Rəfail Qəmbərov

təsvir rejissoru

(31.12.1947)

Rəfail Əli oğlu Qəmbərov Çeçenistanın Qroznı şəhərində anadanolub. Orta məktəb illərində Bakıda “Pinoerlər və Məktəblilər sarayında” fotoqrafiya dərnəyində məşğul olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1966-1971, L.Kosmatovun emalatxanası). Bir neçə il Rusiyada Samara Kinoxronika Studiyasında (1968-1970), 1970-ci ildən isə “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərin təsvir rejissoru olub. 1970-1995-ci illərdə kinostudiyada təsvir rejissoru olaraq 16 bədii və 30-dan çox sənədli filmdə çalışıb. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. “Foto kompozisiya” (2016-2019, Amin Novruzovla birgə) adlı dərsliyin həmmüəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kinorejissorluq və kinooperator işi” fakültəsində “kinorejissor və kinooperator işi” kafedrasında ilk kinooperator qrupunun rəhbəri olaraq dərs deyib (1987-1991). 2004-cü ildən bu günədək ADMİU “Kino və televiziya sənətləri” kafedrasının müəllimi və dosentidir. “Yurd” jurnalında fotoqraf və şöbə müdiri olub (1991-1993). Çoxsaylı foto albomlar, plakatlar və təqvimlərin müəllifidir. Azərbaycan və dünyanın bir çox xarici ölkələrində onlarla foto sərgisi nümayiş olunub. AR Milli Məclisin Mətbuat Xidmətinin baş məsləhətçisi işləyib (1996-2012). Dövlət qulluğunun müşaviri (2006), Dövlət qulluğunun baş müşaviri (2009), “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə (2012) təltif edilib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin, Azırbaycan Kinematoqrafçılar İttifaqının (1978), Reklamçılar və Dizaynerlər İttifaqının (1996), Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi və üzvü (1998), Azərbaycan Rəssamlar İttifaqının (2011) üzvüdür. Rəfail Qəmbərov SSRİ Dövlət Mükafatı laureatı (1981, “İstintaq” filmi), Əməkdar İncəsənət Xadimi(1986), “Milli Kino Mükafatı” laureatı və prezident təqaüdçüsüdür.

  1. https://az.trend.az/azerbaijan/society/1089549.html
  2. https://www.salamnews.org/az/news/read/157489
  3. https://news.milli.az/culture/273324.html
  4. https://medeniyyet.az/page/news/60457/Azerbaycan-cohresi.html?lang=az
  5. https://aki.az/ibrahimb%C9%99yovla-ocaqovun-parki/
  6. https://aki.az/rafael-q%C9%99mb%C9%99rov-v%C9%99-amin-novruzovun-birg%C9%99-foto-kompozisiyasi/
  7. http://kinobiz.az/celebrity/rafail-q%C9%99mb%C9%99rov/

FILMOQRAFIYA:

  1. Bakı haqqında 10 dəqiqə (1970, qısametrajlı sənədli film) – təsvir rejissoru
  2. Gecə söhbəti (1971, qısametrajlı sənədli film) – təsvir rejissoru
  3. Vətəndaş sərnişinlər (1971, sənədli film) – təsvir rejissoru
  4. Gilas ağacı (1972, qısametrajlı bədii film) – təsvir rejissoru
  5. Nəriman Nərimanov (1972, qısametrajlı sənədli film) – təsvir rejissoru
  6. Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – təsvir rejissoru
  7. 1001-ci qastrol (1974, tammetrajlı bədii film) – təsvir rejissoru
  8. Vulkana doğru (1974-1977, bədii televiziya serialı) – təsvir rejissoru
  9. Dantenin yubileyi (1978, tammetrajlı bədii film) – təsvir rejissoru
  10. İstintaq (1979, tammetrajlı bədii film) – təsvir rejissoru
  11. Qəribə adam (1979, tammetrajlı bədii film) – təsvir rejissoru
  12. Lahıc (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
  13. Azərbaycanın palçıq vulkanları (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
  14. Çovqan oyunu (1980, qısametrajlı sənədli film) – təsvir rejissoru
  15. İçərişəhər (1981, qısametrajlı sənədli film) – təsvir rejissoru
  16. Bağlı qapı (1981, tammetrajlı bədii film) – təsvir rejissoru
  17. Diviziya komandiri Naxçıvanski (1982, qısametrajlı sənədli film) – təsvir rejissoru
  18. Park (1983, tammetrajlı bədii film) – təsvir rejissoru
  19. İstirahət gecəsi (1982, qısametrajlı sənədli film) – təsvir rejissoru
  20. Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – təsvir rejissoru
  21. Burulğan (1987, tammetrajlı bədii film) – təsvir rejissoru
  22. Ölsəm… bağışla (1988, tammetrajlı bədii film) – təsvir rejissoru
  23. Həm ziyarət, həm ticarət… (1995, tammetrajlı bədii film) – təsvir rejissoru
  24. Azərbaycan energetikası (1996, sənədli film) – müəllif və təsvir rejissoru
  25. Prima (1997, qısametrajlı sənədli film) – təsvir rejissoru
  26. Nəğməli ömür (2008, qısametrajlı sənədli film) – təsvir rejissoru
RQ-sayt
Əlaqə:050 314-07-15; 012 492-71-75
Ünvan:370000 AZ 1000 Bakı şəhəri F.Əmirov 1-22.