2010, tammetrajlı bədii film) – kinooperator
- Qaçqın. Anar Usubovun həyat hekayəsi (2010, tammetrajlı sənədli film) – kinooperator
- Usta Yusifin kamançası (2010, qısametrajlı bədii film) – təsvir rejissoru
- Yaddaş (II) (2010, tammetrajlı bədii film) – təsvir rejissoru
- Çövkən (2011, qısametrajlı sənədli film) – təsvir rejissoru
- İşıq şəhəri (2012, tammetrajlı sənədli film) – kinooperator assistenti
- Neftin adamı (2012, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sabiri düşünərkən (2012, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Alınmaz qalanın qəhrəmanları (2013, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Alo, bu mənəm (2013, qısametrajlı bədii film) – təsvir rejissoru
- Dərvişin qeydləri (2013, tammetrajlı bədii film) – kinooperator
- Udinlər (II) (2013, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Vətən sağ olsun (2014, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Onun atası (2015, qısametrajlı bədii film) – təsvir rejissoru
- Postskriptum (2015, qısametrajlı bədii film) – təsvir rejissoru
- Bəstəkar (II) (2015, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qısa ömrün davamı… (2015, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ölümə səfər (2015, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qız qaçırtma (2017, tammetrajlı bədii film) – təsvir rejissoru
- Nazlı (2017, tammetrajlı bədii film) – təsvir rejissoru
- Niyə? (2017, tammetrajlı bədii film) – təsvir rejissoru
- Arif Aziz (2018, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Dan yeli (2019, qısametrajlı bədii film) – təsvir rejissoru
- Erməni “el” nağılları (2019, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Titrəmə (2020, qısametrajlı bədii film) – təsvir rejissoru
- Bizim komandir (2021, qısametrajlı sənədli film) – texnik
