Xan Babayev

təsvir rejissoru
(22.03.1919 – 29.05.1967)

Xan Yusif oğlu Babayev Lənkəranın Seydəkaran kəndində anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Politexnikumunun elektronika fakültəsində (1931-1937), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1938-1950, Boris Volçekin emalatxanası). Müharibə ilə bağlı olaraq oranı yalnız 1950-ci ildə bitirib. Müharibədən əvvəl müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin II köməkçisi işləyib. Müharibədən sonra kinostudiyada tısvir rejissoru kimi çoxsaylı filmlərdə çalışıb. 1967-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Xan Babayev 1967-ci ildə vəfat edib.

  1. https://cenublu.az/tarixi-faktlar-v-s-xsl-r/az-rbaycan-n-ilk-kinooperatorlar-ndan-biri-xan-babayev/
  2. http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_avqust2009/88399.htm
  3. https://www.museumcenter.az/az/calendar/273
  4. https://filmfond.az/2019/05/24/xan-babayev-100/
  5. https://azertag.az/xeber/Gorkemli_kinooperator_Xan_Babayevin_xatiresi_anilib-1286875
  6. https://www.azerbaijan-news.az/posts/detail/gorkemli-kinooperatorun-95-illik-yubileyi-qeyd-edilmisdir-35936

FILMOQRAFIYA:

  1. Çağırışa cavab (1947, sənədli film) – təsvir rejissoru
  2. Yeni həyat qurucuları (1949, sənədli film) – təsvir rejissoru
  3. Bakının işıqları (1950, bədii film) – kinooperator
  4. Gədəbəyin sərvəti (1950, sənədli film) – təsvir rejissoru
  5. Respublika stadionu (1951, sənədli film) – təsvir rejissoru
  6. Neft kəşfiyyatçıları (1952, sənədli film) – təsvir rejissoru
  7. Doğma xalqıma (1954, sənədli film) – kinooperator
  8. Mahnı bayramı (1954, sənədli film) – təsvir rejissoru
  9. Qara daşlar (1956, bədii film) – təsvir rejissoru
  10. Səadət və əmək mahnıları (1957, sənədli film) – təsvir rejissoru
  11. Ögey ana (1958, bədii film) – tısvir rejissoru
  12. Azərbaycan mədəniyyətinin baharı (1959, sənədli film) – rejissor, təsvir rejissoru
  13. Şanlı, qeyri-adi il (1960, sənədli film) – təsvir rejissoru
  14. Korun mahnısı (1961, sənədli film) – təsvir rejissoru
  15. Böyük dayaq (1962, bədii film) – təsvir rejissoru
  16. Yenilməz batalyon (1965, bədii film) – təsvir rejissoru
TƏSVİR REJİSSORU XAN BABAYEV
Hüquqvarisi:
Əlaqə:
Ünvan: