Əli-Səttar Quliyev

Rejissor, prodüser
(08.12.1981)

Əli-Səttar Elxan oğlu Quliyev Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1998-2002, 2003-2005-magistr), Azərbaycan İqtisad Universitetində (2004-2006) təhsil alıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2007-2011), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb. 2023-cü ildən Gənclər və İdman Nazirliyində rejissor işləyir. 2011-2014-cü illərdə Beynəlxalq Kann festivalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş nümayəndə heyətinin üzvü olub. Filmləri Kann, Tamprera, Kazan, Daşkənd, Düşənbə, Tbilisi beynəlxalq festivallarında iştirak edib..

  1. https://azertag.az/xeber/Olimpiya_filmi_numayis_olunub-2243081
  2. https://kulis.az/xeber/kino/Azrbaycanli-rejissorun-filmi-beynlxalq-festivalda-yarisacaq-38242
  3. https://teleqraf.com/news/toplum/76548.html
  4. https://sia.az/az/news/culture/511842.html

FILMOQRAFIYA:

  1. Susma (2012, qısametrajlı bədii film) – prodüser
  2. Gil (2013, qısametrajlı bədii film) – prodüser
  3. Tarın sədaları (2013, qısametrajlı sənədli film) – icraçı prodüser
  4. Çardaq (2016, qısametrajlı bədii film) – rejissor, prodüser
  5. Əlifba (2016, animasiya filmi) – prodüser
  6. Əlvida, Şmidt (2019, tammetrajlı bədii film) – rejissor, prodüser
  7. Mozalan No. 196-199 (2016-2021 kinojurnal) – prodüser
  8. Olimpia (2021, tammetrajlı bədii film) – rejissor, prodüser
  9. Son payız (2022, qısametrajlı bədii film) – prodüser
  10. Mən qardaşımı axtarıram (2022, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
  11. Fikrət Əmirov (2022, sənədli film) – icraçı prodüser
  12. Stadionlar səssiz olanda (2023, tammetarjlı bədii film) – rejissor, ssenari müəllifi
  13. Ikinci planetin qırmızı rəngi – (2024, qısametrajlı bədii film) – prodüser
  14. Sanki yoxsan (2024, qısametrajlı bədii film) – ko prodüser
Elisettar Quliyev-esas
Kontakt:050 216 32 38
Ünvan:Bakı şəhəri Səbail rayonu, İstiqlaliyyət küçəsi ev 13, mənzil 30..