Rafael Salamzadə

Təsvir rejissoru

(23.08.1942) 

Rafael Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında işıqçı kimi fəaliyyətə başlasa da qısa müddər ərzində kinooperator assistenti və təsvir rejissoru vəzifələrində çalışmağa başlayıb. 1984-cü ildə Moskvada Ümumittifaq Kinomatoqrafiya İnstitutunun kinooperatorluq kursunu bitirib. Ömrünün 35 ilini “Salnamə” studiyasında sənədli və xronika filmləriin çəkilişinə həsr etmiş Rafael Salamzadə Azərbaycanın müstəqilliyii uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb. Əməkdar Mədəniyyət İşçisidir (2009).

  1. https://modern.az/az/news/143205/taninmis-kinooperatorun-yubileyi-qeyd-edilecek-nbsp
  2. http://www.anl.az/down/meqale/azerbaycan/azerbaycan_iyul2009/87699.htm

FILMOQRAFIYA:

  1. 1975 – “Şəki heyvandarlıq kompleksi” – (sənədli) – təsvir rejissoru
  2. 1977 – “Dostların görüşü” – (sənədli) – təsvir rejissoru
  3. 1978 – “Azərbaycan CCP” – (sənədli) – təsvir rejissoru
  4. 1978 – “Əhalinin siyahıya alınması” – (sənədli) – təsvir rejissoru
  5. 1978 – “Qardaşdır ellərimiz” – (sənədli) – təsvir rejissoru
  6. 1979 – “Dostların gözü ilə” – (sənədli) – təsvir rejissoru
  7. 1979 – “Fəhlə həyatının başlanğıcı” – (sənədli) – təsvir rejissoru
  8. 1980 – “Heyvanlarda brusulyez və vərəmlə mübarizə” – (sənədli) – təsvir rejissoru
  9. 1982 – “Belə bir şəhər var” – (sənədli) – təsvir rejissoru
  10. 1983 – “Gələcəyin qurucuları” – (sənədli) – təsvir rejissoru
  11. 1983 – “Arzuya doğru” – (sənədli) təsvir rejissoru
  12. 1984 – “Şeir mənim üçün bir kainatdır” – təsvir rejissoru
  13. 1986 – “İntizar” – (sənədli) – təsvir rejissoru
  14. 1987 – “II ümumittifaq vokalçılar ” – təsvir rejissoru
  15. 1987 – “Söz gəncliyindir” – (sənədli) – təsvir rejissoru
  16. 1987 – “Sumqayıt yenidənqurma yolu ilə” – (sənədli) – təsvir rejissoru
  17. 1988 – “Hüseyn Cavid” – təsvir rejissoru
  18. 1989 – “Aman ayrılıq” – (sənədli) – təsvir rejissoru
  19. 1989 – “Gözəllik ilahəsi” – təsvir rejissoru
  20. 1989 – “Meydan” – təsvir rejissoru
  21. 1990 – “Çempion” – təsvir rejissoru
  22. 1991 – “Qəsd” – təsvir rejissoru
  23. 1991 – “Azərbaycanın tarixi abidələri” – təsvir rejissoru
  24. 1991 – “Haqqın dərgahı” – təsvir rejissoru
  25. 1991 – “Qobustan” – təsvir rejissoru
  26. 1992 – “100 ilin astanasında” – təsvir rejissoru
  27. 1993 – “Qoca əskər” – təsvir rejissoru
  28. 1993 – “Ulu diyarın harayı” – təsvir rejissoru
  29. 1995 – “Həbi hicran” – təsvir rejissoru
  30. 1995 – “Zirvəyə gedən yol” – təsvir rejissoru
  31. 1997 – “Fizuli – 500” (“Mozalan” kinosüjeti) – təsvir rejissoru
Əlaqə:-
Ünvan:-