Valeri Kərimov
rejissor, təsvir rejissoru
(26.06.1945 – 09.03.1998)
Valeri Sultan oğlu Kərimov Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1969-1974). “Bakıtuneltikinti” idarəsində fəhlə işləyib. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra iş yerini dəyişərək kinostudiyaya gəlib. Burada işıqçı, kinoopertaor assistenti işləyib. Təhsil aldıqdan sonra təsvir rejissoru kimi çoxsaylı filmlər çəkib. “Debüt” studiyasında rejissor kimi “Həmyerli” adlı qısametrajlı bədii filmə quruluş verib. Əməkdar incəsənət xadimi Valeri Kərimov 1998-ci ildə vəfat edib.
Təsvir rejissoru Valeri Kərimov səs rejissoru Tatyana Kərimovanın həyat yoldaşıdır.
Təsvir rejissoru Valeri Kərimov səs rejissoru Teymur Kərimovun atasıdır.
Təsvir rejissoru Valeri Kərimov fotoqraf Tofiq Kərimovun qardaşıdır.
- https://www.gunaydin.az/news/8288
- http://anl.az/down/meqale/ses/2010/iyul/126062.htm
- http://www.anl.az/down/meqale/525/2015/may/440818.htm
- https://az.trend.az/azerbaijan/culture/2397668.html
- https://news.milli.az/culture/345642.html
- https://kino-cccp.net/publ/10-1-0-5196
FILMOQRAFIYA:
- Möcüzələr adası (1963, tammetrajlı bədii film) – kinooperator assistenti
- Ulduz (1964, tammetrajlı bədii film) – kinooperator assistenti
- Mən ki, gözəl deyildim (1968, tammetrajlı bədii film) – kinooperator assistenti
- Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – kinooperator assistenti
- Çarvadarların izi ilə (1974, tammetrajlı bədii film) – təsvir rejissoru
- Ömrün səhifələri (II) – Baladadaşın ilk məhəbbəti (1974, tammetrajlı bədii film, kinoalmanax) – təsvir rejissoru
- Ömrün səhifələri (II) – Nəğmə dərsi (1974, tammetrajlı bədii film, kinoalmanax) – təsvir rejissoru
- Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – təsvir rejissoru
- Beləliklə, biz başlayırıq (1976, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Günlərin bir günü (1976, tammetrajlı bədii film – kinoalmanax) – təsvir rejissoru
- Arxadan vurulan zərbə (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
- Arzunu yarat (1977, animasiya filmi) – təsvir rejissoru
- De ki, məni sevirsən! (1977, tammetrajlı bədii film) – təsvir rejissoru
- Bir ailəllik bağ evi (1978, tammetrajlı bədii film) – təsvir rejissoru
- Yarımçıq qalmış mahnı (1979, tammetrajlı bədii film) – təsvir rejissoru
- Qızıl uçurum (1980, tammetrajlı bədii film) – təsvir rejissoru
- Qorxma, mən səninləyəm (1981, tammetrajlı bədii film) – təsvir rejissoru, aktyor
- Qaladan tapılan mücrü (1982, tammetrajlı bədii film) – təsvir rejissoru
- İlıq dənizdə buz parçası (1983, tammetrajlı bədii film) – təsvir rejissoru
- Ötən ilin son gecəsi (II) (1983, tammetrajlı bədii film) – təsvir rejissoru
- Avqust gələndə (1984, tammetrajlı bədii film) – təsvir rejissoru
- Rəşid Behbudov (II) (1985, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Sizi dünyalar qədər sevirdim (1985, tammetrajlı bədii film) – təsvir rejissoru
- İşarəni dənizdən gözləyin (1986, tammetrajlı bədii film) – aktyor
- Sürəyya (II) (1987, tammetrajlı bədii film) – təsvir rejissoru
- Yay gününün xəzan yarpaqları (1987, tammetrajlı bədii film) – təsvir rejissoru
- “Ağ pələng”lə görüs (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Yol ayrıcında (1988, qısametrajlı sənədli film) – təsvir rejissoru
- Ağ pambığı becərəndə, yığanda (1989, qısametrajlı sənədli film) – rejissor, təsvir rejissoru
- Həmyerli (1989, qısametrajlı bədii film) – rejissor
- Suya səyahət (1996, qısametrajlı sənədli film) – rejissor
- Ailə (1998, tammetrajlı bədii film) – təsvir rejissoru
- Yuxu (2001 (film 1993-1994-cü illərdə çəkilmişdir), tammetrajlı bədii film) – təsvir rejissoru
