Kənan Məmmədov

Təsvir rejissoru

(09.10.1946) 

Kənan Əzizağa oğlu Məmmədov (Kənan Əziz) Bakıda anadan olub. Pioner sarayının foto dərnəyinə üzv olub. İçərişəhərdə qonşusu olan kinooperator Xan Babayev fotoya həvəsini görüb onda təsvir rejissorluğu sənətinə də maraq aşılayıb. Bir müddət (1971-ci ilə qədər) Azərbaycan Politexnik İnstitutunda təhsil aldıqdan sonra sənədlərini Moskvaya göndərir. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsində təhsil alır (1971-1976, A.Qalperinin emalatxanası). Bir müddət Neft Sənayesi Nazirliyinin fotolaboratoriyasında işləyib. “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərdə təsvir rejissoru kimi fəaliyyətə başlayıb. Bir müddət ANS TV-də təsvir rejissoru olaraq çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib (1996-2002). 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilib. Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatıdır..

  1. https://www.adalet.az/mobil/219541
  2. https://aki.az/k%C9%99nan-m%C9%99mm%C9%99dov-75/
  3. https://report.az/incesenet-xeberleri/kenan-memmedov-cavadxan-filmini-ceken-iranli-operator-bakiya-gelen-kimi-alvere-basladi-musahi/
  4. https://medeniyyet.az/page/news/4136/-Kenan-Memmedovun-pesesi-ve-ustaligi.html?lang=ru
  5. http://old.xalqqazeti.com/az/news/culture/8465
  6. https://news.milli.az/culture/278126.html
  7. https://audiovisual.az/t%C9%99svir-rejissorlari/k%C9%99nan-m%C9%99mm%C9%99dov/

FILMOQRAFIYA:

  1. Günlərin bir günü… (1976, tammetrajlı bədii film – kinoalmanax) – kinooperator assistenti
  2. Ad günü (1977, tammetrajlı bədii film) – kinooperator, aktyor (Namiq)
  3. Ovçu, vurma məni (1977, qısametrajlı sənədli film) – təsvir rejissoru
  4. Evin kişisi (1978, tammetrajlı bədii film) – təsvir rejissoru
  5. Qara Qarayev – 60 (1978, qısametrajlı sənədli film) – təsvir rejissoru
  6. İnsanlar, atlar, təkərlər (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
  7. Yoldaş Alyoşa (1979, qısametrajlı sənədli film) – təsvir rejissoru
  8. Qızıl uçurum (1980, tammetrajlı bədii film) – təsvir rejissoru
  9. Neft və qaz quyularının əsaslı təmiri (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Bağlı qapı (1981, tammetrajlı bədii film) – aktyor
  11. Nəğməkar torpaq (1981, tammetrajlı sənədli film) – təsvir rejissoru
  12. Köhnə bərə (1984, tammetrajlı bədii film) – təsvir rejissoru
  13. Qara gölün cəngavərləri (1984, tammetrajlı bədii film) – təsvir rejissoru
  14. Fransada Azərbaycan günləri (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
  15. Qanlı zəmi (1985, tammetrajlı bədii film) – təsvir rejissoru
  16. Bircəciyim (1986, tammetrajlı bədii film) – təsvir rejissoru
  17. Xüsusi vəziyyət (1986, tammetrajlı bədii film) – təsvir rejissoru
  18. Kölgədə 40 dərəcə isti (1987, tammetrajlı bədii film) – təsvir rejissoru
  19. Özgə ömür (1987, tammetrajlı bədii film) – operator, aktyor (elmi işçi)
  20. Kreslo (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
  21. Seans (1988, animasiya filmi) – təsvir rejissoru
  22. Doğma sahillər (1989, tammetrajlı bədii film) – təsvir rejissoru
  23. Əlaqə (1989, tammetrajlı bədii film) – təsvir rejissoru
  24. Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – təsvir rejissoru
  25. Gecə qatarında qətl (1990, tammetrajlı bədii film) – təsvir rejissoru
  26. “Yapon” və yaponiyalı (1990, qısametrajlı bədii film) – təsvir rejissoru
  27. Qətldən yeddi gün sonra (1991, tammetrajlı bədii film) – təsvir rejissoru
  28. Fəryad (1993, tammetrajlı bədii film) – təsvir rejissoru, aktyor (erməni)
  29. Səs (II) (1993, qısametrajlı sənədli film) – təsvir rejissoru
  30. Təhminə (1993, tammetrajlı bədii film) – təsvir rejissoru, aktyor (ad günündəki qonaq)
  31. Son döyüş (1996, tammetrajlı bədii film) – təsvir rejissoru
  32. Otel otağı (1998, tammetrajlı bədii film) – təsvir rejissoru
  33. Həsən Əbluc (1999, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  34. Kəngərlilər (1999, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  35. Təsadüfi görüş (1999, qısametrajlı bədii film) – təsvir rejissoru
  36. 102 an (2000, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  37. Dədə Qorqud dünyası (2000, qısametrajlı sənədli film) – təsvir rejissoru
  38. Əliyevin əli (2000, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  39. Vulkanla üz-üzə (2001, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  40. Odla qol-boyun (2002, qısametrajlı bədii film) – təsvir rejissoru
  41. Ovsunçu (2002, tammetrajlı bədii film) – təsvir rejissoru
  42. Zəvvar (2002, qısametrajlı sənədli film) – təsvir rejissoru
  43. İlham Əliyev. Diplomatiyada uğur rəmzi (2003, tammetrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  44. Çünki bura vətəndir… (2004, qısametrajlı sənədli film) – təsvir rejissoru
  45. Küçələrə su səpmişəm (2004, tammetrajlı bədii film) – təsvir rejissoru
  46. Məhkumlar (2007, tammetrajlı bədii film) – təsvir rejissoru
  47. Halal pullar (2008, tammetrajlı bədii film) – təsvir rejissoru, aktyor
  48. Qala (2008, tammetrajlı bədii film) – təsvir rejissoru
  49. İstanbul reysi (2010, tammetrajlı bədii film) – təsvir rejissoru
  50. Tərsinə çevrilmiş dünya (2011, tammetrajlı bədii film) – təsvir rejissoru
  51. Sübhün səfiri (2012, tammetrajlı bədii film) – təsvir rejissoru
  52. Çay bir aləm (2013, qısametrajlı sənədli film) – təsvir rejissoru
  53. Axırıncı dayanacaq (2014, tammetrajlı bədii film) – təsvir rejissoru
Əlaqə:050 232 88 98
Ünvan:-