Vaqif Bağırov

Təsvir rejissoru
(02.09.1949)

Bağırov Vaqif Sadıx oğlu 2 sentyabr 1949 – cu ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə 199 nömrəli orta məktəbə daxil olub və orta təhsilini 1966-cı ildə bitirib. 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasına “Aşkarlanma sexinə” qablayıcı vəzifəsinə düzəlib.

21oktyabr 1968-ci ildə ordu sıralarında qulluq edib və 1970-ci ildə kinostudiyaya qayıdaraq kinooperator sexinə mexanik vəzifəsinə qəbul olunub. 1975-ci ildə quraşdırılmış səhnələr çəkilişi sexində əvvəl kinooperator assistenti, 1985-ci ildə isə 3-cü dərəcəli kinooperator işləyib. 1990-cı ildə, işlədiyi filmləri nəzərə alıb 1-ci dərəcəli quraşdırılmış səhnədə çəkiliş üzrə kinooperator vəzifəsinə layiq görülüb.

1994-cü ildə quraşdırılmış səhnələrin çəkilişi sexinə, 1998-ci ildə isə çəkiliş texnikası sexinə rəis təyin edilib. 2002-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Mexanik kimi fəaliyyətimi davam etdirib və 2008-ci ildə yenidən çəkiliş texnikası sexinə rəis təyin olunub. 2000-2006-cı illərdə Ə.Cavad adına İncəsənət Gimnaziyasında təsvir rejissoru sənətindən dərs deyib. 2013-cü ildən təqaüdə çıxmağı ila əlaqədar öz xahişi ilə işdən azad olunub. Əməkdar mədəniyyət işçisidir (2009). Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Təftiş komissiyasının üzvüdür (2014).

FILMOQRAFIYA:

  1. 1972 – Qızıl qaz (kinooperator assistenti)
  2. 1974 – Qatır Məmməd (kinooperator assistenti)
  3. 1975 – Dörd bazar günü(kinooperator assistenti)
  4. 1976 – Xoşbəxtlik arzuları (quraşdırılmış səhnələr üzrə kinooperator assistenti)
  5. 1976 – Qərib cinlər diyarında (quraşdırılmış səhnələr üzrə kinooperator assistenti)
  6. 1977 – Sevinc  buxtası (quraşdırılmış səhnələr üzrə kinooperator assistenti)
  7. 1977 – Şir evdən getdi (kinooperator assistenti)
  8. 1980 – Gözlə məni (kinooperator assistenti)
  9. 1980 – Yol əhvalatı (kinooperator assistenti)
  10. 1981 – Birisi gün gecə yarısı (kinooperator assistenti)
  11. 1983 – Asif Vasif Ağasif (kinooperator assistenti)
  12. 1984 – Tənha narın nağılı (kinooperator assistenti)
  13. 1984 – Qoca palıdın nağılı (quraşdırılmış səhnələr üzrə kinooperator)
  14. 1985 – Bağ mövsümü (kinooperator assistent)
  15. 1986 – Qəm pəncərəsi -2 seriya (quraşdırılmış səhnələr üzrə kinooperator)
  16. 1987 – Süd dişinin ağrısı (quraşdırılmış səhnələr üzrə kinooperator)
  17. 1987 – Araqarışdıran (quraşdırılmış səhnələr üzrə kinooperator)
  18. 1988 – Cansıxıcı əhvalat (quraşdırılmış səhnələr üzrə kinooperator)
  19. 1988 – Boş yer (quraşdırılmış səhnələr üzrə kinooperator)
  20. 1990 – Qətl günü (quraşdırılmış səhnələr üzrə kinooperator)
  21. 1990 – Şahid qız (quraşdırılmış səhnələr üzrə kinooperator)
  22. 1995 – Ümid (quraşdırılmış səhnələr üzrə kinooperator)
  23. 1996 – Özgə vaxt (quraşdırılmış səhnələr üzrə kinooperator)
  24. 1998 – Ailə (quraşdırılmış səhnələr üzrə kinooperator)
  25. 2004 – Məkanın melodiyası (kinooperator)
Vaqif Bağırov
Əlaqə:+994 55 359-94-11
Ünvan:Bakı ş. 5-ci mkr., 20 yanvar 40, mənzil 63.