Rövşən Quliyev
təsvir rejissoru
(11.11.1959)
Rövşən Cavanşir oğlu Quliyev Bakıda anadan olub. 1976-1977-ci illərdə Bakı şəhəri 12 saylı texniki peşə məktəbində kinomexanik ixtisası üzrə, 1985-1990-cı illərdə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 1977-ci ildən “Azərbaycanfilm” kinostudiyasında təyinatla işə qəbul edilərək kamera texniki vəzifəsində çalışmağa başlayıb. Daha sonra isə fəaliyyətini kinooperator assistenti olaraq davam etdirib. Bir müddət Lider televiziyasının yaradıcılıq departamentinin əməkdaşı olub. 2011-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasında baş müəllim olaraq dərs deyib. 2006-cı ildə V “Qızıl Çıraq” Milli Kinematoqrafiya müsabiqəsində “Keçid” filminə görə “Ən yaxşı təsvir rejissoru” nominasiyasının qalibi olub. 2009-cu ildə Ukraynada keçirilən III Beynəlxalq “Steps to freedom” kinofestivalında “Koramal” bədii filminə görə “Ən yaxşı təsvir rejissoru” nominasiyası üzrə qalib olub. 2009-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının, 2014-cü ildən isə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2011-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
- https://tvseans.az/az/person/9159/rovsen-quliyev
- https://www.facebook.com/1557844800963555/posts/3453355004745849/
FILMOQRAFIYA:
- İşgüzar səfər (1982, tammetrajlı bədii film) – təsvir rejissoru
- Evlənmək istəyirəm (1983, tammetrajlı bədii film) – kinooperator
- Bəyin oğurlanması (1985, tammetrajlı bədii film) – kinooperator
- Cin mikrorayonda (1985, tammetrajlı bədii film) – kinooperator
- Axırıncı reys (1989, qısametrajlı bədii film) – təsvir rejissoru
- Dairə (1989, qısametrajlı bədii film) – təsvir rejissoru
- Qara qızılın qara üzü (1990, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sumqayıtın əks-sədası (1991, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Tələ (1991, tammetrajlı bədii film) – təsvir rejissoru
- Bakı metrosu (1992, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Etiraf (1992, tammetrajlı bədii film) – təsvir rejissoru
- Lal (1992, qısametrajlı bədii film) – təsvir rejissoru
- Haray (II) (1993, tammetrajlı bədii film) – təsvir rejissoru
- Qarabağ düyünü (1993, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Qədirin sorağında (1993, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Şirvanda izim qaldı (1993, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ağ atlı oğlan (1995, tammetrajlı bədii film) – təsvir rejissoru
- Elegiya (1997, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sarı gəlin (1998, tammetrajlı bədii film) – təsvir rejissoru
- Ağ kətandakı adam (2000, tammetrajlı sənədli film) – təsvir rejissoru
- Elçi daşı (2001, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- İldırımlı yollarla (2001, sənədli serial) – təsvir rejissoru
- Mahur Hindi (2001, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Səfəvilər (2001, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Adam ol (2005, tammetrajlı bədii film) – kinooperator
- Çalış nəfəs alma (2005, qısametrajlı bədii film) – təsvir rejissoru
- …Keçid… (2005, qısametrajlı sənədli film) – təsvir rejissoru (2006, “Şərq-Qərb” festivalı-“Ən yaxşı təsvir rejissoru işi”
- İrəvan və İrəvanlılar (2007, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
- Nəfəs (2007, qısametrajlı bədii film) – təsvir rejissoru
- 2 (2008, qısametrajlı bədii film) – o təsvir rejissoru
- Hədiyyə (2008, qısametrajlı bədii film) – təsvir rejissoru
- Koramal (2009, qısametrajlı bədii film) – təsvir rejissoru (Ukrayna – “Ən yaxşı təsvir rejissoru işi”)
- Qara qutu (2009, qısametrajlı bədii film) – təsvir rejissoru
- Xoşbəxt olun (2009, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Aktrisa (2011, tammetrajlı bədii film) – təsvir rejissoru
- Şəbəkə (2011, qısametrajlı bədii film) – təsvir rejissoru
- Sirr (2012-2013, bədii serial) – təsvir rejissoru
- Ağır illər… Xoş xatirələr… (2014, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Boyunbağı (II) (2014-2015, bədii serial) – təsvir rejissoru
- Sübhdən başlanan həyat (2015, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Avtoportret (2018, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Diantus (qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
![Rovshan Quliyev](https://audiovisual.az/wp-content/uploads/2023/12/Rovshan-Quliyev-300x208.jpg)