Murad Muradov
Rejissor
(24.06.1984)
Murad Ələkbər oğlu Muradov Bakıda anadan olub. Respublika İncəsənət Gimnaziyasının rejissorluq fakültəsində (1991-2001, Ənvər Əbluc və Gülbəniz Əzimzadənin sinfi), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (2001-2005, Rasim İsmayılovun kursu), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində kinorejissorluq fakültəsində (2007-2012) təhsil alıb. Gimnaziyada oxuduğu müddətdə Uşaq yaradıcılıq studiyasında sənədli və bədii filmlər çəkib. Lider TV-də rejissor assistenti (2005), Azərbaycan televiziyasında (2011), ANS TV-də (2012-2013), Kultura Plus TV-də (2014) rejissor olaraq çalışıb. Müxtəlif mükafatlara və “Gənclər mükafatı”na (2007) layiq görülüb. Respublika İncəsənət Gimnaziyasında kinorejissorluq şöbəsində kinorejissor fənnindən dərs deyib.
Rejissor Murad Muradov rejissor, təsvir rejissoru Ələkbər Muradovun oğludur.
- http://kinobiz.az/celebrity/murad-muradov/
- https://sia.az/az/news/culture/69224.html
- https://kulis.az/index.php/xeber/nesr/xocali-ayi-atamin-penceyi-murad-muradov-41237
- https://report.az/incesenet-xeberleri/azerbaycanda-dedektiv-triller-janrinda-tammetrajli-film-cekilecek/
- http://www.yarat.az/index.php?lang=az&page=12&yrtMaincatID=13&yrtSubcatID=26&yrtEventID=1631&yrtLocationID=2&yrtCalYear=2021&yrtCalMonth=2
FILMOQRAFIYA:
- Xüsusi təyinatlı dəstə (2001, bədii film) – rejissor
- İnam (2001, sənədli film) – rejissor
- Güllələnmə təxirə salınır!… (2002, bədii film) – rejissor qrupunun üzvü, aktyor
- İlk döyüş (2003, sənədli film) – rejissor, ssenari müəllifi, operator
- Su (2003, bədii film) – rejissor, ssenari müəllifi, operator
- Yeni və köhnə Bakı (2004, sənədli film) – rejissor
- Ərənlər (2005, sənədli televiziya filmi) – rejissor assistenti
- “Hacı Mail” nağılı (2005, sənədli televiziya filmi) – rejissor assistenti
- Uçan çinarlar (2005, sənədli film) – rejissor
- Ruhumun harayı (2006, sənədli film) – rejissor
- Səsin Mirzəsi (2006, sənədli televiziya filmi) – rejissor
- Kənar (2007, sənədli film) – rejissor
- .. (2008, bədii film) – rejissor, ssenari müəllifi
- Qala (2008, bədii film) – rejissor qrupunun üzvü
- Dünya uşaqları (2009, sənədli film) – rejissor, ssenari müəllifi, montajçı
- Sonuncu dərviş (2009, bədii film) – ikinci rejissor
- Adın sirri və tale. Qurban Səid (2010, sənədli film) – rejissor
- O kimdir? (2010, sənədli film) – rejissor, ssenari müəllifi, kinooperator
- Yaddaşın rəmzi. Quba – 1918 (2011, sənədli film) – rejissor assistenti
- Tarixin izi ilə… Yaqub Mahmudov (2012, sənədli televiziya filmi) – rejissor
- Toy marşı – Bakı toyları (2013, sənədli film) – rejissor
- Keçmişdən gələn zəng (2014, bədii film) – rejissor
- Səcdəgah (2014, sənədli film) – rejissor
- Yazıya pozu yoxdur (2014, sənədli film) – rejissor
- Bakı sübhdən günbatanadək (2015, sənədli film) – rejissor
- Bir ailə kimi (2015, sənədli televiziya filmi) – rejissor
- Qaraca çoban (2015, sənədli film) – rejissor
- Muradına çatmayanlar. Apreldən əvvəl və sonra (2016, sənədli film) – rejissor
- Əfsanə (II) (2017, sənədli film) – rejissor
- Əliaçıq xəsis (2017, sənədli film) – rejissor
- Ölməz Murtuza (2017, sənədli film) – rejissor
- Komandir (2019, sənədli film) – rejissor, montajçı
