Amin Novruzov
təsvir rejissoru
(07.10.1947)
Amin Novruzov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru kimi fəaliyyət göstərir. Azərbacanın əməkdar incəsənət xadimidir.
Filmoqrafiya:
1980 – “Tərlan Musayeva” (sənədli) – təsvir rejissoru
1982 – “Cəmşid Naxçıvanski” (sənədli) – təsvir rejissoru
1985 – “Cin mikrorayonda” – təsvir rejissoru
1987 – “Süd dişinin ağrısı” – təsvir rejissoru
1987 – “Musiqili xaş” – təsvir rejissoru
1989 – “Boş yer” – təsvir rejissoru
1990 – “Güzgü” – təsvir rejissoru
1990 – “Bəxt üzüyü” – təsvir rejissoru
1993 – “Udin xalqı” (sənədli) – təsvir rejissoru
1996 – “Özgə vaxt” – təsvir rejissoru
1997 – “Son döyüş” – təsvir rejissoru
1997 – “Ləqəbi İKA” – təsvir rejissoru
2005 – “Arxada qalmış gələcək” – təsvir rejissoru
2006 – “Yalan” – təsvir rejissoru
