Rafael Salamzadə
Təsvir rejissoru
(23.08.1942)
Rafael Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında işıqçı kimi fəaliyyətə başlasa da qısa müddər ərzində kinooperator assistenti və təsvir rejissoru vəzifələrində çalışmağa başlayıb. 1984-cü ildə Moskvada Ümumittifaq Kinomatoqrafiya İnstitutunun kinooperatorluq kursunu bitirib. Ömrünün 35 ilini “Salnamə” studiyasında sənədli və xronika filmləriin çəkilişinə həsr etmiş Rafael Salamzadə Azərbaycanın müstəqilliyii uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb. Əməkdar Mədəniyyət İşçisidir (2009).
- https://modern.az/az/news/143205/taninmis-kinooperatorun-yubileyi-qeyd-edilecek-nbsp
- http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/87699.htm
FILMOQRAFIYA:
- 1975 – “Şəki heyvandarlıq kompleksi” – (sənədli) – təsvir rejissoru
- 1977 – “Dostların görüşü” – (sənədli) – təsvir rejissoru
- 1978 – “Azərbaycan CCP” – (sənədli) – təsvir rejissoru
- 1978 – “Əhalinin siyahıya alınması” – (sənədli) – təsvir rejissoru
- 1978 – “Qardaşdır ellərimiz” – (sənədli) – təsvir rejissoru
- 1979 – “Dostların gözü ilə” – (sənədli) – təsvir rejissoru
- 1979 – “Fəhlə həyatının başlanğıcı” – (sənədli) – təsvir rejissoru
- 1980 – “Heyvanlarda brusulyez və vərəmlə mübarizə” – (sənədli) – təsvir rejissoru
- 1982 – “Belə bir şəhər var” – (sənədli) – təsvir rejissoru
- 1983 – “Gələcəyin qurucuları” – (sənədli) – təsvir rejissoru
- 1983 – “Arzuya doğru” – (sənədli) təsvir rejissoru
- 1984 – “Şeir mənim üçün bir kainatdır” – təsvir rejissoru
- 1986 – “İntizar” – (sənədli) – təsvir rejissoru
- 1987 – “II ümumittifaq vokalçılar ” – təsvir rejissoru
- 1987 – “Söz gəncliyindir” – (sənədli) – təsvir rejissoru
- 1987 – “Sumqayıt yenidənqurma yolu ilə” – (sənədli) – təsvir rejissoru
- 1988 – “Hüseyn Cavid” – təsvir rejissoru
- 1989 – “Aman ayrılıq” – (sənədli) – təsvir rejissoru
- 1989 – “Gözəllik ilahəsi” – təsvir rejissoru
- 1989 – “Meydan” – təsvir rejissoru
- 1990 – “Çempion” – təsvir rejissoru
- 1991 – “Qəsd” – təsvir rejissoru
- 1991 – “Azərbaycanın tarixi abidələri” – təsvir rejissoru
- 1991 – “Haqqın dərgahı” – təsvir rejissoru
- 1991 – “Qobustan” – təsvir rejissoru
- 1992 – “100 ilin astanasında” – təsvir rejissoru
- 1993 – “Qoca əskər” – təsvir rejissoru
- 1993 – “Ulu diyarın harayı” – təsvir rejissoru
- 1995 – “Həbi hicran” – təsvir rejissoru
- 1995 – “Zirvəyə gedən yol” – təsvir rejissoru
- 1997 – “Fizuli – 500” (“Mozalan” kinosüjeti) – təsvir rejissoru
![Rafayıl Salamzade](https://audiovisual.az/wp-content/uploads/2020/05/Rafayıl-Salamzade-228x300.jpg)
Əlaqə:-
Ünvan:-