Əli-Səttar Quliyev
Rejissor, prodüser
(08.12.1981)
Əli-Səttar Elxan oğlu Quliyev Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1998-2002, 2003-2005-magistr), Azərbaycan İqtisad Universitetində (2004-2006) təhsil alıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2007-2011), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb. 2023-cü ildən Gənclər və İdman Nazirliyində rejissor işləyir. 2011-2014-cü illərdə Beynəlxalq Kann festivalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş nümayəndə heyətinin üzvü olub. Filmləri Kazan, Daşkənd, Düşənbə, Tbilisi beynəlxalq festivallarında iştirak edib.
- https://azertag.az/xeber/Olimpiya_filmi_numayis_olunub-2243081
- https://kulis.az/xeber/kino/Azrbaycanli-rejissorun-filmi-beynlxalq-festivalda-yarisacaq-38242
- https://teleqraf.com/news/toplum/76548.html
- https://sia.az/az/news/culture/511842.html
FILMOQRAFIYA:
- Susma (2012, qısametrajlı bədii film) – prodüser
- Gil (2013, qısametrajlı bədii film) – prodüser
- Tarın sədaları (2013, qısametrajlı sənədli film) – icraçı prodüser
- Çardaq (2016, qısametrajlı bədii film) – rejissor, prodüser
- Əlifba (2016, animasiya filmi) – prodüser
- Əlvida, Şmidt (2019, tammetrajlı bədii film) – rejissor, prodüser
- Mozalan No. 196-199 (2016-2021 kinojurnal) – prodüser
- Olimpiya (2021, tammetrajlı bədii film) – rejissor, prodüser
- Ikinci planetin qırmızı rəngi – (2022, qısametrajlı bədii film) – prodüser
- Son payız (2022, qısametrajlı bədii film) – prodüser
- Mən qardaşımı axtarıram (2022, qısametrajlı bədii film) – rejissor, ssenari müəllifi
- Fikrət Əmirov (2022, sənədli film) – icraçı prodüser
- Stadionlar səssiz olanda (2023, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
