Teyyub Axundov

təsvir rejissoru

(30.01.1920 – 03.12.1991)

Teyyub Mirzəhəsən oğlu Axundov Bakıda anadan olub. Kiçik yaşlarından foto və kinoya həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlib. O vaxt Bakı kinostudiyasında “Almas” filminin çəkilişləri aparılırdı. Teyyub da filmin yaradıcı heyətinə kinooperator assistenti kimi işə qəbul edilir. 1941-ci ildə cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir. Döyüş bölgəsində fotoaparatla əsgər dostlarının, viran qalmış şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alır, özü də bilmədən müharibənin salnaməsini yaradır. Bu fotolardan sonralar sənədli filmlərdə də istifadə edilir. 1946-cı ildə ordudan tərxis olunaraq Bakı kinostudiyasına qayıdır. Elə həmin ildə rəhbərlik tərəfindən kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya – Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilir (kinooperatorluq fakültəsi, Anatoli Qolovnya və Mark Magetsonun emalatxanası). İnstitutu bitirdikdən (1952) sonra bir müddət “Mosfilm” kinostudiyasında təcrübəçi, sonra isə ştatlı işçi kimi işləyib. “Boris Qodunov” (1954, rejissor Vera Stroyeva) filminin kinooperator olub. 1953-cü ildən ömrünün sonuna qədər “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı olub. Əməkdar incəsənət xadimi Teyyub Axundov 1991-ci ildə vəfat edib.

  1. http://kinobiz.az/celebrity/teyyub-axundov/
  2. http://www.anl.az/down/meqale/medeniyyet/2020/yanvar/699176.htm
  3. https://azertag.az/xeber/KINOOPERATOR_TEYYUB_AXUNDOVUN_XATIRASI_ANILMISDIR-405564
  4. http://www.anl.az/down/meqale/medeniyyet/2013/mart/297618.htm
  5. https://www.trend.az/life/socium/2124303.html

FİLMOQRAFİYA:

  1. Almas (1936, tammetrajlı bədii film) – kinooperator assistenti
  2. Azərbaycan aşıqları (1938, qısametrajlı sənədli film) – kinooperator assistenti
  3. Qanköçürmə (1938, qısametrajlı sənədli film) – kinooperator assistenti
  4. Ankilostomidoz (1940, qısametrajlı sənədli film) – kinooperator assistenti
  5. Samur-Dəvəçi kanalı (1940, qısametrajlı sənədli film) – kinooperator assistenti
  6. Yeni horizont (1940, tammetrajlı bədii film) – kinooperator assistenti
  7. Çağırışa cavab (1947, qısametrajlı sənədli film) – təsvir rejissoru
  8. Yeni həyat qurucuları (1949, qısametrajlı sənədli film) – təsvir rejissoru
  9. Gədəbəyin sərvəti (1950, qısametrajlı sənədli film) – təsvir rejissoru
  10. Doğma xalqıma (1954, tammetrajlı sənədli film) – kinooperator
  11. Görüş (1955, tammetrajlı bədii film) – təsvir rejissoru
  12. Gənc metallurqlar (1956, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  13. Mahnı belə yaranır (1957, tammetrajlı bədii film) – təsvir rejissoru
  14. Onun 150 yaşı var (1958, qısametrajlı sənədli film) – təsvir rejissoru
  15. Onu bağışlamaq olarmı? (1959, tammetrajlı bədii film) – təsvir rejissoru
  16. Quyunun yeraltı təmiri zamanı təhlükəsizlik texnikası (1960, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  17. Mollanın sərgüzəşti (1960, qısametrajlı bədii film) – təsvir rejissoru
  18. Mən Xəzər dənizçisiyəm (1961, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  19. Pambığın mexanikləşdirilmiş yığımı (1961, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  20. Bu, Qum adasında olmuşdur (1962, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  21. Azərbaycanın subtropiklərində (1963, qısametrajlı sənədli film) – təsvir rejissoru
  22. Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – təsvir rejissoru
  23. Sehrli xalat (1964, tammetrajlı bədii film) – təsvir rejissoru
  24. Şəhər üzərində mahnı (1965, qısametrajlı sənədli televiziya filmi) – təsvir rejissoru
  25. Dağlarda döyüş (1967, tammetrajlı bədii film) – təsvir rejissoru, quraşdırılmış səhnələrin təsvir rejissoruu
  26. Poçt qutusu (II) (1967, qısametrajlı bədii film) – təsvir rejissoru
  27. Şərikli çörək (1969, tammetrajlı bədii film) – təsvir rejissoru
  28. Sovet Azərbaycanının 50 illiyi (1970, tammetrajlı sənədli film) – təsvir rejissoru
  29. Sumqayıt (1971, qısametrajlı sənədli film) – təsvir rejissoru
  30. Bizim katib (1972, qısametrajlı sənədli film) – təsvir rejissoru
  31. Qatır Məmməd (1974, tammetrajlı bədii film) – təsvir rejissoru
  32. Özfəaliyyət yaradıcılığı festivalı (1976, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi
  33. Tütək səsi (1976, tammetrajlı bədii film) – təsvir rejissoru
  34. Şirvan qoruğu (1977, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
  35. Arvadım mənim, uşaqlarım mənim – Bağçada rahat yer (1978, tammetrajlı bədii film, kino-almanax) – təsvir rejissoru
  36. Mikayıl Müşfiq (1978, qısametrajlı sənədli film) – rejissor
  37. Od içində (1978, tammetrajlı bədii film) – təsvir rejissoru
  38. Bizim qayğılarımız (1979, qısametrajlı sənədli film) – rejissor
  39. Pambıq toxumçuluğu (1980, qısametrajlı sənədli film) – rejissor
  40. Birisigün, gecəyarısı… (1981, tammetrajlı bədii film) – təsvir rejissoru
  41. Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (1976, qısametrajlı sənədli film) – rejissor, ssenari müəllifi, təsvir rejissoru
  42. Alman klinikasına şəxsi səfər (1988, tammetrajlı bədii film) – təsvir rejissoru
Hüquqvarisi:Naməlum. Axtarılır...
Əlaqə:012-431-77-31
Ünvan:Bakı şəhəri, Moskva prospekti 1.