Hafiz Əhədov

təsvir rejissoru
(06.07.1972)

Hafiz Yunus oğlu Əhədov 6 iyul 1972-ci ildə Şəkidə anadan olub. 8 nömrəli orta məktəbi bitirib (1979-1989). Şəki Dövlət Dram Teatrında səs operatoru işləyib (1992-1993). 1996-2009-cu illərdə kinematoqrafiyanın müxtəlif sahələrində çalışıb. 2009-2012-ci illərdə Azərbaycanın regional televiziyasında rejissor işləyib. 2011-ci ildən şəkidə 4D animasiya ilə məşğul olaraq bu sahənin  təbliğatına başlayıb. R.Ocaqov adına uşaq yaradıcılıq mərkəzi üçün  iş planının müəllifidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator, professor görkəmıi kino xadimləri Amin Novruzovun, İ.Ağazadənin , Yalçın Əfəndiyevin kino rejissoru emalatxanasında təhsil alıb.  «Birinci Yaradılıq Birliyi» və «Sedona Film»  studiyasının rəhbəridir. Hafiz Əhədov Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

  1. https://sputnik.az/20181103/shekinski-rejissor-musahibe-417729301.html
  2. https://shaki.info/wiki/Ədəbiyyat:Hafiz_Əhədov

FİLMOQRAFİYA:

  1. «Yararlı gün» (2011, sənədli film) – rejissor, təsvir rejissoru
  2. «Sıxıntılı gün» (2011) – ssenari müəllifi
  3. «Yuxu qanunlarına zidd» (2016) – ssenari müəllifi
  4. « Məcburi dayanacaq » (2018, dram) – rejissor, ssenari müüəllifi , təsvir rejissoru.
  5. «Operatorun fabulası»   (2018, sənədli film)   – rejissor, təsvir rejissoru.
  6. «Operatorun fabulası 2» (2019, sənədli film)   – rejissor, təsvir rejissoru.
  7. «Ödənişsiz əməyin nəticəsi» (2020, bədii film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  8. «Çirkli,alçaq və  yalançılar» (2020, film) – ssenari müəllifi
  9. «Məndən heçnə soruşma» (2018, film) – ssenari müəllifi
Hafiz Ehedov-1
Kontakt:
Ünvan: