Telman Məmmədov

təsvir rejissoru

(22.04.1951) 

Telman Məmmədov 22 aprel 1951-ci ildə Mingəçevirdə anadan olub. 1958-1968-ci illərdə Bakıda 44 saylı orta məktəbdə təhsil alıb. 1982-1987-ci illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperatorluq üzrə İ.V.Şatrovun emalatxanasında təhsil alıb. 1970-ci ildə “Azərbaycanfilm” kinostudiyasında mexanik kimi fəaliyyətə başlayıb. “Azərbaycanfilm”, “Özbəkfilm”, “Tacikfilm”lə birgə bir çox filmlərə quruluş verib. “Əks-səda” (1970, qısametrajlı bədii film) – ssenari müəllifi, rejissor “Bəxtəvər” (1990, qısametrajlı bədii film) – təsvir rejissoru, “Qafqaz” (2007, tammetrajlı bədii film) – təsvir rejissoru, “Günəşli gün” (2009) sənədli film və s. filmlərdə təsvir rejissoru kimi çalışıb. Hazırda Moskvada yaşayır.

https://aki.az/telman-m%C9%99mm%C9%99dov-70/

FILMOQRAFIYA:

  1. Əks-səda (1970, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  2. Şirəli və Aybərçin (1989, bədii film-“Azərbaycanfilm”, “Tacikfilm” və “Özbəkfilm” ilə birgə) – təsvir rejissoru
  3. Bəxtəvər (1990, qısametrajlı bədii film) – təsvir rejissoru
  4. Qurucu (2003, sənədli film) – təsvir rejissoru
  5. Qafqaz (2006, tammetrajlı bədii film) – təsvir rejissoru
  6. Günəşli gün (2009, sənədli film) – təsvir rejissoru
Əlaqə:012 495 22 51; 055 787 66 99
Ünvan:-