İsrafil Ağazadə

Təsvir rejissoru
(26.03.1955)

İsrafil Ağazadə (İsrafil Ağayev) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1980-1985, A.Qalperinin emalatxanası). “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti (1977-1985), təsvir rejissoru (1985-1996), Azərbaycan televiziyasında təsvir rejissoru (1994-1996) kimi fəaliyyət göstərib. 1996-cı ildə “Bachuan Cinema Company”nin prezidenti olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

  1. http://kinobiz.az/celebrity/israfil-agazad%C9%99/
  2. https://az.trend.az/azerbaijan/society/2680469.html
  3. https://ann.az/ru/operator-postanovschik-israfil-agazade-i-film-cavid-mru-foto/

FILMOQRAFIYA:

  1. Burulğan (1986, tammetrajlı bədii film) – kinooperator
  2. Qəm pəncərəsi (1986, tammetrajlı bədii film) – kinooperator
  3. Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası (1987, qısametrajlı sənədli film) – təsvir rejissoru
  4. Cansıxıcı əhvalat (1988, tammetrajlı bədii film) – kinooperator
  5. Hücum (1989, qısametrajlı bədii film) – təsvir rejissoru
  6. Lətifə (1989, tammetrajlı bədii film) – kinooperator
  7. Yanar qəlbin ritmləri (1989, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  8. Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – təsvir rejissoru
  9. Haray (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Xudafərin – dərdi dərin (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru
  11. Girişmə, öldürər (1991, tammetrajlı bədii film) – təsvir rejissoru
  12. Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (1992, tammetrajlı sənədli film) – təsvir rejissoru
  13. Simenslər Azərbaycanda (1993, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  14. Qayalarda qalan səs (1995, tammetrajlı film-tamaşa) – təsvir rejissoru
  15. Məhbus (1995, qısametrajlı bədii film) – təsvir rejissoru
  16. Beşmərtəbəli evin altıncı mərtəbəsi (1996, tammetrajlı bədii film) – təsvir rejissoru
  17. Mən inanıram (1999, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  18. Skripkaçı (1999, qısametrajlı sənədli film) – təsvir rejissoru
  19. Dağın nəvəsi (2002, qısametrajlı bədii film) – təsvir rejissoru
  20. Lal çinar (2005, qısametrajlı bədii film) – təsvir rejissoru
  21. Cavid ömrü (2007, tammetrajlı bədii film) – təsvir rejissoru, aktyor (fotoqraf)
  22. Əlvida (2007, tammetrajlı bədii film) – təsvir rejissoru
  23. Azərbaycan Odlar Yurdu (2009, tammetrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru, prodüser
857176_916322648399061_935210359756559816_o
Kontakt:050-374-99-85
Ünvan:AZ 1012 Tbilisi pr. 75, mənzil 19.